Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3051/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı və onun nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus yataq otağı mebeli dəsti-şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, 2 ədəd çarpayı dolabı, qonaq otağı dəsti-divan 1 ədəd, künc servant 1 ədəd, komod 1 ədəd, masa 1 ədəd, oturcaq 4 ədəd, masa lədəd, TV stend 1 ədəd, xalçalar 3 ədəd, Ütü masası 1 ədəd, Elektrikli soba 1 ədəd, Döşəmə təmizliyi üçün ləvazimat, Süpürgə 1 ədəd, Xəkandaz 1 ədəd, Soyuducu İndesit markalı 1 ədəd, Paltaryuyan İndesit markalı 1 ədəd, Hamam qabı 1 ədəd, Çilçıraq 1 ədəd, Tozsoran maşın 1 ədəd, mətbəxt ləvazimatı-aşsüzən 1 ədəd, qazan dəsti, çəngəl 6 ədəd, xörək qaşığı 6 ədəd, çay qaşığı 6 ədəd, süfrə 2 ədəd, elektrik çaydan 1 ədəd, dəm çayniki 1 ədəd, elektrik samovar 1 ədəd, tava 2 ədəd, çörək qabı 1 ədəd, ərzaq qabı dəsti pilləli 1 ədəd, bıçaq dəsti 1 ədəd, qaz çayniki 1 ədəd, ət çəkən 1 ədəd, soğan doğrayan 1 ədəd, ərzaq doğrama taxtası 2 ədəd, ləyən 1 ədəd, termos 1 ədəd, güldan 1 ədəd, meyvə qabı 3 ədəd, qənq qabı 2 ədəd, cərəz qabı 1 ədəd, nahar süfrə dəsti 1 ədəd, yataq otağı-dəsmal 2 ədəd, yataq dəsti 2 ədəd, odiyal 2 ədəd, və 3 ədəd pərdənin Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə nömrəsiz fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X3 2021-ci ildə Cavabdeh (bundan sonra cavabdeh) ilə rəsmi nikaha daxil olmuş, ilk vaxtlar onların münasibətləri normal olmuş, sonradan münasibətləri pozulmuş, nəticədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (010)312/2025 saylı qətnaməsi ilə nikahlarının pozulması barədə qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629/525 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin, Şimal hissəsində fərdi ev tikmək üçün iddiaçının istifadəsinə 12 sot torpaq sahəsi verilmiş və iddiaçı bu torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişdir. Cavabdeh X3 ilə evliliyi dövründə bir sıra cehiz əşyalarını iddiaçıya məxsus fərdi yaşayış evinə gətirmiş, cavabdehlə X3 arasında faktiki nikah münasibətləri pozulduqdan sonra cavabdehə aid olan əşyaların Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə nömrəsiz fərdi yaşayış evindən çıxarılması ilə bağlı dəfələrlə iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh bir mənalı formada əşyalrın qeyd olunan ünvandan çıxarılması ilə bağlı müraciətlərdən imtina etmişdir. Cavabdehə aid olan aşağıdakı siyahıda əşyalar qalmışdır. Əşyaların siyahısı aşağıdakılardır: 1)Yataq otağı mebeli dəsti; şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, 2 ədəd çarpayı dolabı. 2) Qonaq otağı dəsti; divan 1 ədəd, künc servant 1 ədəd, komod 1 ədəd, masa 1 ədəd, oturcaq 4 ədəd, masa 1 ədəd, TV stend 1 ədəd, xalçalar 3 ədəd,ütü masası 1 ədəd, elektrikli soba 1 ədəd, döşəmə təmizliyi üçün ləvazimat, süpürgə 1 ədəd, xəkandaz 1 ədəd,soyuducu indesit markalı 1 ədəd, Paltaryuyan İndesit markalı 1 ədəd, hamam qabı 1 ədəd, çılçıraq 1 ədəd, tozsoran maşın 1 ədəd, mətbəxt ləvazimatı; aşsüzən 1 ədəd, qazan dəsti, çəngəl 6 ədəd, xörək qaşığı 6 ədəd, çay qaşığı 6 ədəd,süfrə 2 ədəd, elektrik çaydan 1 ədəd, dəm çayniki 1 ədəd, elektrik samovar 1 ədəd, tava 2 ədəd, çörək qabı 1 ədəd, ərzaq qabı dəsti pilləli 1 ədəd, bıçaq dəsti 1 ədəd, qaz çayniki 1 ədəd, ət çəkən 1 ədəd, soğan doğrayan 1 ədəd, ərzaq doğrama taxtası 2 ədəd, ləyən 1 ədəd, termos 1 ədəd, güldan 1 ədəd, meyvə qabı 3 ədəd, qənq qabı 2 ədəd, cərəz qabı 1 ədəd, nahar süfrə dəsti 1 ədəd. Yataq otağı; Dəsmal 2 ədəd, yataq dəsti 2 ədəd, odiyal 2 ədəd, pərdə 3 ədəd. Xüsusi olaraq qeyd olunmalıdır ki, yuxarıda qeyd edilən əşyaların çıxarılması üçün dəfələrlə cavabdehə məlumat verilmiş, lakin cavabdeh əşyalarla bağlı artıq xeyli vaxtır ki, heç bir lazımi tədbir görmür. Cavabdehə yuxarıda qeyd edilən əşyaların çıxarılması ilə bağlı iddiaçı tərəfindən olunan müraciətə əhəmiyyət verilməməsi nəticə etibarı ilə İddiaçı məhkəməyə müraciət etməyinə səbəb olmuşdur.
3. Mülki iş üzrə Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə vəsatət təqdim edərək, iddiaçı ilə birgə yaşadığı mənzili 1 ildən çox müddətdir tərk etdiyini, həmin tarixdən etibarən mənzildə yerləşən məişət avadanlıqlarının, mebellərin və digər əşyaların vəziyyətinə onun fiziki müdaxilə imkanının, həmçinin nəzarətinin olmadığını, ona çatan məlumata görə divan və kresloların uzunmüddətli və qeyri-düzgün istifadəsi nəticəsində yararsız hala salındığını, paltaryuyan maşına qaz piltəsinin alovu ilə zərər vurulduğunu və həmin zərərin ekspertiza ilə müəyyən edilməsinin zəruriliyini qeyd etmişdir. Cavabdeh məişət qablarının və şəxsi geyim əşyalarının çıxarılmasına razılıq veridyini, lakin mebel dəsti, soyuducu və paltaryuyan maşının dəyərinin itirilməsi nəzərə alınmaqla bazar dəyərinin hesablanmasını və ona ödənilməsini tələb etdiyini bildirmişdir. Cavabdeh vəsatət üzrə ona dəymiş maddi və mənəvi ziyanın müəyyən edilərək iddiaçı tərəfindən ödənilməsini, həmçinin məhkəmə-qiymətləndirmə ekspertizasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında, cavabdehin onun keçmiş arvadı olduğunu, bu ilin əvvəlində boşandıqlarını, cavabdeh uzun müddətdir evi tərk etsə də qeyd olunan əşyalarının, mebellərinin hələdə evdə qaldığını, həmin əşyaların bir yerə yığıldığını, toz yığdığını, rahat hərəkət etməyə maneə olduğunu, cavabdehin gəlib həmin əşyaları evdən çıxartmasını istədiyini, özlərinin əşyalarada hansısa problem yaranmasın deyə onlara toxunmadıqlarrını, həmin evin iddiaçıya məxsus torpaq sahəsində tikildiyini, torpağa dair rəsmi sənədi olsa da evə aid çıxarışının hələ olmadığını, amma adına verilmiş sərəncamın olduğunu, bütün komunalların iddiaçının adına olduğunu, hər ay torpaq üçün vergi ödədiyini, həmin evin 1997-ci ildə tikildiyini, torpaq sahəsinin ona icra hakimiyyəti tərəfindən ayrıldığını, torpaq sahəsinin Zirə qəsəbəsində yerləşdiyini, küçənin adı təzəlikcə qoyulduğunu, Xəzər RİH başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışa əsasən evin qnvanının Bakı şəhəri, ünvan 2 olduğunu, evdə atası, anası və özünün yaşadığını, toydan sonra bir müddət cavabdehin anasıgildə qaldıqlarını, sonra yola getməyib iddiaçının yanına - Zirəyə gəldiklərini və gələndə əşyaları da gətirdiklərini qeyd etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmənin iclaslarında iştirak etməmişdir. Lakin elektron kabinet vasitəsilə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629/525 nömrəli Sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin, Şimal hissəsində ev tikməsi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
7. XVİİİ-ЖГ seriyalı 463397 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 yanvar 1995-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası X2r.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-312/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 472 saylı nikah akt qeydi ilə qeydə alınmış nikahın pozulması qərara alınmışdır.
9. AZ-İ seriyalı 520978 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur.
10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında cehiz əşyaların çıxarılması tələbi barədə mediasiya sessiyası Cavabdeh iştirak etməməsi səbəbilə baş tutmamışdır.
11. Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 862 nömrəli arayışından görünür ki, İddiaçı, həqiqətən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (№ **********465, xx.xx.2025-ci il tarixli akta əsasən) qeydiyyatsız yaşayır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
12. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):
14. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
19. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu X3 ilə Cavabdeh 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahda olduqları zaman onlar bir müddət iddiaçıya məxsus evdə yaşamış və daha sonra onlar arasındakı nikah məhkəmə qərarı ilə pozulmuşdur. Cavabdeh həmin evi 1 ildən artıq müddətdir tərk etməsinə baxmayaraq cavabdehə məxsus iddia ərizəsində qeyd edilən əşyalar hazırda iddiaçıya məxsus torpaq sahəsində tikilmiş və onun faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evindədir. Belə ki, Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində həmin mənzili 1 ildən çox müddətdir tərk etdiyini, həmin tarixdən etibarən mənzildə yerləşən məişət avadanlıqlarının, mebellərin və digər əşyaların vəziyyətinə onun fiziki müdaxilə imkanının, həmçinin nəzarətinin olmadığını qeyd etməklə bu faktı etiraf etmişdir.
20. İşin mübahisələdirilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehə məxsus əşyaların onun və ailəsinin yaşadığı evdən çıxarılmadığını, həmin əşyaların evin bpyük hissəsini zəbt etdiyini, bununla da onun əmlakından sərbəst istifadə etməsinə mane olduğunu, cavabdehə qeyd edilən əşyaların çıxarılması ilə bağlı müraciət edilsə də ona məhəl qoyulmadığını bildirirək həmin əşyaların ona məxsus fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, məişət qablarının və şəxsi geyim əşyalarının çıxarılmasına razılıq veridyini, lakin mebel dəsti, soyuducu və paltaryuyan maşının dəyərinin itirilməsi nəzərə alınmaqla bazar dəyərinin hesablanmasını və ona ödənilməsini tələb etdiyini, bu səbəblə ona dəymiş maddi və mənəvi ziyanın iddiaçı tərəfindən ödənilməsini, həmçinin məhkəməı-qiymətləndirmə ekspertizasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə qeyd edir ki, iddia tələbi əşyaların mənzildən çıxarılması ilə bağlı olduğundan əvvəla iddiaçının həmin mənzilə olan hüquqlarına mövqe bildirilməlidir. İddia ərizəsindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, əşyaların çıxarılması tələb olunan mənzil ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi ilə bağlı iddiaçının hüquqları dövlət qeydiyyatına alınmış olmasa da, evin tikildiyi torpaq sahəsi ilə bağlı iddiaçının adına olan xx.xx.1993-cü il tarixli 629/525 nömrəli Sərəncam vardır. Həmin sərəncam Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısı tərəfindən İddiaçı barəsində ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin, Şimal hissəsində ev tikilməsi üçün torpaq sahəsi ayrılması ilə bağlıdır. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, iddiaçı sərəncamla ona verilmiş torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və hazırda həmin ünvanda yaşayır, yəni həmin əmlaka faktiki olaraq sahibliyi həyata keçirir. Yəni iddiaçının həmin fərdi yaşayış evinə dair əmlak hüquqları vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaların çıxarılmasını tələb etmək üçün subyektiv hüququ vardır.
22. İddia tələbi ilə bağlı qiymətləndirilməli olan digər hal cavabdehə məxsus əşyaların iddiaçının faktiki sahibliyində olan fərdi yaşayış evində olub-olmaması ilə bağlıdır. Qeyd olunmaldır ki, cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə vəsatət təqdim etmişdir. Həmin vəsatətdə Cavabdeh iddiaçının yaşadığı mənzili 1 ildir tərk etdiyini və həmin tarixdən etibarən mənzildə yerləşən məişət avadanlıqlarının, mebellərin və digər əşyaların vəziyyətinə onun fiziki müdaxilə imkanının, həmçinin nəzarətinin olmadığını qeyd etməklə sözügedən əşyalarının həmin mənzildə qaldığını təsdiq etmişdir. Həmçinin həmin vəsatətdə cavabdeh məişət qablarının və şəxsi geyim əşyalarının mənzildən çıxarılmasına razılıq verdiyini də bildirmişdir. Göründüyü kimi Cavabdeh iddia ərizəsində qeyd olunan əşyaların iddiaçıya məxsus fərdi yaşayış evində olmasını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbinə uyğun olaraq (neqator iddia çərçivəsində) cavabdehə məxsus əşyaların evdən çıxarılması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir.
23. Əlavə olaraq məhkəmə cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Hazırkı mülki iş üzrə bir tələb – əşyaların mənzildən çxarılması tələbi mövcuddur və iddiaçı tərəfindən irəli sürülmüşdür. Cavabdehin isə ona məxsus əşyalara vurulmuş zərərin tələb edilməsi barədə hazrıki iş üzrə qarşılqlı iddia tələbi (ərizəsi) mövcud deyil və vəsatətlə cavabdehin ekspertiza təyin olunmaqla ona dəymiş maddi və mənəvi ziyanın müəyyən edilərək iddiaçı tərəfindən ona ödənilməsini xahiş etməsi iddia tələbi (qarşılıqlı iddia ərizəsi) kimi qiymətləndirilə bilməz. Ona görə məhkəmənin yalnız tələb həddində işə baxdığını və işin lüzumsuz uzadılmasına səbəb ola biləcəyini nəzərə alaraq, məhkəmə qeyd edilən halla (əşyalar zərər vurulub-vurulmadığının müəyyən edilməsi ilə) bağlı hazırki iddia tələbi çərçivəsində əlavə araşdırma aparılmasına, o cümlədən ekspertiza təyin edilməsinə prosessual qənaət prinsipinə əsasən zərurət olmadığı qənaətindədir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus yataq otağı mebeli dəsti-şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, 2 ədəd çarpayı dolabı,qonaq otağı dəsti – divan 1 ədəd, künc servant 1 ədəd, komod 1 ədəd, masa 1 ədəd, oturcaq 4 ədəd,masa 1 ədəd, TV stend 1 ədəd, xalçalar 3 ədəd, Ütü masası 1 ədəd, Elektrikli soba 1 ədəd,Döşəmə təmizliyi üçün ləvazimat, Süpürgə 1 ədəd, Xəkandaz 1 ədəd, Soyuducu İndesit markalı 1 ədəd, Paltaryuyan İndesit markalı 1 ədəd, Hamam qabı 1 ədəd, Çilçıraq 1 ədəd, Tozsoran maşın 1 ədəd, mətbəxt ləvazimatı – aşsüzən 1 ədəd, qazan dəsti, çəngəl 6 ədəd, xörək qaşığı 6 ədəd, çay qaşığı 6 ədəd,süfrə 2 ədəd, elektrik çaydan 1 ədəd, dəm çayniki 1 ədəd, elektrik samovar 1 ədəd, tava 2 ədəd, çörək qabı 1 ədəd, ərzaq qabı dəsti pilləli 1 ədəd, bıçaq dəsti 1 ədəd, qaz çayniki 1 ədəd, ət çəkən 1 ədəd, soğan doğrayan 1 ədəd, ərzaq doğrama taxtası 2 ədəd, ləyən 1 ədəd, termos 1 ədəd, güldan 1 ədəd, meyvə qabı 3 ədəd, qənd qabı 2 ədəd, çərəz qabı 1 ədəd, nahar süfrə dəsti 1 ədəd, yataq otağı – dəsmal 2 ədəd, yataq dəsti 2 ədəd, odiyal 2 ədəd, və 3 ədəd pərdə Xəzər rayonu, Zirə qəsəbəsi , Yeni sahə qeydiyyatsız fərdi yaşayış evindən (Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629/525 nömrəli Sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsi üzərində tikilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən) çıxarılmalıdır.
26. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu tələb edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi
İddia təmin edilsin. Cavabdeh məxsus yataq otağı mebeli dəsti –şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, 2 ədəd çarpayı dolabı,qonaq otağı dəsti – divan 1 ədəd, künc servant 1 ədəd, komod 1 ədəd, masa 1 ədəd, oturcaq 4 ədəd,masa 1 ədəd, TV stend 1 ədəd, xalçalar 3 ədəd, Ütü masası 1 ədəd, Elektrikli soba 1 ədəd, Döşəmə təmizliyi üçün ləvazimat, Süpürgə 1 ədəd, Xəkandaz 1 ədəd, Soyuducu İndesit markalı 1 ədəd, Paltaryuyan İndesit markalı 1 ədəd, Hamam qabı 1 ədəd, Çilçıraq 1 ədəd, Tozsoran maşın 1 ədəd, mətbəxt ləvazimatı – aşsüzən 1 ədəd, qazan dəsti, çəngəl 6 ədəd, xörək qaşığı 6 ədəd, çay qaşığı 6 ədəd,süfrə 2 ədəd, elektrik çaydan 1 ədəd, dəm çayniki 1 ədəd, elektrik samovar 1 ədəd, tava 2 ədəd, çörək qabı 1 ədəd, ərzaq qabı dəsti pilləli 1 ədəd, bıçaq dəsti 1 ədəd, qaz çayniki 1 ədəd, ət çəkən 1 ədəd, soğan doğrayan 1 ədəd, ərzaq doğrama taxtası 2 ədəd, ləyən 1 ədəd, termos 1 ədəd, güldan 1 ədəd, meyvə qabı 3 ədəd, qənd qabı 2 ədəd, çərəz qabı 1 ədəd, nahar süfrə dəsti 1 ədəd, yataq otağı – dəsmal 2 ədəd, yataq dəsti 2 ədəd, odiyal 2 ədəd, və 3 ədəd pərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə qeydiyyatsız fərdi yaşayış evindən (Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629/525 nömrəli Sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsi üzərində tikilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən) çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov