Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-273/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh üç aylıq icarə haqqı olmaqla 750 manat, soyuducuya görə 200 manat, işığa görə 50 manat, suya görə 200 manat və ona vurulan mənəvi zərərə görə 300 manat olmaqla cəmi 1.500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, özünə məxsus olan kafeni 2023-cü ildə aylıq 250 manat icarə haqqı ödəmək müqabilində Cavabdeh vermişdi. Bir neçə aydan sonra Rəfiqə icarə haqqını gecikdirməyə başladı.2023-cü ilin ortasında Rəfiqə kafedən çıxmış və kafenin açarlarını isə yanındaki çörək bişirmə sexinə vermişdir.Bu zaman Rəfiqənin ona 3 aylıq icarə haqqı borcu olan 750 manat borcu qalmaqda idi. Rəfiqə ona başqa yerdə iş tapan kimi borcunu ödəyəcəyini vəd etsə də, hal-hazırda başqa yerdə kafe işlətməyinə baxmayaraq borcunu ödəmir.Bundan başqa o kafedən çıxanda ona məxsus olan 200 manat dəyərində soyuducunu da aparmışdır.İşlətdiyi kommunal xidmətlərə görə isə işığa 50 manat,suya 200 manat borc yaratmışdır.Rəfiqə ona ümumilikdə 1.200 manat zərər vurmuşdur.Bu barədə o, 34-cü polis şöbəsinə şikayət etmiş, ona bu məsələ barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddia tələbini qəbul etmir. 2023-cü ilin yayından kafeni ayda 250 manat icarə haqqı ödəmək şərti ilə icarayə götürmüş və pulunu ödəmişdir.Təxminən bir ildən çox müddət kafeni işlətmişdir.Əlavə olaraq qeyd etdi ki, soyuducunun dondurucusu deşilmişdi və həmin soyuducunu özü ilə aparmamış,evdən gətirdiyi soyuducunu aparmışdır.İşıq və suyun istifadəsinə görə iddiaçıya borcu yoxdur,bu ödənişləri vaxtı-vaxtında etmişdir.İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 34-cü polis şöbəsi tərəfindən göndərilmiş, Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, 1 il bundan qabaq Barat adlı şəxsdən ünvan 1 ünvanında yerləşən zirzəmini icarəyə götürmüşdür.Həmin yeri çayxana olaraq işlədirdi.Onun Barat adlı şəxsə borcu yoxdur.İddia tələbi olan soyuducu xarabdır. O, obyektdən Barata məxsus əşyanı aparmamış,oğurluq etməmişdir.Pul borcu yoxdur. İş materiallarında olan 34-cü polis şöbəsi tərəfindən göndərilmiş, İddiaçı tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Şirvani küçəsi ünvanında yerləşən zirzəmi obyektini Rəfiqə adlı xanıma icarəyə vermişdir.Təxminən bir ay bundan qabaq Rəfiqə oranı tərk etmişdir. Ona məxsus olan soyuducu və bəzi digər xirda inventarlar ona xəbər verilmədən Rəfiqə tərəfindən aparılmışdır.Bundan başqa obyektdə 300 manata yaxın kommunal borc yaratmış və ödəməmişdir.Həmçinin iki ay yarım müddətə olan 650 manat icarə haqqı borcunu ödəməmişdir.Əmlakları və borcunun qaytarılmasında kömək edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, Rəfiqənin kafeni nə vaxt icarəyə götürdüyü haqqında məlumatı yoxdur, lakin o kafedən çıxanda onun Baratla olan söhbətinə şahid olmuşdur.Eyni zamanda polis bölməsində onun yanında Rəfiqə Barata hal-hazırda pulunun olmadığını,soyuducunu alıb geri qaytaracağını demişdir.Həmçinin, Rəfiqə bir ayın icarə haqqısının-250 manatın əvəzi olaraq kondisioneri Barata verməyi razılaşmışdılar. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh ayda 250 manat ödəmək şərti ilə İddiaçı məxsus obyekti icarəyə götürmüş, lakin son 3 ayın icarə haqqını ödəməmişdir.Cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh 750 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı tərəfindən soyuducu, kommunal borclar və mənəvi zərər barəsində hər hansı sübut təqdim olunmadı.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehdən soyuducuya görə 200 manat, işığa görə 50 manat, suya görə 200 manat və ona vurulan mənəvi zərərə görə 300 manat tutulması hissəsində təmin olunmamalıdır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün olaraq qeydiyyatdan keçmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən “məcburi köçkünlər məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar”. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə tərəfindən Cavabdeh İddiaçı xeyrinə 750 manat pul tutulması müəyyən edilmişdir.Belə halda ödənilməli dövlət rüsumu 30 manat təşkil edir.Məhkəmə hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutulsun. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-273/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-273/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver