Məhkəmə qərarları › İş №2(003)-3105/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3105/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3105/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə ondan aldığı 12.500 manat, mənəvi ziyana görə 15000 manat pulun X3 alınıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş, müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X1 Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin X9 oğlunun qeydiyyatda olduğu yer üzrə, yəni Babək Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu yaşayış və olduğu yer üzrə qeydiyyatı fərqləndirir. Belə qənaətə gələrkən məhkəmə həmçinin İnsan Hüquqlarının və X5 X2 ədalətli məhkəmə araşdırması hüququnu nəzərdə tutan 6-cı maddəsinin, mülki prosessual qanunvericiliyin prinsiplərinin, xüsusilə çəkişmə prinsipinin tələblərini də nəzərə alır və belə hesab edir ki, məhz səmərəlilik baxımından da işin Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X6 dələduzluq yolu ilə ondan aldığı 12500 manat, mənəvi ziyana görə 15000 manat pulun X3 alınıb onun xeyrinə tutulması tələbinə dair 2(003)-3105/2021 saylı mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar