Məhkəmə qərarları › İş №2(003)-2790/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2790/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2790/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “uşaqların pozulmuş hüquqlarının müdafiə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “uşaqların pozulmuş hüquqlarının müdafiə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin etməklə, uşaqları Səkinə və Mirhüseynin qanunla qorunan üstün maraqlarını, o cümlədən təhsil hüququnu pozan cavabdehlər-22 saylı tam orta məktəbin direktoru Cavabdeh1, həmin məktəbin müəllimləri Cavabdeh2 və Cavabdeh3 Amil qızı barəsində ciddi tədbir görməklə uşaqlarının yarımçıq qalan təhsilinin başa çatdırılmasının təmin edilməsi və uşaqların fikri nəzərə alınmaqla anaları X2 qızı Səkinə və oğlu Mirhüseynin sinfində olan “valideyin qrupu”ndan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, iddiaçı X4 ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birkə nikahlarından 4 uşaqları olmuşdur. 5 yaşlı qızı Mədinə 2018-ci ilin yanvarında Elnarənin günahı üzündən onun anasının evində ölmüşdür. Hazırda xx.xx.2011-ci il təvəllüdlü Seyidova Səkinə, xx.xx.2012-ci il təvəllüdlü Seyidov Mirhüseyn və xx.xx.2014-cü il təvəllüdlü Seyidov Mirhəsən adlı 3 övladı var və iddiaçı ilə birlikdə yaşayırlar. X5 həmişə etdiyi kimi, 2022-ci ilin mart ayında da 3 körpə uşaqlarını evdə təkbaşına qoyub, atası evinə getmiş və geri qayıtmamışdır. Həmin vaxtdan uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı ilə uşaqları Maştağa qəsəbəsində yaşayırlar. Ona görə də, uşaqlar 2022-ci ilin sentyabr ayının 05-də onlayn qaydada qəsəbədə olan 22 saylı tam orta məktəbə daxil olmuş və hazırda həmin məktəbdə təhsillərini davam etdirirlər. Bakı şəhəri, Maştağa qəsəbəsində olan 22 saylı tam orta məktəbin direktoru Cavabdeh1, qızı Səkinənin sinif rəhbəri Cavabdeh3 və oğlu Mirhüseynin sinif rəhbəri Cavabdeh2 onun uşaqların hüquqlarını pozduğundan iddiaçı onlardan şikayətçidir. Onların birbaşa təqsiri və günahı üzündən uşaqların təhsili yarımçıq qalıb, onlar Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hər kəsin təhsil almaq hüququndan məhrum olmuşlar. Uşaqların anası Elnarə Seyidova iddiaçıdan boşanmaq barədə Bakı şəhər Nizami Rayon Məhkəməsinə ərizə vermişdir. Hazırda işə nəticə verilməyib. İddiaçı da öz növbəsində Elnarəyə qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanmasına dair” Nizami Rayon Məhkəməsində qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə məhkəmə psixoloji ekspertizası təyin olunmuş, uşaqları psixoloq dindirmiş və rəyi məhkəməyə göndərmişlər. İşə məhkəmədə baxılıb qurtarana kimi Elnarənin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbiri olaraq onun uşaqlarla görüşməsi haqqında qərar qəbul etmişdir. İddiaçı da etiraz etməyərək hesab etmişdir ki, hər nə olursa-olsun analarıdır, görüşsünlər. Bu məqsədlə hər dəfə uşaqları məhkəmə icraçısının təyin etdiyi vaxtda onun yanına aparmışdır. Lakin uşaqlar hər dəfə anaları Elnarə ilə görüşdən qəti şəkildə imtina etmişlər. Bununla bağlı məhkəmə icraçısı aktlar da tərtib etmişdir. Bundan başqa, Elnarə Seyidovanın nümayəndəsi və vəkili Rövşanə Rəhimovanın “uşaqların atadan alınıb anaya verilməsi tələbinə dair” müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə təmin olunmamışdır. Apellyasiya şikayəti versələr də yenə təmin olunmamışdır. Elnarə artıq gördü ki, işi uduzacaq, uşaqlar onun yanında saxlanılacaq, özünü uşaqlara göstərməyə başladı. Özünü guya uşaqların təhsili ilə maraqlanan kimi göstərərək uşaqların təhsil aldığı məktəbdə onların siniflərində olan “Valideyn qrupları”na (Votsap mübadilə proqramında) daxil oldu. Uşaqlar bundan ciddi narahat oldular. Uşaqlar analarının “valideyn qrupu”ndan çıxarılmasını, əks halda məktəbə getməyəcəklərini bildirmişlər. İddiaçı bu barədə məktəbin direktoru Azər müəllimə, Səkinə və Mirhüseynin sinif rəhbərləri Rəna və Namiq müəllimə və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onlar dərhal Elnarəni “valideyn qrupu”ndan çıxarmışlar. Bir müddət keçəndən sonra məktəbdən Elnarəni yenidən uşaqların sinfində olan “valideyn qrupu”na daxil etdilər. Bu proses 4-5 dəfə təkrar oldu. Bu proseslər uşaqların psixologiyasına çox pis təsir edirdi. Lakin məktəbin direktoru və uşaqların sinif rəhbərləri Elnarəni “valideyn qrupu”-ndan çıxarmadılar. Yalnız Mirhəsənin sinif rəhbəri Qəsidə müəllimə Elnarəni “valideyn qrupu”-ndan çıxarıbdır. Səkinə və Mirhüseynin sinif rəhbərləri Rəna müəllimə və Namiq müəllim isə direktor Azər müəllimin göstərişi və təzyiqi ilə Elnarəni “valideyn qrupu”-ndan çıxarmamışlar. İddiaçı yay tətilinə bir aydan artıq vaxt qalsa da, uşaqları məktəbə apara bilməmişdir. Məktəbin direktoru Azər müəllim, Namiq və Rəna müəllimin təqsiri üzündən iddiaçının 2 uşağı- Səkinə və Mirhüseyn təhsilini davam etdirə bilmədilər. Bu barədə iddiaçı təcili tədbirlər görülməsi üçün Elm və Təhsil Nazirinə şikayət etmişdir. 22 saylı tam orta məktəbin direktoru Cavabdeh1 və onun təzyiqi ilə Rəna və Namiq müəllim Elnarəni “valideyin qrupu”-na saldırmaqla qəsdən iddiaçının uşaqlarının təhsilinin yarımçıq qalmasına, onların psixologiyasının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə yazılı qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin şagird kontingentində adları aşağıda qeyd olunan şagirdlər təhsil alırlar: X9 (6a sinfi), X7 (6b sinfi) və X8 (4f sinfi). Həmin şagirdlər xx.xx.2022-ci il tarixindən Bakı şəhəri Nizami rayonu 328 nömrəli tam orta məktəbdən yerdəyişmə etmişdirlər. Yerdəyişmə zamanı şagirdlərin şəxşi işləri valideyn tərəfindən məktəb rəhbərliyinə təqdim olunmadığı üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılaraq şagirdlər məktəbə dinləyici qismində qəbul olunmuşdurlar ki, təhsil hüquqları təmin olunsun. Tədris ili ərzində şagirdlərin davamiyyətində, davranışında və təlim nalliyyətlərində problem müşahidə olunmamışdır və sinif rəhbərləri tərəfindən məktəb rəhbərliyinə hər-hansı ailə münaqişəsi və ya problem barədə məlumatlar daxil olmamışdır. Lakin xx.xx.2023-cü il tarixindən X6 və X3 uzun müddət dərslərə gəlməmələri barədə sinif rəhbərləri və təşkilatçı-müavin məktəb rəhbərliyinə məlumat vermişdirlər. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şagirdlərin valideynləri arasında nikahın pozulması prosesi gedir və ata uşaqlarını məktəbə bu səbəbdən buraxmır. Sinif rəhbərləri və təşkilatçı-müavin dəfələrlə uşaqların atası İddiaçı şagirdlərin dərslərə gəlmələrini təmin etməsi barədə müraciətlər etsələr də, nəticəsi olmamışdır. Məktəb rəhbərliyi uşaqların təhsil hüquqlarını təmin etmək məqsədi ilə Sabunçu rayonu Maştağa qəsəbəsi 14-cü polis bölməsinin azyaşlılarla iş şöbəsinin inspektorlarına müraciət edərək şagirdlərin təhsilə cəlb olunmalarında köməklik göstərmələrini xahiş etmişdir. Polis bölməsindən müraciətlərə cavab olaraq bildirilmişdir ki, ailədə ciddi münaqişə gedir, valideynlər məhkəmə müstəvisində uşaqları “bölürlər” və ata uşaqların sinif rəhbərlərindən analarını “Votsap” qrupundan çıxarılmasını tələb etmişdir. Uşaqların təhsil hüquqlarını təmin etmək məqsədi ilə məktəb rəhbərliyi atanın tələblərini təmin etməyi sinif rəhbərlərinə tövsiyə etdi və ana sinfin “votsap” qrupundan çıxarıldı. Lakin həmin qərardan bir gün keçməmiş şagirdlərin anası öz vəkili X10 ilə məktəbə gəlmiş, ananın “votsap” qrupuna daxil edilməsini tələb etmiş, tələbləri təmin edilməsə hüquq-mühafizə orqanlarına müraciət etmələri ilə məktəb rəhbərliyini təhdid etmişdir. Məktəb rəhbərliyi “İsmayılbəyli və partnyorları” Vəkil bürosunun vəkili Rövşanə Rəhimovaya bildirmişdir ki, ananın “Votsap” qrupundan çıxarılması qərarı 14-cü Polis bölməsinin Uşaq inspektoru və Bakı şəhəri üzrə Təhsil İdarəsinin hüquq şöbəsi ilə razılaşdırılıb. Vəkil məktəb rəhbərliyinin cavabından qane olmayaraq 14-cü Polis bölməsinə getmiş və oradan azyaşlılarla iş şöbəsinin inspektoru məktəb direktoruna zəng edərək nikahın pozulması barədə məhkəmə qərarının olmaması səbəbini göstərmiş və bu səbəbdən uşaqların anasını yenidən “Votsap” qrupuna daxil edilməsini tövsiyə etmişdir. Eynən həmin tövsiyə- tapşırığı Bakı şəhəri üzrə Təhsil idarəsi vəkilin və ananın şikayətindən sonra məktəb rəhbərliyinə bildirmişdirlər. Qeyd edək ki, valideyn İddiaçı Xəzər rayon məhkəməsinə verdiyi iddia ərizəsində yanlış olaraq qeyd edir ki, məktəb direktoru Cavabdeh1 bu barədə müraciət edib və direktor onun müraciətini nəzərə almayıb. Valideyn İddiaçı yalnız uşaqlarını məktəbə yerdəyişmə etdiyi zaman (2022-ci ilin oktyabr ayında) onunla görüşmüş, o tarixdən sonra o, həmin valideynlə heç bir zaman görüşməmiş, təmasda olmamış və onun ona “votsap” barədə heç bir müraciəti olmamışdır. Ümumiyyətlə, məktəbin 2769 şagirdinin orta hesabla 5 min nəfərdən çox valideynləri vardır, gün ərzində onlarla valideyn məktəbə bu və ya digər məsələlərlə müraciət edir və məktəb rəhbərinin hər valideyni qəbul etmək, onların ailədaxili münaqişələrinə aid olan məsələlərə müdaxilə etmək kimi fiziki imkanı və iş rejimi şərait yaratmır. Habelə, “votsap” qrupuna müdaxilə etmək kimi, səlahiyyət məktəb direktoruna hər-hansı qanunvericilik aktı ilə həvalə olunmayıb. Sinif rəhbərlərinin smartfonları onların şəxsi mülkiyyətləridir və orada yaradılan “votsap” qrupları qeyri-rəsmi xarakter daşıyır, qərar və sərəncamverici deyil, kommunikasiya vasitəsi kimi istifadə olunur. Şagirdlərin təhsil hüquqlarına gəldikdə, əksinə, məktəb rəhbərliyi hər zaman bu mövzuya həssas yanaşır, ailə münaqişəsindən əziyyət çəkən uşaqlara dəstək olur, onlara kollektiv olaraq məktəbli geyim və dəftər ləvazimatlarından tutmuş münbit təhsil şəraitinədək yaradılır. Adı çəkilən uşaqları da təhsilə qaytarmaq üçün məktəb rəhbərliyi əlindən gələn tədbirləri görmüş, hal-hazırda uşaqlar təhsilə cəlb olunmuş, payız imtahanlarında da şagirdlərə məktəb rəhbərliyi tərəfindən bütün mövcud dəstəklər verilmiş və uşaqlar növbəti siniflərə keçirilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında obyektiv səbəblərə görə iştirak edə bilməyəcəklərini və bunun nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 saylı tam orta məktəb tərəfindən Sabunçu rayon 14-cü Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 715 saylı məktubdan görünür ki, məktəbin 5a sinif şagirdi xx.xx.2011-ci il təvəllüdlü X9 və 5b sinif şagirdi xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən məktəbə gəlmirlər. Aprel ayında 4 gün, may ayında 7 gün dərsə gəlməmişlər. Bununla əlaqədar olaraq məktəb rəhbərliyinin tapşırığına əsasən sinif rəhbəri X16 şagirdlərin atası ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və təhsildən yayınma halının mümkün olmamasını, ümumi təhsilin icbari olduğu barədə xəbərdarlıq etmişdir. Valideynlə söhbətlər zamanı heç bir müsbət nəticə əldə edilməmişdir. Məktəb rəhbərliyi hər iki valideyni qəbul edib dinləmiş, uşaqların təhsil hüquqlarının təmin olunmasını tövsiyə etmişdir. Lakin, valideynlər arasında baş verən mənəvi və hüquqi münaqişə məhkəmə müstəvisinə keçərək dərinləşmiş və məktəb səlahiyyətlərindən kənara çıxmışdır. Digər tərəfdən, şagird X1 rəhbərinə bildirmişdir ki, sinfin “votsap” qrupundan anası X5 çıxmayana qədər qardaşı və özü məktəbə gəlməyəcəklər. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 saylı tam orta məktəb tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 4513 saylı məktubdan görünür ki, məktəbin 6a sinif şagirdi X9 və 6b sinif şagirdi X7 2022-2023-cü tədris ilinin xx.xx.2023-cü il tarixindən dərs ilinin sonunadək məktəbə gəlməmişlər. Məktəb rəhbərliyi tərəfindən valideyn İddiaçı bu barədə məlumat verilməsinə, təkidlə müraciət edilməsinə baxmayaraq şagirdlər yenə də dərsə gəlməmişlər. Odur ki, hər iki şagird yay tədrisi tapşırığı almış və payız imtahanına saxlanılmışdır. xx.xx.2023-cü il tarixində məktəb rəhbərliyi tərəfindən təşkil edilmiş payız imtahanında şagirdlərin hər ikisi iştirak etmiş və müvəffəq qiymət almışlar. Hal-hazırda şagirdlər dərsə davam edir və onların dərsə davam etməsində heç bir problem yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 1-4-cü bəndlərindən görünür ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Konstitusiyanın 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 9-cu bəndinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş xx.xx.1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsinə əsasən Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ bəndinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı uşaqların məktəbə getməməsində, onların təhsil hüquqlarının pozulmasında məktəbin rəhbərliyinin maneələrini səbəb kimi göstərsə də, buna dair heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isə müəyyən edildi ki, uşaqların təxminən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək məktəbə gəlmələrinə ataları tərəfindən maneələr yaradılmış və həmin tarixlərdə uşaqlar dərslərdə iştirak etməmişlər. X2 məktəbdə qeyri-rəsmi olaraq yaradılmış “valideyin qrupu”-ndan çıxarılması tələbinə münasibətdə məhkəmə hesab edir ki, müəllimlərlə şagirdlər və valideynlər arasında kommunikasiyanı asanlaşdırmaq, daha əlçatımlı etmək üçün “whatsapp” tətbiqində yaradılmış “valideyn qrupu” hər bir şəxsin şəxsi təşəbbüsü ilə yaradıldığından, kiminsə iradəsinə zidd olaraq hər-hansısa qrupa daxil etmək, eyni zamanda “qrupu” idarə edən şəxsdən kimisə xaric etməyi tələb etmək qanuna ziddir. Bu səbəbdən də iddiaçının X2 məktəbdə qeyri-rəsmi olaraq yaradılmış “valideyin qrupu”-ndan çıxarılması tələbi əsassızdır. Bundan başqa, uşaqların anasının “whatsapp” sosial şəbəkəsində yaradılan qrupa daxil olaraq uşaqları ilə maraqlanmasına münasibətdə məhkəmə qeyd edir ki, uşaqların tərbiyəsi ilə məşğul olmaq valideynlərin hüququdur. Bu hüququ valideynlər aralarındakı nikah pozulduqdan sonra da realizə edə bilər, uşaqlarının tərbiyəsində, onların mənafelərinə aid olan bütün məsələlərin həllində iştirak edə bilərlər. Bu səbəbdən iddiaçı uşaqların anası ilə aralarında olan nikahın pozulmasına, uşaqların onun himayəsində olmasına istinad etməklə Elnarə Seyidovanın “whatsapp” sosial şəbəkəsində olan qrupdan çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “uşaqların pozulmuş hüquqlarının müdafiə edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “uşaqların pozulmuş hüquqlarının müdafiə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar