Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-292/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun, dəymiş maddi və mənəvi zərərin 2500 manat və iş üzrə ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh X1 ilə əvvəllər heç bir tanışlığı olmayıb, aralarında ədavət və düşmənçilik yoxdur. Təxminən 1 il bundan qabaq o, özünə torpaq sahəsi axtaran zaman Xəzər rayonu Türkan qəsəbəsində cavabdehlə taniş olmuşdur. Cavabdeh ona Xəzər rayonu Türkan qəsəbəsində 2 sot torpaq satmağı təklif etmişdir. O, cavabdehlə razılaşdıqdan sonra yuxarıda qeyd edilən torpaq sahəsinə gedərək baxış keçirmiş və bundan sonra ilkin olaraq cavabdehə torpaq sahəsi üçün 2500 manat pul vermişdir. Aradan 1 ay keçmiş cavabdeh ondan torpaq sahəsinə qalan pulu istəmişdi. O da cavabdehə əlavə olaraq 1000 manat pul vermişdi. Bundan sonra o, torpaq sahəsinə su, elektrik təhcizatları çəkmək üçün cavabdehə hissə-hissə 1500 manat pul vermişdi. Lakin, bugünə kimi cavabdeh ona nə torpaq sahəsini nə də ki, aldığı pulları geri qaytarmanışdır. Bu müddət ərzində ona 5000 manat borcunu qaytarmamiş və 2500 manat ziyan dəymişdir. Eyni zamanda, qeyd etmək istəyir ki, Bakı şəhəri Xəzər RPİ-də araşdırılma aparılmış və cavabdeh izahat vermiş və yuxarıda dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh onu il yarımdı süründürür, həmin müddətdə həm maddi həm mənəvi ziyana düşüb, hər dəfə Əhmədli qəsəbəsindən Türkan qəsəbəsinə getmək üçün taksidən istifadə edib, işindən qalmaq məcburiyyətində qalıb. Bir dəfə yenə getdikdə gördü ki, həmin torpağa darvaza qoyulub, yəni başqa şəxsə verilib həmin torpaq. Cavabdeh dəfələrlə onu pulu qaytaracağı ilə aldadıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan cinayət işinin başladılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başladılması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, 2023-ci ilin iyun ayında o Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini satmaq fikirinə gəlmişdir. Həmin vaxt əvvəllər tanımadığı, lakin adının sonradan Tural olduğunu bildiyi şəxs ona məxsus torpaq sahəsini alamaq istəyini bildirmişdir. Onlar öz aralarında şifahi olaraq razılaşdıqdan sonra, 2 sot torpaq sahəsini 3500 manata satmağı razılaşdirmiışdılar. Həmin vaxt Tural adlı şəxs onunla notariusa gedərək sözügedən torpaq sahəsini etibarnamə əsasında ondan aldıqdan sonra 2350 manat pul vermişdir. Aradan bir müddət keçmiş Tural adlı şəxs ona hissə-hissə 1150 manat pulu ödəmişir. Tural ondan torpaq sahəsinə su və işıqı çəkməyi xahiş eləmiş, o Tural adlı şəxsə torpaq sahəsinin giriş qapısının olmadığı üçün suyu və işıqı çəkdirə bilmədiyini bildirmişdir. Bundan sonra Tural ona 500 manat kartına pul göndərmiş və torpaq sahəsinə qapı sifariş etməyi, suyun və işıqın çəkilməsini xahiş eləmişdir. O, həmin ərəfədə qızma toy elədiyi üçün ziyana düşmüş və Turaldan torpaq sahəsinə qapını sifariş etməyi üçün möhlət istəmişdir. Lakin, Turalın atası Namiq ona halhazırda orada ev tikmək üçün imkanlarının olmamasını bildirmişdir. Bundan sonra o Turalla əlaqə saxlayaraq evini tikən vaxt giriş qapısını və su ilə işıqım çəkilməsinin pullarını ödəyəcəyini bildirmişdir. Aradan bir müddət keçmiş Tural onunla əlaqə saxlayaraq işıq və su çəkdirməyin resumunun baha olmasını bildirərək, torpaq sahəsinə verdiyi ümumilikdə 4700 manat pulu ondan tələb etmişir. O, Turala hal-hazırda imkanın olmadığını və aldığı pulları qaytaracağını bildirdikdə, Tural ona hədə-qorxu gəlməyə başlamışdır. Əlavə olaraq bildirmişdir ki, İddiaçı aldığı 4700 manat pulu yaxın vaxtlarda qaytaracağna söz vermişdir. Beləliklə hazırkı iş üzrə cavabdeh iddaçıya Xəzər rayonu Türkan qəsəbəsində 2 sot torpaq satmağı təklif etmişdir. İddaçı cavabdehlə razılaşdıqdan sonra qeyd edilən torpaq sahəsi üçün 2500 manat pul vermişdir. Aradan 1 ay keçmiş cavabdeh ondan torpaq sahəsinə qalan pulu istəmişdi. O da cavabdehə əlavə olaraq 1000 manat pul vermişdi. Bundan sonra o, torpaq sahəsinə su, elektrik təhcizatları çəkmək üçün cavabdehə hissə-hissə 1200 manat pul vermişdi. Lakin, bu günə kimi cavabdeh ona nə torpaq sahəsini nə də ki, aldığı pulları geri qaytarmanışdır. Cavabdeh Xəzər RPİ İŞ-də verdiyi izahatda iddiaçıdan 4700 pul aldığını etiraf etmiş. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə isə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi, qanuni və müqavilə əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, ididaçı cavabdehə torpaq sahəsi almaq üçün 5000,0 manat pul verdiyini iddia etsədə bu halı təsdiq edəcək sübutlarını tam şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Lakin iş materiallarında olan cinayət işinin başladılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cavabdeh ümumilikdə 4700,0 manat aldığını etiraf etmişdir. Göründüyü kimi cavabdehin iddiaçıdan 4700,0 manat pul alması işin mübahisəsiz halıdır. Məhkəmə cavabdehin iddiaçıdan 4700,0 manat pul aldığını etiraf etdiyindən bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən Xəzər RPİ İŞ-də verdiyi izahatda qismən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona 5000,0 manat qaytaracağını qeyd etsə də, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla iddiaçının tələbi 4700,0 manat hissəsində iddiaçı tərəfindən sübuta yetirilmiş, lakin iddiaçı iddia tələbini 300,0 manat hissəsində təsdiq edəcək hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 4700,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin dəymiş maddi və mənəvi zərərin 2500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddia ərizəsində ona maddi və mənəvi zərərin vurulduğunu göstərsələr də, zərərin nədən ibarət olması və bu zərərin nədən ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən məbləğdə zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişlər. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə həmçinin iddianın 95,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 64,0 cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın təmin olunmayan hissəsinə münasibətdə dövlət rüsumunun digər hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4700,0 manat pul, 300,0 manat maddi və mənəvi ziyan əvəzi və 64,0 manat dövlət rüsumunun əvəzi, cəmi 5064,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4700,0 manat pul, 300,0 manat maddi və mənəvi ziyan əvəzi və 64,0 manat dövlət rüsumunun əvəzi, cəmi 5064,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-292/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-292/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver