Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-303/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2, X11, X6 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə) qarşı “19.07.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X16 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması, iddiaçı Cavabdehlər X17, İddiaçı, X7 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilk, İddiaçı cavabdehlər Cavabdeh, X7, X17 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və X11 cavabdehlər Cavabdeh, X7, İddiaçı və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı) “torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 9erləşən 1231,9 kv.m torpaq sahəsinin Əzizbəyov rayon X10 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə mərhum X16 Dövlət tərəfindən pulsuz, havayı ayrılmasını nəzərə alaraq, ünvan 9erləşən 7231,9 kv.m torpaq sahəsinin (mirasın) mərhum X12 və onun arvadı Cavabdeh yəni, ər-arvadın ümümi birgə mülkiyyəti olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X22 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş və 19.07.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə X12 (mərhum) özünün ayrıca əmlakı olmuş, ünvan 9erləşən 1231,9 kv.m torpaq sahəsinin ər-arvadın ümumi birgə əmlakı olmaması faktının, yəni mərhum X12 və onun arvadı Cavabdeh ümumi birgə əmlakı olmaması faktının məhkəmə tərəfindən tanınması və DƏDRX-də qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı vəsatəti əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı Cavabdehlər X17, İddiaçı, X7, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.12.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335866, 19.07.2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə o, Cavabdeh, 1/8 hissədə X23, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X13 arasında bölüşdürülməsi, Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş 2(003)-310/2022 sayla qeydə alınmışdır. 2(003)-310/2022 saylı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh, X7, X17, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X22 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X10 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə əldə edilmiş, 19.07.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum atası X12 özünün ayrıca əmlakı olmuş, ünvan 9erləşən mirasdan, yəni 1231,9 kv.m torpaq sahəsindən onun, birinci növbəli vərəsə İddiaçı payına düşən 474 kv.m torpaq sahəsinə (ailəsi ilə ayrıca yaşadığı 2 mərtəbəli evi yerləşən, faktiki sahibliyində olan hissədə) Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən yeni ünvan adı verilməklə, çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2(003)-310/2022 saylı mülki iş üzrə X23 cavabdehlər Cavabdeh, X7, İddiaçı, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli, 19.07.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən miras qoyan X12 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinə X11, 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh və X6 qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququnun tanınması, həmin miras əmlak üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 Saylı Notariat Ofisinə və yeni ünvanlar müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə) qarşı “torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması və DƏDRX-də qeyd alınması tələbinə dair 2(003)-303/2022 saylı mülki işlə, iddiaçı Cavabdehlər X17, İddiaçı, X7, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi”, İddiaçı cavabdehlər Cavabdeh, X7, X17, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və X23 cavabdehlər Cavabdeh, X7, İddiaçı, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(003)-310/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(003)-303/2022 nömrəsi verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı 24.02.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “19.07.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X16 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması, iddiaçı Cavabdehlər X17, İddiaçı, X7 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilk, İddiaçı cavabdehlər Cavabdeh, X7, X17 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və X11 cavabdehlər Cavabdeh, X7, İddiaçı və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin “hüquqlarının DƏDRX-də qeydə alınması” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı Bakı şəhəri, ünvan 10 ünvan: ünvan 4991-ci il tarixdən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 (yeni ünvan: ünvan 5 yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi (2008-2010-cu illərdə) tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X14 və oğlu X18 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. (Bakı şəhəri Xəzər rayon İHB-nin Mərdəkan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.01.2019-cu il tarixli 10 №-li məktubun surəti iddia ərizəsinə əlavə olunur). Qeyd edir ki, 21.12.2020-ci il tarıxdə vəfat etmiş atası X9 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarışa əsasən, ünvan 9erləşən 0,12319 ha torpaq sahəsi miras qalmışdır. (AZ-İİ №146256 ölüm haqqında şəhadətnamənin və 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarışın surəti iddia ərizəsinə əlavə olunur) O, yəni İddiaçı mərhum atası X12 oğludur, birinci növbə vərəsəsidir. ünvan 9erləşən miras əmlakla bağlı hal-hazırda ünvan 6lik işi mövcuddur. İddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 417 №-li bildirişin surətindən görünür ki, ünvan 9erləşən mirasla (əmlakla) bağlı vərəsələr, İddiaçı, X11, Cavabdeh və X6 arasında pay bölgüsünə dair mübahisə yarandığı səbəbindən yuxarıda göstərilən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi Bakı şəhəri 7 saylı Notariat ofisinin imkanı xaricindədir, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən vərəsəlik işi üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktik yaşamayan formal qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə 2017-ci ilin oktyabr ayından halhazıradək faktik yaşayan Cavabdeh 19.04.2021-ci il tarixdə **********181 №-li ərizə ilə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, 21.12.2020-ci il tarixdə vəfat etmiş əri X22 ilə birgə nikah dövrlərində guya “əldə etdikləri” ünvan 7 ünvanında yerləşən, 0,12319 ha torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini Bakı şəhəri 7 saylı notariat ofisindən xahiş etmişdir. (19.04.2021-ci il tarixli **********181 №-li ərizənin surəti və notarial qaydada təsdiq olunmuş **********196 №-li ərizənin surəti iddia ərizəsinə əlavə olunur). İddia ərizəsinə əlavə olunmuş, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən və Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarının surətindən görünür ki, ünvan 8 ünvan, ünvan 9erləşən 1231,9 kv.m torpaq sahəsi mərhum atası X16 Dövlət tərəfindən pulsuz, havayı ayrılmışdır. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, 19.07.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan, 0,12319 torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə 21.12.2020-ci il tarixdə vəfat etmiş X16 məxsus olmuşdur. Onun mərhum əri X22 vəfat etdikdən sonra miras əmlaka vərəsəlik hüququ haqqında qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün 19.04.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş və ona burada vərəsəlik işi açdılar. Vərəsəlik işinin açılmasında heç bir qanun pozuntusuna yol verilməmiş və 6 aydan sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi nəzərdə tutulmuşdur. Vərəsələr dairəsi o, Cavabdeh mərhumun arvadı, X23 mərhumun oğlu, İddiaçı mərhumun oğlu, X13 mərhumun qızı olmaqla 4 nəfərdən ibarətdir. Hazırda miras əmlakla bağlı vərəsələr arasında mübahisə yaranmış, cavabdehlərdən X23 və İddiaçı müxtəlif iddialarla, “paylı əmlakın naturada bölünməsi”, “notariat tərəfindən qəbul edilmiş ərizə hesab edilməsi”, “notariatda mövcud olan vərəsəlik işinin ləğv edilməsi” tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, ancaq məhkəmənin müvafiq işlər üzrə qəbul etdikləri qətnamələrə əsasən cavabdehlərin iddiaları rədd edilmişdir. Qanunvericiliyə əsasən hazırda onun payını və miras əmlakdan ona düşən payın kütləsi 62,5 %, digər vərəsələrin 3 nəfərin hər birinin mirasda payı 12,5% təşkil edir. Miras əmlakın hissələr üzrə bölünməsi üzrə isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə o, Cavabdeh, 1/8 hissədə X23, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X13 arasında bölüşdürülməlidir. İddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 9erləşən 1231,9 kv.m torpaq sahəsi atası X22 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X10 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş 19.07.2018-ci il tarixli RX seriyalı ******* №-li çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə mərhum atası X12 özünün ayrıca əmlakı olmuşdur. (Əzizbəyov rayon XDSİK-nin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarının surəti, Xəzər RİHBnın 31.03.1998-ci il tarixli 243 №-li sərəncamın notarial qaydada təsdiq olunmuş surəti və RX seriyalı ******* №-li çıxarışın surəti iddia ərizəsinə əlavə olunur). İddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 417 №li bildirişin surətindən görünür ki, ünvan 9erləşən mirasla (əmlakla) bağlı vərəsələr, İddiaçı, X11, Cavabdeh və X6 arasında pay bölgüsünə dair mübahisə yarandığı səbəbindən yuxarıda göstərilən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi Bakı şəhəri 7 saylı Notariat ofisinin imkanı xaricindədir, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət edilməlidir. O, birinci dərəcəli vərəsə iddiaçı Babayev (cavabdeh) X23 ailələri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13cü döngə ev 3 ünvanında 1231,9 kv.m torpaq sahəsinin üzərində yerləşən ayrı-ayrı tikililərdə hal-hazırda faktiki olaraq yaşayırlar. O, İddiaçı və cavabdeh X23 miras-əmlaka faktiki sahiblik edir və mirası faktiki tam qəbul etmişlər. Lakin, digər cavabdehlər X13 və Cavabdeh ünvan 9erləşən əmlaka-mirasa sahiblik etmirlər və mirası faktiki olaraq qəbul etməyiblər. Belə ki, cavabdeh X13 1997-ci ildən hal-hazıradək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi S.Vurğun küçəsi 36 №-li evdə qeydiyyatda olmaqla yaşayır. Digər Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktiki olaraq yaşayır. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən (adıçəkilən ünvanda 1991-ci ildən faktiki yaşamağı, həmin ünvandakı 1231,9 kv.m torpaq sahəsinin üzərində 2 mərtəbəli ev inşa etməyi və digər konkret hallar) miras-əmlakdan yəni, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü torpaq sahəsindən ona, yəni İddiaçı faktiki sahibliyində olan hissədə düşən pay 474 kv.m təşkil edir. Digər cavabdehlərin X6 və Cavabdeh miras-əmlaka sahiblik etməmələri, adıçəkilən ünvanda yaşamamlaları, mirası faktiki olaraq qəbul etməmələri səbəblərindən onların hər birinə torpaqdan düşən payın sahəsi qanunvericiliyə əsasən, ona düşən və faktiki sahibliyində olan paydan xeyli az olmalıdır. Yəni, cavabdehlər M.Məmmədovaya və Cavabdeh torpaqdan cüzi pay düşə bilər. Əmlakın bölüşdürülməsi zamanı, MM-nin 1291-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almaqla, işə baxmaq üçün məhkəmə tərəfindən əmlaka (mirasa) yerində baxış keçirməlidir. X23 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ilkin iddia tələbini qəbul etmir və miras payının ilkin iddia ərizəsində göstərilən formada müəyyən edilməsi üçün hər hansı hüquqi və faktiki əsas olmadığı qənaətindədir, bu səbəbdən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəll, 19.07.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 9erləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi atası X12 xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olmuşdur. İlkin iddiaçı həmin torpaq sahəsini ilkin iddiada birgə nikah dövründə əldə edilmiş əmlak qismində xarakterizə etsə də, atası Vəli Babayev həmin torpaq sahəsini əvəzsiz əqd üzrə əldə etdiyindən torpaq sahəsi onun və ilkin iddiaçı Cavabdeh ümumi birgə mülkiyyəti olmamışdır. Qardaşı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş və iş materiallarında mövcud olan Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli, 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində atası V.Babayevin adına qeydiyyata alınmış 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi atasına əmək fəaliyyəti ilə əlaqədar və fərdi yaşayış evinin tikintisi məqsədilə əvəzsiz qaydada ayrılmışdır. Yəni müvafiq torpaq sahəsi ümumi birgə mülkiyyətə daxil olmamışdır. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi, qanunvericilik birgə nikah dövründə ər və ya arvadın hər birinin ayrılıqda əvəzsiz əqd üzrə əldə etdiklərini onun ayrıca xüsusi mülkiyyəti kimi nəzərdə tutur. Hazırki iş üzrə də 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi X16 əvəzsiz əqd üzrə verildiyindən həmin torpaq sahəsi üzərində ilkin iddia üzrə iddiaçı Cavabdeh mülkiyyət hüququ mövcud deyildir. Əlavə edir ki, o və qardaşı İddiaçı uzun müddətdir ünvan 9erləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ayrı-ayrı hissələrində fərdi yaşayış evləri inşa etməklə yaşayırlar. Yaşadığı fərdi yaşayış evinin bütün kommunal xidmətləri onun adınadır. Qeyd olunanlara əsasən, o və qardaşı İddiaçı atalarından onlara qalan mirası faktiki qəbul etmişlər. Göstərilənlərə əsasən və qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab edir ki, mülki iş üzrə dörd vərəsənin hər birinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ¼ hissəsinə qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququ tanınmaqla hər birinin ¼ hissədə miras payı müəyyən olunmalı, müvafiq nisbətdə vərəsəlik şəhadətnaməsi və çıxarış verilməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı ilkin və qarşılıqlı iddiasını müdafiə edərək ilkin və qarşılıqlı iddianın məzmununa uyğun izahat vererək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlak ata və anasının birgə nikahı dövründə atasına əvəzsiz olaraq verilmişdir. Bu səbəbədən həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilməz. Həmçinin o məhkəməyə ünvanlanan ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 189 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın-manatın denominasiyası həyata keçirilmişdir. Yeni manata keçid zamanı 1 yeni manat 5000 (beş min) köhnə manata bərabər tutulmuşdur. Qeyd edir ki, 1998-ci ildəki 70000 manat indiki 14 manat deməkdir, yəni 1998-ci ildə bir cüt yerli istehsal ayaqqabının qiyməti 70000 (yetmiş min) manat idi. Hal-hazırda, 2022-ci ildə 14 manata (köhnə 70000 manat) bir cüt yerli istehsal ayaqqabı almaq mümkündür. Hazırkı, 2(003)-4618/2021 saylı işdəki Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamında göstərilmişdir ki, X22 (mərhum atası) evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Bununla əlaqədar o, komissiya tərəfindən 70000 manat (indiki 14 manat ) məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən, “Cərimə” cəza növü, cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaitidir. İşdəki, 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamdan görünür ki, X22 (mərhum atası) 2 səbəbə, 1) evi layihə əsasında tikmədiyinə, 2) əlavə olaraq torpaq sahəsi zəbt etdiyinə görə, yəni cəza növü, qanunu pozduğuna görə dövlətin nəfinə 1998-ci ildə 70000 manat (indiki 14 manat) məbləğində pul keçirmişdir. Cəza növü, qanunu pozduğuna görə dövlətin nəfinə 1998-ci ildə keçirilən 70000 manat (indiki 14 manat) məbləğində vəsait forpaq sahəsinin dəyərinin ödənilməsi deyildir. Qanunvericiliyə istinad etməklə, yuxarıda qeyd etdiklərinə əsasən, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı mərhum atası X16 dövlət tərəfindən verilmiş əvəzsiz əqddir. Eyni zamanda İddiaçı Cavabdeh iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, hazırkı 2(003)-4632/2021 saylı mülki iş üzrə mübahisə predmeti olan, ünvan 9erləşən 1231,9 kv.m torpaq sahəsi atası X22 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş, 19.07.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum atası X12 özünü ayrıca əmlakı olmuşdur. O, iş üzrə cavabdeh İddiaçı Bakı şəhəri, ünvan 10 ünvan: ünvan 5 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 (yeni ünvan: ünvan 5 yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi (2008-2010-cu illərdə) 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X14 və oğlu X18 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır, sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. Bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında iddiaçı Cavabdeh 2017-ci ilin oktyabr ayından halhazıradək yaşamır. Belə ki, iddiaçı Cavabdeh mərhum atası X22 ilə nikahda olmuş olsa da, 2017-ci ilin oktyabr ayından qızı (hazırkı iş üzrə cavabdeh) X6 yaşadığı, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 36 №li evə daimi yaşamağa köçmüşdür. İddiaçı Cavabdeh hal-hazırda da Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №li evdə yaşayır. İddiaçı Cavabdeh mərhum atası X1 qulluq etməyib, ünvan 7 ünvanında yerləşən bir mərtəbəli tikilinin yaşayış sahəsində atası X22 (mərhum) ilə birlikdə yaşamayıb. İşin faktiki hallarından bəlli olur ki, miras açılanadək iddiaçı Cavabdeh üç ildən artıq miras qoyanla birlikdə yaşamayıb. Xüsusi qeyd edir ki, ünvan 9erləşən əmlakın dəyərinin artırılması üçün iddiaçı Cavabdeh tərəfindən hər hansı bir vəsait qoyulmayıb. Belə ki, etiraza əlavə edilmiş 29.01.1999-cu il tarixli MH seriyalı 168519 №li qeydiyyat vəsiqəsinin 1998-ci il tarixli “Texniki pasport”u hazırkı işdəki 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışın 18 iyul 2018-ci il tarixli “Texniki pasport”u ilə eynilik təşkil edir. Məhkəmənin əvvəlki iclasında iddiaçı Cavabdeh iddiasını müdafiə edərək iddianın məzmununa uyğun izahat vererək təmin edilməsini xahiş etmişdir. O, İddiaçı ilkin və qarşılıqlı iddialarını və X11 qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 iddiaçı Cavabdeh iddiasını müdafiə edərək iddianın məzmununa uyğun izahat vererək təmin edilməsini xahiş etmişdir. O, İddiaçı ilkin və qarşılıqlı iddialarını və X11 qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X23 özünün qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddianın məzmununa uyğun izahat vererək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli əmlak ata və anasının birgə nikahı dövründə atasına əvəzsiz olaraq verilmişdir. Həmin torpaq sahəsində hal-hazırda iki ev vardır ki, birində qardaşı Elçin, digər evdə isə iki hissəyə ayrılmaqla o ailəsi ilə və atası anası yaşamışdır. Qeyd edir ki, həmin ev iki hissəyə ayrılmaqla onun və atasının hər birinin ayrı-ayrılqda evdən girş-çıxışları vardır. İddiaçı Cavabdeh ilk iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X13 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh onun anasıdır. Mübahisəli əmlak ata və anasının birgə nikahı dövründə atasına əvəzsiz olaraq verilmişdir. O, valideynləri və qardaşları Elçin və Cabir ilə birlikdə orada ailə quranadək yaşamışdır. Onun qardaşları anasının həmin evdə yaşamasına maneə törətdiklərindən bir neçə ildir ki, onun anası Cavabdeh onunla birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh, 1/8 hissədə X11, 1/8 hissədə İddiaçı və 1/8 hissədə onun miras payları müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri 7 saylı Notariat ofisi məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6cı maddəsini rəhbər tutaraq, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı ilkin iddiası təmin edilməməli, Cavabdeh iddiası təmin edilməli, İddiaçı və X11 qarşılıqlı iddaları isə qismən təmin olunmalıdır. İş materiallarında olan Əzizbəyov rayon X21 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə X16 Əzizbəyov RİK-nin 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarına əsasən vahid mənzil uçotunda (yaşayış yeri üzrə) duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı), 39 saylı MHYH-də qaravul rəisi vəzifəsində işləyən, “Şimal” DRES, XX qurultay küçəsi ev 19 mənzil 25 ünvanında yaşayan vətəndaş X16 145-000- 129c nümunə layihəsi üzrə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində 45 №li 600 kv.m torpaq sahəsinin (ümumi sahə - 118,3 kv.m, o cümlədən yaşayış sahəsi -66 kv.m) ayrılması qərara alınmışdır. İş materiallarında olan Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamından görünür ki, Əzizbəyov rayon X21 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli qərarı ilə X16 Mərdəkan qəsəbəsində 45 №li 600 kv.m torpaq sahəsində 145-000-129 s tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hal-hazırda o, evi tikib qurtarmış və həmin evin qeydiyyatdan keçirilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yerində yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X22 evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Bununla əlaqədar o, komissiya tərəfindən 70000 manat məbləğində cərimə edilmişdir. Yuxarıda göstərilənləri və yeni tikilmiş fərdi yaşayış evlərin qəbulu üzrə komissiyanın aktını nəzərə alaraq: Mərdəkan qəsəbəsi, 45 saylı sahədə X22 tərəfindən tikilmiş bir mərtəbəli 2 yaşayış otağından sahəsi 49,0 kv.m, köməkçi sahəsi 35,5 kv.m olan 1231,9 kv.m torpaq sahəsi və yaşayış evinin qeydiyyata alınması, Bakı şəhəri Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarına qeydiyyat idarəsindən Bakı şəhər XDS İK-nin 19.08.1987-ci il tarixli 19/339 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vətəndaş X12 adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi xahiş edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətində görünür ki, X22 21.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 3 saylı ev xüsusi mülkiyyət hüququ üzrə X16 məxsusdur. İş materiallarında olan Xəzər rayon İHB-nın Mərdəkan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.01.2019-cu il tarixli 10 №li məktubunda deyilir: “Sizin 10 yanvar 2019-cu il tarixli, 01 saylı məktubunuzla əlaqədar olaraq bildiririk ki, ünvan 10 ünvan: ünvan 11a İddiaçı həqiqətən 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyada olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, Sahə ev 45 (yeni ünvan: ünvan 11a yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi (2008-2010-cu illərdə) tikintialtı sahəsi 117.5 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X14 və oğlu X18 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir.” İş materiallarında olan 18.07.2018-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanın hüquq subyekti X19r. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 417 №-li məktubda deyilir: “21.12.2020-ci il tarixdə ölmüş mərhum X9 miras qalmış ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətdə olan 0.12319 ha torpaq sahəsinə və 10KE447 d/n, VAZ21074 minik markalı nəqliyyat vasitəsinə dair vərəsələr arasında pay bölgüsünə dair mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanımız xaricindədir. Yuxarıda yazılanları nəzərə alaraq, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Cəbrayılova Elmira Kamran qızı arasında nikah 01.07.1972-ci ildə nikaha daxil olmuş, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası X22 və anası Cavabdeh olan X23 02.09.1972-ci ildə və qardaşı İddiaçı isə xx.xx.1976-cı ildə doğulmuşdur. Məhkəmə tərəfindən sübutların yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində ayrı-ayrılqda iki ev vardır. Qeyd olunan evlərdən biri mülkiyyət hüququ ilə qeyd alınsada digəri özbaşına tikilidir. Mülkiyyət hüququ ilə qeydə alınmış evdə Babayev Cabir və mərhum atası Vəli Babayev və anası Cavabdeh yaşayıblar. Qeyd olunan evin ayrı-ayrı giriş çıxışları vardır. Digər evdə (özbaşına tikili) isə İddiaçı ailə üzvləri yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X3 Elmira Kamran qızı ilə 01.07.1972-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından Cabir Babayev, İddiaçı və Mahirə Məmmədova adlı uşaqları doğulmuşdur. Əzizbəyov rayon X21 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli qərarı ilə X16 mənzil uçotunda (yaşayış yeri üzrə) duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı) X16 fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində 45 №li 600 kv.m torpaq sahəsinin (ümumi sahə - 118,3 kv.m, o cümlədən yaşayış sahəsi -66 kv.m) ayrılmışdır. Həmin evə ünvan 13 ünvan verilmişdir. X23 və qardaşı İddiaçı mübahisəli ünvanda yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ayrı hissəslərində fərdi yaşayış evləri inşa etməklə yaşayırlar. X22 21.12.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə İddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinin onun atası ilə anasının ümümi birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaması faktının müəyyən edilməi barədə tələbinə münasibətdə qeyd edir ki, sözü gedən torpaq sahəsi Vəli Babayevə 1989-cu ildə ayrıldığından hazırki tələbə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, 01.06.2000-ci ilə qədər qüvvədə olan Ailə Məcəlləsinin Maddə 23-cü maddəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirdər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da, onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı qeyd edir ki, mərhum X16 mübahisəli torpaq sahəsi ayrıldığı zaman o, iddiaçı Cavabdeh ilə 17 illik rəsmi nikah münasibətlərində olmuş, birgə təsərrüfat aparmışlar, torpaq ayrıldıqdan sonra da həmin mübahisəli torpaq sahəsində yaşayış evi tikmişlər və 3 uşaqları ilə birlikdə orda yaşamışlar. İş materiallarına əlavə edilmiş Əzizbəyov rayon X21 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli qərarından da görünür ki, X16 Əzizbəyov RİK-nin 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarına əsasən vahid mənzil uçotunda duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı) vətəndaş X16 layihə üzrə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində 45 №li 600 kv.m torpaq sahəsinin (ümumi sahə - 118,3 kv.m, o cümlədən yaşayış sahəsi - 66 kv.m) ayrılması qərara alınmışdır. Bu qərardan da aydın olur ki, torpaq sahəsi Vəli Babayevə ailə üzvlərinin sayı nəzərə alınmaqla ayrılmışdır. Yəni torpaq sahəsinin ayrılması zamanı onun bütünlükdə ailə üzvləri nəzərə alınmaqla qeyd edilən ölçüdə verilmiş və birgə nikah dövründə orada birgə vəsait hesabına ev inşa etməklə uzun illər orada yaşamaqla təsərrüfat aparmışlar. Belə olan halda həmin torpaq sahəsinin ayrılıqda yalnız Vəli Babayevə aid olması barədə dəlillər əsassızdır. Bu səbəbdən mübahisəli torpaq sahəsi ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunmalıdır. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbi təmin edilməməlidir. Məhkəmə Cavabdeh tələbi ilə bağlı aşaödakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə Cavabdeh tələbi ilə bağlı qeyd edir ki, miras mənzil və torpaq sahəsi üzərində mərhum X12 arvadı Cavabdeh, eləcə də övladları Cabir Babayevin, İddiaçı, Mahirə Məmmədovanın hər birinin ayrı-ayrılıqda miras əmlakda payları mövcuddur. Lakin, qeyd olunmalıdır ki, miras əmlaka daxil olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 84,5 kv.m olan yaşayış evinin ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunduğundan, iddiaçı Cavabdeh həmin əmlakın 4/8 hissəsinə birgə nikah dövründə əldə edilmiş əmlak kimi pay hüququ qanunla müəyyən edildiyindən, Cavabdeh, eləcə də övladları Cabir Babayevin, İddiaçı, Mahirə Məmmədovanın həmin miras əmlakda (birgə nikah dövründə əldə olunmuş əmlak kimi Cavabdeh 4/8 payı istisna olmaqla) digər 4/8 hissəsinə münasibətdə mirasqoyan Vəli Babayevin birinci dərəcəli vərəsələri kimi bərabər hissələrdə, yəni 1/8 hissədə miras əmlakda pay almaq hüquqlar vardır. Belə olan halda mərhumun ölən günə qədər mülkiyyəti sayılan miras əmlakın 5/8 (4/8 (birgə nkah dövründə əldə edilmiş əmlak) +1/8 (mirasqoyanın birinci növbə vərəsəsi kimi)) hissəsinə Cavabdeh, iddiaçı ilə mərhumun birgə nikahından doğulmuş övladları Cabir Babayevin, İddiaçı və Mahirə Məmmədovanın hər birinin 1/8 miras payı müəyyən edilməli və bununla bağlı onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 saylı Notariat ofisinə həvalə edilmədir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq İddiaçı və X11 qarşılıqlı iddia ərizələrinə münasibətdə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edildiyindən, İddiaçı və X11 qarşılıqlı iddia ərizələri qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh, 1/8 hissədə X11, 1/8 hissədə İddiaçı və 1/8 hissədə X6 miras payları müəyyən edilsin, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 7 saylı Notariat ofisinə həvalə edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisi) qarşı “19.07.2018ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X16 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdehlər X17, İddiaçı, X7 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilkin iddia tələbi təmin, İddiaçı cavabdehlər Cavabdeh, X7, X17 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və X11 cavabdehlər Cavabdeh, X7, İddiaçı və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri isə qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, ümumi sahəsi 84,5 kv.m olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh, 1/8 hissədə X11, 1/8 hissədə İddiaçı və 1/8 hissədə X6 miras payları müəyyən edilsin, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 7 saylı Notariat ofisinə həvalə edilsin. Qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-303/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-303/2022
24.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver