Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-289/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınması, torpaq sahəsinə girişin qadağan edilməsi, qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/34 saylı sahə- yeni qaydalarla AZ1076, ünvan 1 ünvanda mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə cavabdehlər tərəfindən qanunsuz müdaxilələrin qarşısının alınması və həmin torpaq sahəsinə cavabdehlərin girişinin qadağan edilməsinə və digər qanunsuz hərəkətlər son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/34 saylı sahə, yeni qaydalarla: AZ1076, ünvan 2 ünvandakı 0,06 ha torpaq sahəsinə cavabdehlər, əmisi X1 arvadı Cavabdeh1 və ölmüş digər əmisinin arvadı Cavabdeh2 tərəfindən qanunsuz müdaxilələr edilir. Atası və ailə üzvləri barədə xoşagəlməz şantajların və məlumatların rekert jurnalist kimi özünü təqdim edən şəxs tərəfindən düzəldilərək hədə-qorxu gəlinməsi, həmin torpaq sahəsinin onlara verilməyəcəyi təqdirdə ailə üzvlərinə müxtəlif şantajlar və şərlər yaxmaq hədə-qorxusu ilə onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zorla ondan alınmasını tələb edirlər. Qeyd edilən əmlakına onların qorxusundan nəzarət edə bilmir. Hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər geri qaytarılır, mülki iş olduğundan məhkəməyə müraciət etməsi bildirilir. Bildirir ki, əmisi X1 arvadı Cavabdeh1 həm Ukrayna Respublikasında, həm də Azərbaycan Respublikasında yaşayır. Cavabdeh1 və digər Cavabdeh2 rekertlərlə onların gününü qara etmişlər, gündəlik ailə üzvlərinə rekertlər tərəfindən edilən zənglər və hədə-qorxular, insan ləyaqətini alçaldan təqiblər, ailənin dağılmasına xidmət edən korrektə olunmuş xoşagəlməz hədə-qorxu təyinatlı məlumatlar, ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan, təhqir edən, ailə üzvlərinin həyatı və səhhəti üçün təhlükə törədə bilən roliklərin reket jurnalistlər tərəfindən torpaq sahəsinin cavabdehlərə verilməyəcəyi təqdirdə yayılacağı qorxusunu ona etdirirlər, bu təqiblərin hamısı onun mülkiyyətində olan torpaq sahəsinə görədir. İşə baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/34 saylı sahə- Yeni qaydalarla AZ1076, ünvan 1 ünvanda mülkiyyətimdə olan 0,06 ha torpaq sahəsinə Cavabdeh1 tərəfindən torpaq sahəsinə girişinə qanunsuz maneələrin, müdaxilələrin qarşısının alınmasına, torpaq sahəsinə cavabdeh tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququnun pozulmasının qarşısının alınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və həmin torpaq sahəsinə cavabdehin girişinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3546/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/34 saylı sahə, yeni qaydalarla: AZ1076, ünvan 2 ünvandakı 0,06 ha torpaq sahəsinə iddiaçı mülkiyyət hüquq əldə etmişdir. Buna baxmayaraq cavabdeh, iddiaçının əmisi X1 arvadı Cavabdeh1 tərəfindən onun mülkiyyət hüququ pozulur, mülkiyyətinə olan torpaq sahəsinə qanunsuz maneələr yaradılır, müdaxilələr törədilir. Torpaq sahəsinin və orada inşa edilmiş tikilinin bir hissəsinin ona verilməsini tələb edir, bu məqsədlə iddiaçının özü və valideynləri barəsində şantajlar yaradır, torpaq sahəsinə jurnalistlər dəvət etmiş, onlarda iddiaçının ailəsinə şantajlar edir, hədə-qorxu edirlər. İzahatında həmçinin bildirdi ki, maneələr, müdaxilələr – ondan ibarətdir ki, iddiaçı öz torpaq sahəsinə daxil olanda cavabdeh ora gələrək onu təhqir edir, narahat edir, jurnalistlər gətirir, şantajlar edir. Ona görə də iddiaçı bu hərəkətlərin qarşısının alınmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehə bildirişlər göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/34 saylı sahə, yeni qaydalarla: AZ 1076, ünvan 2 ünvanında yerlşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən hədə-qorxu, şantaj edilməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə mülkiyyət hüquqları pozulur. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, mübahisə predmetinə daxil olan torpaq sahəsi Dövlət reyestrində qeydə alınmaqla iddiaçının mülkiyyətindədir. İddiaçı, məhkəmədən onun mülkiyyətində olan torpaq sahəsinə özünün girişinə yaradılan maneələrin, müdaxilələrin qarşısının alınması, cavabdeh tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququnun pozulmasının qarşısının alınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və torpaq sahəsinə cavabdehin girişinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, həmin maneələrin, müdaxilələrin nədən ibarət olması, ümumiyyətlə cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi, özünün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna daxil olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində məhdudlaşdırılması barədə hər hansı bir sübut məhkəmə təqdim etməmiş, iddia tələbi yalnız cavabdeh tərəfindən hədə-qorxu, şantaj edilməsi ilə əsaslandırılmışdır (bu barədə də hər hansı bir sübut təqdim edilməmişdir). Məhkəmə qeyd edir ki, iddianın əsaslığını sübut etmək və müvafiq sübutları məhkəməyə təqdim etmək iddia tərəfin vəzifəsidir. Hazırki iş üzrə isə iddianın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, iddianın məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçıya izah edir ki, hədə-qorxu, şantaj və torpaq üzərində mülkiyyət, istifadə hüququnu pozma cinayət qanunverciliyində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti yaradır. Odur ki, qeyd olunan hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınması, torpaq sahəsinə girişin qadağan edilməsi, qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-289/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-289/2024
10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver