Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2894/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh və vəkili və nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv olunması, evi onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi onun adına çıxarışın verilməsi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi əsasında aldığı və evin pulunun da onun tərəfindən tam məbləğdə ödənildiyi və formal olaraq Cavabdeh adına rəsmiləşdirildiyi və onun adına “çıxarış” verildiyi üçün Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131.42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98 -11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2008 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qeyri-rəsmi həyat yoldaşı X3 anası, yəni onun qaynanasıdır. O, X7 ilə qeyri-rəsmi olaraq, yəni faktiki olaraq nikah münasibətində olmaqla ailə qurmuşlar. Bu nikahdan oğlu İddiaçı Qamlet oğlu RF-nın Moskva şəhərində 2001-ci ildə anadan olmuşdur. O RF-nın vətəndaşıdır. RF-nın vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə ev almaq qərarına gəldi. 30.12.2008-ci ildə Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49. 82 kv.m yaşayış, 131.42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə aldı və evin pulunu da o ödədi. Evi etibar etdiyi və qohumluq əlaqəsinə görə onun qeyri-rəsmi həyat yoldaşı X3 anası, yəni onun qaynanası Cavabdeh adına rəsmiləşdirdir. Cavabdeh adına reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2008-ci il olan seriya MH ******* saylı çıxarış verilmişdir. Evi aldığı gündən hal-hazıra qədər ev onun istifadə sahibliyində olmaqla evdə o yaşayır. Evi alandan sonra evi əsaslı təmir etdirməklə evin bütün əşyalırını o almış, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirmiş, evin əsaslı təmiri, həyətində inşa edilmiş bütün tikililər, hovuz, abadlıq işləri aparmışdır. Evin həyətində inşa edilmiş bütün tikililər və abadlaşdırma işləri onun tərəfindən aparılmaqla həmin xərclər, eləcə də evin bütün vergi və kommunal xərcləri də evin alındığı gündən bu günədək onun tərəfindən ödənilmişdir və hazırda da onun tərəfindən ödənilməkdədir. Evin vergi “ödənişi” qəbzlərini də iddia ərizəsinə əlavə etməklə bir daha bildirir ki, evin vergiləri də onun tərəfindən tam məbləğdə hal-hazırki vaxtadək ödənilmişdir. Belə ki, 02.06.2021-ci il tarixində Xəzər rayon Mərdəkan Bələdiyyəsinin 02.06.2021-ci il tarixli Tədiyyə bildirişinə əsasən tərəfindən 223.19 manat və 38.81 manat olmaqla, cəmi 262 manat məbləğində pul Xəzər rayon Mərdəkan Bələdiyyəsinin hesabına keçirilmişdir. Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49.82 kv.m yaşayış, 131.42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinin Cavabdeh adına rəsmiləşdirərkən elə razılaşmışdıq ki, onun istədiyi vaxtda o evi onun adına rəsmiləşdirəcəkdir. Lakin son zamanlar qeyri-rəsmi həyat yoldaşı X7, onun anası, yəni onun qaynanası Cavabdeh ilə münasibətləri onların qeyri-rəsmi davranışları və hərəkətləri nəticəsində soyumuşdur. Qeyri-rəsmi həyat yoldaşı X7, onun anası, yəni onun qaynana Cavabdeh ona verilən məlumata görə ABŞ-na getmişlər. X1 onunla yaşayır və hazırda onun yanındadır. Cavabdeh 30.12.2008-ci ildə Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131.42 kv/m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinin həqiqətən onun olmasını etiraf etsə də, evin onun adına rəsmiləşdirilməsindən yayınır. Buna görə məcbur olaraq evin ədalətli olaraq onun tərəfindən alındığına görə onun olduğu və formal olaraq Cavabdeh adına rəsmiləşdirildiyi üçün evə Cavabdeh adına verilmiş çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququ tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, onun adına çıxarışın verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Cavabdeh ona olan etibarından sui-istifadə edərək, qeyd etdiyi kimi evin onun adına rəsmiləşdirilməsindən yayınır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X4 iddia ərizəsinin məzumuna uyğun izahat verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 560.3.3, 560.3.4, 1091 və 1092-ci maddələrinə istinad etməklə qeyd etdi ki, cavabdehin sözügedən fərdi yaşayış evinin alınmasından, tikilməsindən məlumatı yoxdur. İddiaçının həmin evi alması üçün kifayət qədər vəsaiti olmuşdur, lakin həm özü həm də arvadı Rusiya Fedarasiyasının vətəndaşı olduğu üçün özünə ə yaxın şəxs arvadının anasının adına almışdır. Bunu bütün şahidlər də təsdiq edirlər. Odur ki, fərdi yaşayış evinin Qamletin vəsaiti hesabına alındığından iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, mübahisəli evi 2001-ci ildə alımışlar. Həmin vaxta nəvəsi dünyaya gəldiyi üçün o Moskvaya getmiş və Qamletə etibarnamə vermişdir ki, evin tikiniti işlərini həll etsin. Mübahisəli torpaq alınması ilə bağlı Qamletə pul vermişdir. 2020-ci ildə daimi olaraq Azərbaycana qayıtmış, lakin iddiaçı ilə münasibətləri pis olduğu üçün mübahisəli torpaq sahəsinə gedə bilməmişdir. Mübahisəli bağ evi onun mülkiyyətidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və vəkili və nümayəndəsi X14 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadadəsində bildirmişdir ki, mübahisəli bağ sahəsi ona məxsus olmuşdur. Pula ehtiyacı olduğuna görə bağı kirayə verirdi. Qamlet həmin bağda kirayədə qalırdı. Sonradan Qamletgilin kirayədə qaldığı ona məxsus olan bağı Qameltə məxsus MTK-da olan evi dəyişmişdir. Bağ sahəsi ona məxsus olan ərəfələrdə bağın çıxarışı olmamışdır. Həmin bağ sahəsi ona order əsasında məxsus olmuşdur. Ona məxsus olan bağ evi ilə dəyişdirilən mənzilin çıxarışı olmuşdur. Mabhisəli bağın satılması ilə bağlı o bütün işləri Qamletlə görmüşdür. Bağı dəyişdikdən sonra münasibət olmayıb. 18 il keçdikdən sonra iddiaçı onunla əlaqə saxladı və dedi ki, belə bir mübahisə var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadadəsində bildirmişdir ki, İddiaçı onun qohumumdur. O tikinti işləri ilə məşğul olur. X17 alınandan o hər bir məsələdə iştirak etmişdir. Tikintidə özü iştirak etmiş, ustaların pulunu o vermişdir. Tikinti işləri Qamlet Osman üçün aparılırdı. Tikinti işləri ilə bağlı xərclər Qamlet tərəfindən çəkilirdi. Evin təmiri 2003-cü ildə başlanıldı və 2009-cu il təmir sona çatmışdır. Mübahisəli evdə İddiaçı yaşayıb. Cavabdeh qonaq kimi gedib-gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadadəsində bildirmişdir ki, o, mübahisəli evin təmiri zamanı evin divar kağızlarını vurmuşdur. Evin sahibi kimi o, İddiaçı tanıyırdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadadəsində bildirmişdir ki, o mübahisəli bağ evinə yaxın ərazidə yerləşən mağazada işləyirdi. İddiaçı da o həmiin vaxtdan tanıyırdı. İddiaçı ona öz bağ evində işləməyi təklif etdi və o da bu təklifi qəbul etdi. O mübahisəli bağ evində 2003-cü ildən işləyir. İddiaçı 2003-cü ildən tanıyır. Mübahisəli bağ evində mühafizəçi, bağbançı və İddiaçı sürcüsü kimi işləmişdir. Onun əmək haqqını İddiaçı ödəyirdi. Əmək haqqını İddiaçı özü və ya Elçin adlı şəxs vasitəsi ilə verirdi. Cavabdeh Xeysaxanım Quliyeva həmin bağ evinə yay-qış aylarında, qonaq kimi bağa gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanı Amir Mohammad oğlu ifadadəsində bildirmişdir ki, o bağda tikinti işləri ilə məşğul olmuşdur. 2005-ci ildən 2010-cu ilədək həmin evdə bəzək işləri ilə bağlı işləmişdir. Ona əmək haqqını İddiaçı özü verirdi. Cavabdeh ona heç bir tapşırıq verməyib, tikiti ilə bağlı ona heç bir pul verməyib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30.12.2008-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabında 2801 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 04.03.2004-cü il tarixli AN-İ0001501 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 01.09.2021-ci il tarixli **********96 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi torpağın mülkiyyətə verilməsinə dair 23.04.2004-cü il tarixli JN-1160H kod 00300016 şəhadətnamə və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 619 nömrəli 07.09.2007-ci il tarixli sərəncamı əsasında 30.12.2008-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 01.09.2021-ci il tarixli **********96 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi torpağın mülkiyyətə verilməsinə dair 23.04.2004-cü il tarixli JN-1160H kod 00300016 şəhadətnamə və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 619 nömrəli 07.09.2007-ci il tarixli sərəncamı əsasında 30.12.2008ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Eyni zamanda məhkəmə iclasında şahid qismində verilmiş izahatlardan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi və həmin sahədə mövcud olan tikilinin tikintisi ilə bağlı xərclər İddiaçı tərəfindən çəkilmişdir. Hazırda iddiaçı onun notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi əsasında aldığı və evin pulunun da onun tərəfindən tam məbləğdə ödənildiyi və formal olaraq Cavabdeh adına rəsmiləşdirildiyi və onun adına “çıxarış” verildiyi üçün Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131.42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2008 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi və tikili Cavabdehnun mülkiyyətindədir. Belə olduğu halda Cavabdeh qarşı bağ evinə mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdehnun mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdehnun adına verilmiş 30.12.2008-ci il tarixli ********** nömrəli reyestr çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 30.12.2008-ci il tarixli ********** nömrəli nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı olsa da, mülki işin materiallarından da göründüyü kimi mübahisəli bağ evi cavabdehin mülkiyyətindədir və iddiaçının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, məhkəmə iddianın əsasını nəzərə alaraq həmçinin qeyd edir ki, Cavabdehnun mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Hazırkı halda qeyd edilən bağ evinin mülkiyyətçisi Cavabdeh olduğundan və sonuncunun mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının tələbi qeyd edilən hisədə də təmin edilə bilməz. Eyni zamanda şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrində mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin hazırkı mülki iş üzrə İddiaçı tərəfindən çəkilmiş olduğu müəyyən edilsə də, bu mübahisəli bağ evinə dair çıxarışın ləğv edilməklə, İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131.42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2008 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131.42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2008 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2894/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2894/2021
23.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver