Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-295/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat məbləğində pul, 500 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi məhəllə 954,1 yaşayış binasının 1-ci blokunda yerləşən 3 saylı mənzilin əsas mülkiyyətçisidir. Mənzili təmir etdirmək istəmiş və tanışı vasitəsi ilə 2024-cü ilin may ayında cavabdehlə tanış olmuşdur. Cavabdeh özünü ona dizayner kimi təqdim etmişdir. Cavabdehlə şifahi razılığa əsasən o, 2000 manat müqabilində onun mənzilini dizayn etməli və layihəni 3D formatında ona təqdim etməli idi. Əvvəlcədən ona 500 manat əlbəəl pul ödəndi. xx.xx.2024-cü ildə onun dizayner kimi işin öhdəsindən gələ bilmədiyini görüb, aralarında olan şifahi razılaşmanı pozmaq istədiyini ona bildirmişdir. Lakin cavabdeh onu əmin edərək işi görə biləcəyinə söz vermişdir. Sonradan xx.xx.2024-cü il tarixdə cavabdeh yenidən ona zəng edərək bildirdi ki, 3D formatında layihə hazırlayır və ondan daha 500 manat pul istəmişdir. O cavabdehin 4724 9975 9014 8254 nömrəli kartına 500 manat pul göndərmişdir. Lakin cavabdeh razılaşdıqları kimi ona 3D formatında deyil, kağız üzərində eyni sxem və şəkilləri göndərmişdir. Ona telefon vasitəsi ilə göndərdiyi şəkillər nə onun, nə də ailəsinin xoşuna gəlməmişdir. Qızı dəfələrlə şəkillər göndədərək ona bildirmişdir ki, o, bu formada dizayn istəyirəm.Lakin o yenə də əvvəlki şəkilləri onlara göndərmişdir.Bu səbəbdən cavabdehlə şifahi razılaşmanı pozmaq istədiyini bildirmiş və ona verdiyi 1000 manat pulu ondan geri tələb etmişdir. Lakin cavabdeh əvvəl pulu qaytaracağına söz versə də sonradan müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina etmişdir. Buna görə DİNnin 102 xidmətinə müraciət etmiş, Sumqayıt şəhər Polis İdarəsinin 3 PB-nin baştəhqiqatçısı polis kapitanı Ə.Nəsirli cinayət işının başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul etmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb gərginliyi, mənəvi sarsıntı keçirmiş və dərman müalicəsi almağa məcbur olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. İddiaçıdan 2024-cü ildə 1000 manat pul alıb. 2024-cü ilin mart ayından işə başlayıb, ona çertyoj verib, sxem edib, 3D formatında layihə hazırlayıb və bunların hamısını iddiaçıya “Whatsapp” tətbiqi vasitəsilə göndərmişdir. İddiaçı ilə aralarında müqavilə bağlanmamışdır. O bütün işləri görmüşdür, buna baxmayaraq iddiaçı onu məhkəməyə vermişdir. O öz işini görmüşdür, iddiaçı hər dəfə onu əsəbiləşdirib, narahatçılıq yaratdığı üçün hətta onu narahat etməməsi üçün iddiaçıya 500 manat qaytarmağı təklif etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh İddiaçı ödədiyi pul müqabilində lazimi işləri görmüşdür. İş materiallarında olan “Whatsapp” yazışmalarından görünür ki, cavabdeh iddiaçıya onun bütün sifarişlərini icra etdiyini bildirmiş və 500 manatı geri qaytarmasını təklif etmişdir. İş materiallarına əlavə olunan albomun içərisində çertyoj, sxem və 3D formatında layihə var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ilə iddiaçı arasında cavabdin iddiaçı üçün dizayn işləri görməsi barədə şifahi razılıq olmuşdur. İddiaçı buna görə cavabdehə 1000 manat ödəniş etmişdir. Cavabdehin lazımi işləri görməməsi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməməsini, tərəflər arasında müqavilə olmamasını və cavabdehin bütün işləri icra etdiyini bildirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda iddiaçı cavabdehdən mənəvi zərərə görə 500 manat məbləğində pul tələb etmişdir. Lakin iddiaçı ona dəymiş hər hansısa mənəvi zərərlə bağlı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə müəyyən olundu ki, iddiaçının heç bir tələbi təmin edilməmişdir buna görə də məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş 30 manat dövlət rüsumu tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-295/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-295/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver