Məhkəmə qərarları › İş №2(003)-2945/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2945/2022

17.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2945/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Müslüm Maqamayev küçəsi 57 saylı evdə istifadə hüququnun itirilmiş hesab hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Müslüm Maqamayev küçəsi 57 saylı evi Cavabdeh1 xx.xx.2021-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Bundan sonra həmin alqı-satqı müqaviləsinə əsasən mənzili öz adına rəsmiləşdirərək, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən xx.xx.2021-ci il tarixli dövlət reseterindən çıxarış almışdır. Hal- hazırda həmin evin mülkiyyətçisi özüdür. O, həmin mənzili alarkən evin keçmiş mülkiyətçiyi ona bildirmişdir ki, cavabdeh və onun qardaşı bir müddətdən sonra başqa ünvanda pasport qeydiyyatına düşərək, onun mənzilinin pasport qeydiyyatından çıxacaqdır. Lakin bu günə qədər cavabdeh və onun qardaşı onun mənzilindən pasport qeydiyyatından çıxmamış və bu barədə heç bir tədbir görməmişdir. O, dəfələrlə cavabdehi axtarmış, lakin onun harada yaşaması ona məlum deyil. İş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satıq müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və X1 onlara məxsus ünvan 1 ünvanında yerləşən evi və həmin evin yerləşədiyi 0.0406 ha olan torpaq sahəsini İddiaçı satmışlar. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıclılar xx.xx.2021-ci il tarixinədək qeydiyyatdan çıxmaq barədə öhdəliklər götürmüşlər. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Müslüm Maqomayev küçəsində yerləşən 57 nömrəli evin Cavabdeh1 məxsus olmasını və 6 ay müddətində həmin ünvandan qeydiyyatdan çıxmağı barədə öhdəlik götürməsini bildirmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Müslüm Maqomayev küçəsində yerləşən 57 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materillarında olan yaşayış yeri üzrə qeydiyyat haqqınada AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdehlər ünvan 1-in mülkiyyətçiləri olmuşlar, alğı-satqı müqaviləsi əsasında iddiaçı həmin evi xx.xx.2021-ci il tarixdə almış və hazırda həmin evin mülkiyyətçisi iş üzrə iddiaçıdır. Cavabdehlər hazırda həmin evdə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçıının göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə etmək hüquqları artıq mövcud deyildir. Odur ki, iddiaçının mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən evə dair İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli ev üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Müslüm Maqomayev küçəsi 57 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar