Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2828/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 267 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, hər ikisi fərdi sahibkarlıqla məşğuldurlar. "xxxx" MMC ödəniş şirkəti ilə müqavilə ilə hər ikisi agent broker fəaliyyəti göstərirlər. Belə ki, yığım fəaliyyəti ilə məşğuldurlar və əhaliyə ödəniş xidmətləri göstərirlər. Kommunal, internet cərimələr bank ödənişləri və s. İki VÖEN-li şəxs bir-birinə birbaşa pul vura bilmədiyi üçün şirkətlə hesablaşmaları nağdsız qaydada həyata keçirirlər. Yəni öz bank hesabları vəsaitləri yatırıb oradan şirkətin hesabına köçürmə edirlər. xx.xx.2021-ci il tarixdə yoldaşına məxsus hesaba vəsaiti “Milli Ön” ödəmə terminalı ilə yatırarkən (267 AZN) bankın bizə ayırdığı cif koddan istifadə etmiş, ancaq ödənişi həyata keçirdikdən dərhal sora qəbzə nəzər yetirdikdə görmüşdür ki, müştəri adı səhvdir. Yəni ödənişi edərkən həyat yoldaşı İddiaçı2 məxsus cif kodun ******* yerinə yanlışlıqla ******* yığmışdır. Bununla da vəsait Cavabdeh adına şəxsin "xxxx" ASC-yə məxsus Gənclik filialındakı ******************** saylı hesabına köçmüşdür. Tovuzda yaşadığı üçün dərhal "xxxx" ASCnin Tovuz Filialına yaxınlaşmışdır. Ordan bildirmişdirlər ki, heç cür köməklik göstərə bilmərlər. Ancaq bir formada yardım edə bilərlər ki, qarşı tərəfin müştəri məlumatları tam məxfi olduğu üçün həmin şəxsi vəsaitlə bağlı məlumatlandıra bilərlər. Onun icazəsi olarsa vəsaitin geri qaytarılmasını təmin edə bilərlər. Razılaşmış və bank əməkdaşları sorğu yaratmışdırlar və həmin şəxsə də məlumat verilmişdir ki, zəhmət olmasa vəsaitin qaytarılması üçün "xxxx" ASC-nin Gənclik filialına yaxınlaşsın və razılıq ərizəsinə imza atsın. Lakin həmin şəxs bunu etməmişdir. xx.xx.2022-ci il tarixdə isə Cavabdeh ödəniş qəbzi ilə birgə məktub ünvanlamışdır. Sonralar şəxsi təşəbbüsü ilə həmin şəxsin əlaqə telefonun tapıb onunla əlaqə yaratmışdır ki, vəziyyət bu cürdür həmin vəsait onlara məxsusdur və vəsaitin geri qaytarılmasını təmin etsin. Cavabdeh isə fərqli bəhanələr səsləndirərək onu bir daha narahat etməmələrini xahiş etmişdir. Dəfələrlə cəhd etsələrdə heç bir nəticə əldə edə bilməmişdirlər. Vəsait şirkətin olduğu üçün öz növbəsində şirkət də bu məbləği ondan geri tələb edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2828/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi İddiaçı1 münasibətdə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir, lakin onun nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus ******************** olan hesab nömrəsinə 267 manat ödənilmişdir. Məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus ******************** olan hesab nömrəsinə 267 manat ödəmiş, lakin cavabdeh həmin məbləği geri qaytarmamışdır. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, İddiaçı2 267,0 manat məbləğində pul vəsaitini cavabdehə Cavabdeh bank vasitəsi ilə göndərməsi, cavabdehində həmin pulu alması sübuta yetirilmişdir. İddiaçı2 tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun İddiaçı2 qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh isə iddiaçıdan almış olduğu pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 267,0 manat pulun İddiaçı2 cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini İddiaçılarya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 267,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia İddiaçı2 münasibətdə təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 267,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 297,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 267,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 297,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2828/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2828/2024
29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver