Məhkəmə qərarları › İş №2(003)-3012/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3012/2024

28.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3012/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Sadıxova (Hüseynova) Gülzar Həsən qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları X4 və X5 ilə birgə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 54-cü Mərdəkan küçəsi 57A (köhnə qaydalarla ünvan 1 ünvanında olan 0,0262 ha torpaq sahəsindən və onun üzərindəki tikilidən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 12-də yerləşən 0,0262 ha torpaq sahəsi 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 11 avqust 2023-cü il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Əmlakın əvvəlki ünvanı ünvan 2 ünvan ünvan 3 onun qardaşı və onun həyat yoldaşıdır. Onlara iki övladı ilə birgə ona məxsus torpaq sahəsində və üzərindəki tikilidə müvəqqəti yaşaması üçün icazə vermişdir. Hazırda isə onların torpaq sahəsindən çıxmasını xahiş etsə də çıxmırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, evi Anaxanım və Aybənizdən almışdır. Başqa payçı olmamışdır. İlhaməyə pay verilməmişdir. Tam pay hüququ ilə ona keçib. Həyətdə iki ev vardır. O, hazırda sonradan tikdiyi evdə yaşayır. Digər evi qardaşına yaşamaq üçün vermişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili G.H.Sadıxova (Hüseynova) iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və cavabdehin etiraz ərizəsini müdafiə etdiyini bildirdi. Cavabdehlər məhkəməyə etiraz ərizəsi ünvanlayaraq orada bildirmişlər ki, iddiaçi öz iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 12-də yerləşən 0,0262 ha torpaq sahəsi, xx.xx.2023-cü il tarixli alqı-satqı müqviəsi əsasında xx.xx.2023-cü il tarixdən daşınmaz əmlakın reyestrində xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. O qeyd etmişdir ki, əmlakın əvvəlki ünvanı ünvan 4in ünvan Mərdəkan qəsəbəsi,54-cü Mərdəkan küçəsi, ev 57 ”A”-dır. İddiaçı iddia ərizəsində göstərir ki, guya ona və onun ailə üzvləri həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı uşaqları ilə birlikdə ona məxsus torpaq sahəsində və üzərində olan tikilidə müvvəqəti yaşamaqdan ötrü icazə verib. Heç zaman belə şey olmamışdır, yazılanlar yalan və uydurmadır, heç bir mötəbər subutala təsdiq olunmur. O həmin ünvanda anadan olmuş və hal-hazıra kimi də yaşayır. Bir gün də olsa belə başqa ünvanda yaşamamışdır. 2022-ci il tarixdə evlənmiş, ailə üzvaləri ilə birlikdə bu ünvanda yaşayır (nikah şəh.No 497021).Uşaqları da həmin ünvanda dünyaya gəliblər. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni qaydalarla ünvan 6 ünvanında yerləşən 0,0262 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi: **********28). - AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,0636 ha olan torpaq sahəsi X2 və X1 tərəfindən cəmi 5400 manata İddiaçı satılmışdır. - Azərbaycan Respublikası DİN tərəfndən verilmiş 447227/3594 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 54-cü Mərdəkan küçəsi 57A (köhnə qaydalarla ünvan 1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində 2000-ci ildən sonra yaşayırlar. Bu səbəbdən hal-hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə uyğun həll edilməlidir. Həmin normada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Hazırkı iş üzrə isə belə bir yazılı razılaşma mövcud deyildir və bu da onu deməyə əsas verir ki, cavabdehlərin ümumiyyətlə mübahisə predmeti olan yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Hal-hazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlərin azyaşlı uşaqları da onlarla birlikdə həmin evdə yaşadığından, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri də valideynlərin yaşayış yeri hesab edildiyindən onlar da cavabdehlərlə birlikdə həmin evdən çıxarılmalıdır. Lakin məhkəmə iddia tələbinin cavabdehlərin əşyaları ilə birgə çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə konkret olaraq hansı əşyalar sadalanmadığına görə iddia təmin edilə bilməz. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları X6 və X7 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 54-cü Mərdəkan küçəsi 57A (köhnə qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılsınlar. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar