Məhkəmə qərarları › İş №2(003)-288/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-288/2023

12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-288/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının Cavabdeh məxsus 1 ədəd soyuducu, 1 ədəd televizor, 2 ədəd yorğan-döşək dəsti, 2 ədəd xalça, 1 ədəd stol-stul dəsti və 1 ədəd yataq dəstinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması baradə qətnamə qəbul edilmısini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X4 ilə 08 noyabr 2013cü il tarixdə rəsmi nikaha daxil olmuş və ailə qurduqdan sonra sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Cavabdehlə X4 arasında ailə münasibətləri pisləşdiyindən sonuncu nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh yaşamaq üçün başqa yeri olmadığını iddia edərək məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4350/2014 saylı, 26 dekabr 2014-cü il tarixli qətnaməsi ilə adı çəkilən ünvanda yerləşən evə köçürülmüşdür. Lakin qətnamə çıxarılan vaxtdan hazırkı dövrədək cavabdeh həmin evdə yaşamır. Məhz cavabdehin yaşamaq üçün başqa yeri olmaması səbəbindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4350/2014 saylı, 26 dekabr 2014-cü il tarixli qətnaməsi ilə o, adı çəkilən ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Lakin cavabdehin uzun müddət mübahisəli fərdi yaşayış evində yaşamaması onu deməyə əsas verir ki, onun həmin yaşayış sahəsinə ehtiyacı yoxdur və başqa yaşayış yeri vardır. Cavabdehə məxsus əşyalar ona evdə rahat yaşamağa maneə törədir. Dəfələrlə cavabdehə əşyalarını aparması barədə müraciət etsə də, cavabdeh bu barəda heç bir tədbir görməmişdir. Cavabdehə məxsus əşyalar aşağdakılardır: 1 ədəd soyuducu; 1 ədəd televizor; 2 ədəd yorğan- döşək dəsti; 2 ədəd xalça; 1 ədəd stol - stul dəsti; 1 ədəd yataq dəsti. O, 1989-cu il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 uşaqları var. X5 - xx.xx.1990-cı il təvəllüdlü, X6 - xx.xx.1993-cü il təvəllüdlü və X1 - xx.xx.1996-cı il təvəllüdlü. 2013-cü ilin avqust ayından onlar X4 ilə məhkəmə qaydasında boşanmışlar. Nikahımız pozulduqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh ilə evlənmiş və az müddətdən sonra həmin qadından rəsmi qaydada ayrılmışdır. Boşandıqdan sonra Cavabdeh mənzilə köçürülmə tələbi ilə keçmiş həyat yoldaşına qarşı iddia qaldırmışdır. Xəzər rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(003)- 4350/2014 saylı qətnaməsi ilə Cavabdeh keçmiş həyat yoldaşına qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh onların evində yaşamaq hüququ qazanmışdır. Hesab edirlər ki, məhkəmə qətnamə qəbul edərkən mühüm əhəmiyyətli qanun pozuntularına yol vermişdir. Belə ki, Cavabdeh yaşamaq hüququ əldə etdiyi bir mərtəbəli həyət evi hüquqi və faktiki baxımdan Astanov Beyrəyə deyil, ona məxsusdur. Lakin məhkəmə mühüm əhəmiyyət daşıyan bu faktı nəzərə almamış, mübahisəli evin Beyrəyə məxsus olması barədə heç bir hüquq verən sənəd (sübuta) əsaslanmadan qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddia əsassızdır. İddiaçı bundan əvvəl də iddia qaldırmış, lakin təmin olunmamışdır. Cavabdehin həmin evə köçürülməsi barədə qətnamə vardır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2275/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh Xəzər rayonu, Şağan qəsəbəsi, Xətai rayonu, dalan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması və həmin evin onun və övladlarının ixtiyarına verilməsi barədə iddia tələbi əsassız olduğundan təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(003)-3492/2021 saylı qətnaməsi ilə Cavabdehlər X2 və İddiaçı qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatına alınması vəzifəsi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci İİ tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (qazdan, sudan, elektrik enerjisindən, hamamdan, giriş-çıxış qapısından) istifadəsinə cavabdehlər X4, İddiaçı, X5 və X6 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, evin otaqlarından birinin açarı Cavabdeh olmaqla otaq onun faktiki istifadəsindədir. Evin digər otaqlarında Beyrək Astanovun əvvəlki nikahından olan arvadı, hazırkı iş üzrə cavabdeh İddiaçı 3 uşağı ilə birlikdə yaşayır, cavabdeh Beyrək Astanov isə həmin evdə yox, Zərdab rayonunda yaşayır. ...Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (qazdan, sudan, elektrik enerjisindən, hamamdan, giriş-çıxış qapısından) istifadəsinə cavabdehlər X4, İddiaçı, X5 və X6 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi qüvvədədir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə edilmiş sorğuya əsasən İddiaçı mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, Cavabdeh ilə X4 08 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, 15 avqust 2014-cü il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Məhkəmənin qanuni qüvvəsini almış 26 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Evin otaqlarından birinin açarı Cavabdeh olmaqla otaq onun faktiki istifadəsindədir. Hazırda İddiaçı həmin mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu iddia edərək, cavabdehin əşyalarının çıxarılmasını xahiş edir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki işin materiallarından görünür ki, cavabdehin həmin yaşayış yerinə köçürülməsi və orada yaşamasına maneələrin qadağan olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qeyd edir ki, mənzilə köçürülmə həmin mənzilə əşyaları ilə birlikdə yerləşərək yaşamağı ehtiva edir. Hazırda cavabdehin əşyalarının evdən çıxarılması onun orada yaşamaq hüququnun məhdudlaşdırılması və maneə yaradılması demək olacaqdır ki, bu da qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin tələbinin pozulması deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan başqa, iddiaçı öz tələbini həm də onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli ünvana köçməməyi onun yaşayış yerinə ehtiyacı olmadığına dəlalət edir. Məhkəmə, iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh 2021-ci ildə yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə cavabdehin həmin yaşayış yerində yaşadığını, oradan istifadə etmək niyyətində olduğunu və yaşayış yerinə ehtiyacı olduğunu göstərir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar