Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-295/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilmsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evin üm/s 57.3 kv.m, y/s 41.1 kv.m hissədə ona və ümumi birgə mülkiyyətindəki torpaq sahəsinin faktiki istifadə üzrə naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ev 57.3 kv.m, y/s 41,1 kv.m hissədə ona məxsusdur və torpaq sahəsi ümumi birgə xüsusi mülkiyyətdədir. Həmin evin 2 otaq (111.5 kv.m, y/s 41.7 kv.m) və torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və faktiki mərhum mülkiyyətçi X5 övladı Cavabdeh sahiblik və istifadəsindədir. ünvan 1 evin və torpaq sahəsinin bölgü sxeminə razılıq versələr də digər payın açıq qalması və digər vərəsələrin əmlaka sahib çıxmaması nəticəsində bölgü sxemin təsdiqlənməsi mümkün deyildir. Bu da onun hüquqlarının pozulması ilə nəticələnir. Daha sonra iddiaçı, iddia tələbini dəyişdirərək ünvan 1 ünvan üzrə birgə mülkiyyətindəki torpaq sahəsində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və izahatlarında bildirdi ki, onun istifadəsində faktiki olaraq 2 sot 74 kv.m torpaq sahəsi var və o, həmin torpaq sahəsinin ona verilməsini tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini etiraf edərək izahatında bildirdi ki, İddiaçı istifadəsində olan 274 kv.metr torpaq sahəsinə payının tanınmasına etirazı yoxdur. İzahatında həmçinin bildirmişdir ki, X9 ölmüşdür və iş üzrə Cavabdeh mərhumun oğludur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı payı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqdan (ü/s 57.3 kv.m, y/s 41.1 kv.m), X5 payı yaşayış evinin 2 otaqdan (ü/s 111.5 kv.m, y/s 41.7 kv.m) və torpaq sahəsi (0.1029 ha olan) ümumi birgə əmlakdan ibarətdir. -Texniki pasportun surətindən görünür ki, ünvan 5 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı və başqalarıdır. -bölgü sxeminin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında ünvan 1 evin torpaq sahəsinin bölgüsü barədə aralarında razılıq əldə edilmiş və həmin razılığa əsasən sənədlə torpaq -154 m2, faktiki torpaq sahəsi – 210 m2, A tikilisi 2 otaq: y/s 41.1 m2, üm/s- 57.3 m2 İddiaçı verilməsi barədə bölgü aparılmışdır. - Əzizbəyov (hazırda Xəzər) Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 431/2004 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək İddiaçı Qəhrəmanova ilə cavabdeh X10 arasında ünvan 4 evin ümumi sahəsi 57.3 kv.metr, yaşayış sahəsi 41.1 kv.metr olan 2 otağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. -Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinə ünvanlanmış X5 xx.xx.2004-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, B.Əliyev küçəsindəki 38 saylı ev ona məxsusdur. Həmin mülkdən 2 otaq, mətbəxi tualeti, hamamı, təxminən 2 sot həyəti X1 və ondan 4500 manat pul almışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədlər Əzizbəyov (hazırda Xəzər) Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-431/2004 saylı qətnaməsi olmuşdur. Həmin məktuba əlavə edilmiş: -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM, 032242 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsindəki 4 otaq, 82.8 kv.m yaşayış sahəsi, 168.8 kv.m ümumi sahəsi olan 38 saylı fərdi yaşayış evinə dair İddiaçı (41.1 m2, üm.sahə 57.3 m2 olan) 2 y/otağına dair payı, X2 hissədə payı mövcuddur. İş materiallarına əlavə edilmiş Cavabdeh nümayəndəsi X4 ərizəsindən görünür ki, o, həmin ərizədə X3 istifadəsində olan 274 m2 torpaq sahəsinə payının tanınmasına etirazının olmadığını bildirmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, məhkəmə qətnaməsinə əsasında İddiaçı Qəhrəmanova ilə cavabdeh X10 arasında ünvan 4 evin ümumi sahəsi 57.3 kv.metr, yaşayış sahəsi 41.1 kv.metr olan 2 otağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmiş və həmin qətnamə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı Qəhrəmanovanın payının 2 otaqdan (ü/s 57.3 kv.m, y/s 41.1 kv.m), X5 payının- yaşayış evinin 2 otaqdan (ü/s 111.5 kv.m, y/s 41.7 kv.m) və torpaq sahəsinin (0.1029 ha olan) ümumi birgə əmlakdan olmaqla mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyatı aparılmışdır. Bununla da müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən 0.1029 ha torpaq sahəsi İddiaçı Qəhrəmanovanın və X5 ümumi birgə əmlakıdır. Həmçinin işin hallarından görünür ki, X9 ölmüş, ondan miras qalmış mübahisə predmetinə daxil olan yaşayış evinin hissəsi və torpaq sahəsi hazırda oğlu, Cavabdeh sahibliyindədir, torpaq sahəsinin faktiki olaraq bölgüsü aparılsa da, mərhum X5 oğlu, Cavabdeh miras qalmış həmin miras əmlak vərəsəlik qaydasında rəsmiləşdirilmədiyindən torpaq sahəsinin tərəflər arasında rəsmi qaydada bölgüsünə dair dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən 0.1029 ha torpaq sahəsinin istifadəsində olan 274 kv.metr hissəsinə payı müəyyən edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi hazırda mövcud olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən 0.1029 ha torpaq sahəsi İddiaçı və digər şəxsin (mərhum X5) ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsinin 274 kv.metr hissəsi faktiki olaraq İddiaçı istifadəsindədir. İddiaçı istəyi istifadəsində olan torpaq sahəsinə dair pay hüququnun müəyyən edilməsidir və iş üzrə cavabdehin (mərhum X5 vərəsəsi Cavabdeh) həmin hissədə onun payının müəyyən edilməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə İddiaçı ünvan 5 ünvanda yerləşən 0.1029 ha torpaq sahəsinin istifadəsində olan 274 kv.metr hissəsinə payı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 5 ünvanda yerləşən 0.1029 ha torpaq sahəsinin istifadəsində olan 274 kv.metr hissəsinə payı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-295/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-295/2024
04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver