Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2952/2025 03.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların həyətdən çıxarılması” iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “əşyaların həyətdən çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında quraşdırılmış kondisioner, peyk antennası və çəkilmiş qaz xətti cavabdehin hesabına sökülərək həmin sahədən çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin Abşeron Rayon Məkhəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmşdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin Abşeron Rayon Məkhəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmşdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının “Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi” adlı 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 39.1.-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Hazırki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə iclasları keçirilmişdir. Daha sonra hakim başqa məhkəməyə təyin edildiyi üçün mülki iş təqrirlə başqa hakimin icraatına verilmişdir. İşə məhkəmə iclasında baxılan zaman mülki işin ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, mülki mübahisənin mahiyyəti “Torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması”, başqa sözlə mülkiyyətçinin və yaxud başqa qanuni sahibin mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia tələbi ilə bağlıdır. MPM-in 39.1-ci maddəsinə əsasən, belə iddialara müstəsna olaraq daşınmaz əşyanın olduğu yer üzrə məkəmədə baxılmalıdır. İddia ərizəsinin dəlilləri, tərəflərin izahatları və iş materialları əsasında müəyyən edilir ki, barəsində mübahisə olunan torpaq sahəsi (daşınmaz əmlak) Abşeron rayonunun ərazisinə aiddir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Xəzər rayon Məhkəməsinin icraatında (hakim Natiq Əsgərov) İddiaçı Cavabdeh X1 qarşı "Torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə 2(003)-3551/2025 saylı mülki iş olmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-3551/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İddiaçı qarşı "Torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması" tələbinə dair 2(003)-3551/2025 saylı mülki iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi baxımından müəyyən edilir ki, hazırki iddia ərizəsi müstəsna aidiyyət qaydalarına uyğun olaraq məhz daşınmaz əmlakın yerləşdiyi ərazinin aid olduğu yerin məhkəməsinə, yəni Abşeron Rayon Məhkəməsinə verilməlidir. Ona görə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iş artıq məhkəmənin icraatına qəbul edildiyi üçün iddia ərizəsi geri qaytarılmamalı, ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə baxılmağa verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “əşyaların həyətdən çıxarılması” tələbinə dair 2(003)- 2952/2025 saylı mülki iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-2952/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2952/2025
03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver