Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2737/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.04.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 oktyabr 2019-cu ildə "xxxx" ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə kredit sazişi bağlamışdır. Kredit sazişi bağlıyan zaman bankın tələbi ilə ünvan 1 ünvanında qeydiyyatda olan X5 da zamin kimi cəlb etmişdir. Götürdüyü 3000 manat kredit məbləğindən 59.49 AZN, 30 oktyabr 2019-cu ildə və elə həmin tarixdə də 1,363.00 AZN ödəmişdir. Sonralar Covid 19 bəlası ilə əlaqədar iş yerləri bağlandığına, evdə qal-salamat qal kimi çağırışlar ölkə əhalisinin evdən çıxmaması barədə tövsiyyələrlə əlaqədar işləyə bilməmiş və eləcə də kredit ödənişlərini vaxtında edə bilməmişdir. Bugünlərdə zamin olmuş X3 ünvanına ünvan 2əkdaşı əlaqə yaratmış və onun 3389 AZN banka ödəməli olduğunu, həmin məbləğin 7% isə icra şöbəsinə ödəyəcəyini tələb etmişdir. Bu bəd xəbəri ona çatdıranda məhkəmə olmadığını bildirib icra qeydi kreditləşmə və xidmət şərtləri ilə kredit sazişi bağlamışdır. Kredit sazişi bağlayan notariat ofisinə gedib icra qeydinin surətini götürmüşdür. Hesab etmişdir ki, verən onun nə kredit götürən zaman, nə də digər hallarda notariusla heç bir əlaqəsinin olmadığını, notariusun bankla onun arasındakı kredit müqaviləsinə hansı əsasla qarışmasını araşdırmaq istədimişdir. Qeyd etmişdir ki, icra qeydində bütövlükdə 3389,69 AZN ödəməli olduğu göstərildiyi halda onun ödədiyi məbləğlər nəzərə alınmamışdır. Ona görə hesab etmişdir ki, mübahisələndirdiyi icra qeydi ləğv olunmalı onunla bank arasında olan münasibət öz aralarında araşdırılmalıdır. Onu da qeyd etmişdir ki, o, ölkədə yayılmış pandemiya ilə əlaqədar ödəməni həyata keçirə bilmədiyi ilə bağlı bankda olmuş və yeni ödəmə cədvəli tərtib olunmasını razılaşmışlar. Notariat ofisinin heç nəyi araşdırmadan icra qeydini verməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 19.04.2021-ci il tarixli icra qeydində qeyd edilmişdir ki, Bakı şəhəri 25 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "Bank of Baku” ASC xeyrinə X4 CE/08282/72/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3369.89 manat tutulsun. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3389.89,87 manat pul tutulsun. Həmin icra qeydi 19.04.2021-ci il tarixdə aparılmışdır. İş materiallarında olan 30.10.2019-cu il tarixli CE/08282/72/28 nömrəli kredit sazişindən görünür ki, həmin saziş "Bank of Baku” ASC ilə müştəri İddiaçı və zamin X7 arasında illik 29 faiz ödəmək şərtilə 24 ay müddətinə 3000 manat pulun İddiaçı tərəfindən alınması haqqında bağlanmışdır. İşin halları ilə müəyyən olundu ki, borclu İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetrilməmiş və bank tərəfindən 19.04.2021-ci il tarixdə zamin X8 barəsində Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, mübahisələndirilən icra qeydi onun barəsində deyil X8 barədində tərtib edilmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2737/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2737/2021
17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver