Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3143/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X13, Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, X13 Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Cavabdeh6,Cavabdeh7,X8 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi, Cavabdeh5,X9, X5,Cavabdeh2, Cavabdeh3 X19,X14 qarşı “vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X36 cavabdehlər oğlu Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Cavabdeh6,Cavabdeh7,X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin öz xüsusi mülkiyyətində olan ünvan 1, 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh5,X27, X20,Cavabdeh2, Cavabdeh3 cavabdehlər X19,X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, 1 saylı evə və evin yerləşdiyi 0,2034 ha torpaq sahəsinə dair X19,X10 adına Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-260 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin və X28 ilə X36 arasında bağlanmış 20.102017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi,onun əsasında qeyd olunan fərdi yaşayış evinə və torpaq sahəsinə dair X13 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3522/2024 saylı qərardadı ilə iddiaçı X13 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Cavabdeh6,Cavabdeh7,X8 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair 2(003)-3143/2024 saylı mülki iş,iddiaçı Cavabdeh5,X9, X5,Cavabdeh2, Cavabdeh3 cavabdehlər X19,X14 qarşı “vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(003)-3522/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə 2(003)-3143/2024 saylı mülki iş kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında X36 ilkin iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh1rəhmətlik qardaşı Eldarın qızı Sevincin uşağıdır.Sevinc 20 ildən artıq müddətdir ki, ərə gedib və bu evdən çıxıb. Hazırda o Binə-Atçılıqda yaşayır, dəqiq ünvanını bilmir. Digər Cavabdeh2 - rəhmətlik qardaşı Eldarın qızıdır. O, təxminən 15 ildir ki, bu evdə yaşamır,Mərdəkanda yaşayır. Cavabdeh3-rəhmətlik qardaşı Eldarın arvadıdır.O da Mərdəkanda qızı Lamiyə ilə yaşayır. Cavabdeh4-rəhmətlik qardaşı Eldarın nəvəsidir, Eldarın oğlu Fəttahın oğludur və onunla yaşayırlar.Fəttah təxminən 7-8 ay olar ki, boşanıb. Cavabdeh5 –rəhmətlik qardaşı Eıdarın oğludur. O 20 ildən artıqdır ki, bu evdə yaşamır,Mərdəkanda yaşayır. Cavabdeh6-rəhmətlik qardaşı Eldarın nəvəsi,Sevincin oğludur. O, anası Sevinc ilə burada yaşamır,Binə-Atçılıqda yaşayır. Cavabdeh Heydərova Sevinc-rəhmətlik qardaşı Eldarın qızıdır.O, 2012-2012-ci ildən Binə-Atçılıqda yaşayır. Cavabdeh7-rəhmətlik qardaşı Eldarın nəvəsidir və Fəttahın oğludur. O, atası Fəttah və qardaşı Hüseynlə bu evdə yaşayırlar. Qardaşı Eldar 2012-ci ildə ölmüşdür,lakin ölməmişdən əvvəl bu evdən köçmüşdür. Lakin buna baxmayaraq, mərhumun nəşi bu evdən çıxmış, yas mərasimi bu evdə baş tutmuşdur. Bacısı Zoxra atasının sağlığında ərə getmişdir və atası ölən zaman və öləndən sonra miras əmlakda yaşamamışdır.Yuxarıda göstərilənlərə əsasən, onun iddiasının təmin olunmasını, Cavabdeh5 və digərlərinin iddiası rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə göstərdi ki, Cabarov Tarixin ərizəsi qismən təmin olunmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh7 oğu-uşaqdırlar,yetkinlik yaşına çatmamışlar və bu səbəbdən onlar cavabdeh ola bilməzlər. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən “fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir”. Bu Məcəllənin 28.2-ci maddəsinə əsasən “fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir”. Bundan başqa cavabdehlər, digər iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X27 əri və ataları 2012-ci ildə ölən Eldarın sağlığında və vəfatından sonra, bu günədək bu evdə qeydiyyatda olmaqla yaşayırlar, mirası faktiki qəbul ediblər və onların bu miras əmlakında payları vardır. Digər cavabdeh Heydərova Sevinc atası Eldarın sağlığında ailə qurub bu evdən çıxmışdır. İddiaçı Cabarov Tarixin qardaşı Cabbarov Eldar atası Cabbarov Fəttah 1977-ci ildə vəfat edəndən əvvəl və sonra özü vəfat edənə qədər-2012-ci ilədək bu evdə yaşamışdır. Eldarın nəşi həmin evdən götürülüb, yas mərasimləri miras əmlakda keçirilib, Zoxra Babayeva miras qoyanın sağlığında, yəni 1974-cü ildə ərə gedib, həmin vaxtdan bu günə kimi miras əmlakda yaşamır, bu faktları İddiaçı da etiraf edir. Babayeva Zoxra atası Fəttah 1977-ci ildə ölməmişdən əvvəl, 1974-cü ildə ailə qurub bu evdən çıxmışdır.Yəni, o, mirası faktiki qəbul etməmiş, onun bu mirasda payı olmamış və bu səbəbdən o, mirası qəbul edə və öz payını qardaşı Tarixə bağışlaya bilməzdi. Yuxarıda göstərilənlərə əsasən Cabarov Tarixin iddia ərizəsinin rədd edilməsini, Cavabdeh5 və qeyrilərinin iddia ərizələrinin təmin edilməsini məhkəmədən xahiş etdi. X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibəti ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2, X15, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılması barədə ərizə təqdim etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə Cavabdeh2, X9, Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Cabarov Tarixin iddiası qismən təmin olunmalı və Cavabdeh5 və qeyrilərinin iddiası təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh5 şahidi qismində dindirilən X6 göstərdi ki, tərəflərlə qonşudur, münasibətləri yaxşıdır. Eldar atası Fəttahın ölümündən əvvəl və sonra bu evdə yaşamışdır. Eldarın arvadı Tamirə ərə gələndən sonra və bu günə kimi bu evdə yaşayır. Eldarın uşaqları Cavid, Fəttah və Lamiyə doğulandan bu günədək həmin evdə yaşayırlar. Heydərova Sevinc atası Eldarın sağlığında ailə qurub bu evdən köçmüşdür. Cavabdeh4, Cavabdeh7 rəhmətlik Eldarın nəvələridir, Eldarın oğlu Fəttahın oğullarıdır və onlar ataları Fəttahla bu evdə yaşayırlar. Cavabdeh1 anası Sevinc təxminən 20 il bundan əvvəl ailə qurub bu evdən çıxmışdır. Oğlu İbrahim anası ilə yaşayır. Babayeva Zoxra atası Fəttahın sağlığında ərə getmiş və bu evdən çıxmışdır. Fəttah 70-ci illərdə vəfat etmiş, onun oğlu Eldar isə 2012-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında Cavabdeh5 şahidi qismində dindirilən X21 göstərdiki ki, o, tərəflərlə uzaq qohumdur, iddiaçılarla və cavabdehlər münasibətləri yaxşıdır. X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında X13 şahidi qismində dindirilən X29 bildirmişdir ki, Tarix onun qonşusudur.Özü 1990-cı ildə ərə gedib onun qonşuluğuna köçmüşdür.Özü Şağan qəsəbəsi,Hamletxanzadə küçəsi, ev 28 ünvanında yaşayır. Mübahisəli evdə Tarix özü tə yaşayır.Bu evdən qardaşı Eldar sağlığında uşaqları ilə köçmüşdür. Buna baxmayaraq Eldarın nəşi bu evdən götürülmüş və dəfn mərasimi bu evdə keçirilmişdir. Məhkəmə iclasında X13 şahidi qismində dindirilən X11 göstərdi ki, o Cabarov Tarixin yeznəsidir. Sözügedən evdə 1991-ci ildən 2011-ci ilədək yaşayış olmamışdır.Həmin evdə Tarixin anası,2011-ci ildən isə Fəttah yaşayıb.Zoxranı orada görməyib,o Şüvəlanda yaşamışdır. Məhkəmə iclasında X13 şahidi qismində dindirilən X30 göstərdi ki, Eldar onun keçmiş qudasıdır. Belə ki, onun qızı ilə Eldarın oğlu Fəttah ailə qurmuş, 2011-ci ildə qızı oraya köçmüş, bundan təxminən 5-6 ay əvvəl Tarix həmin evi təmir etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,2034 ha torpaq sahəsində yerləşən 108,2 kv.m olan 1 nömrəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdən tam payla X13 adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evində Cavabdeh1 (xx.xx.2009), Cavabdeh2 ,Cavabdeh3,Cavabdeh4 (xx.xx.2012) ,Cavabdeh5,Cavabdeh6 (xx.xx.2007), Cavabdeh7, X20 qeydiyyatdadır. İş materiallarında olan 414151 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X41 xx.xx.1977-ci il tarixində Bakı şəhərində (Mərdəkanda) vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 337555 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X31 ilə X16 xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və Tamirəyə Cabbarova soyadı verilmişdir. İş materiallarında olan Xəzər RİHB-nin Binə qəsəbə İƏD üzrə nümayəndəsi Ərəstun Əlisoy tərəfindən göndərilən məktubdan görünür ki, X5,Cavabdeh1, Cavabdeh6 Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi,”Atçılıq” yaşayışş massivində yaşayıb yaşamaması və nə vaxtdan yaşamaları barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində X17 adına vərəsəlik işi açılmış, lakin hazırki tarixədək vərəsəlik şəhadətnaməsi alınmamışdır və vərəsəlik işi müəyyən edildiyi halda həmin işi aparan notariat ofisindən miras qoyanın vərəsələri və digər məsələlərə dair məlumat əldə edilir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 7 saylı notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında verdiyi şəhadətnamədən görünür ki, X22 vərəsələri X28 və X36 ünvan 1 ünvanında yerləşən 1 saylı evdən hər biri 1\2 hissədə pay almalıdır. İş materiallarında olan 279576 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 və X32 xx.xx.1974-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş xx.xx.2017-cü il tarixli vərəsəlikdə miras payının bağışlanması müqaviləsindən görünür ki, X28 ünvan 1 ünvanında yerləşən 1 saylı evdən olan 1\2 payını qardaşı X19 bağışlayır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 499 nömrəli arayışdan görünür ki, X37 vəfat edənə qədər( xx.xx.1977-ci il) Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 2,ev 1 ünvanında yaşamışdır. Vəfat edən zaman X23,X24, X38, X31, X25 və X36 onun ailə üzvləri olmuşdur. İş materiallarında olan 223363 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2007-ci il tarixdə kəskin sol mədəcik çatışmazlığı səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan 156645 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X41 və X33 xx.xx.1952-ci il tarixində nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.1953-cü il tarixdə doğulmuşdur. X7,anası X18r. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X39 xx.xx.1963-cü il tarixdə doğulmuşdur. X7,anası X18r. İş materiallarına əlavə olunmuş 874112 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2012-ci il tarixində başın travması səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan 420964 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.1977-ci il tarixdə (X22 öldüyü tarixdə) qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. 555-ci maddəsinə əsasən vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən,miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Məhkəmədə müəyyən olundu ki, X37 1977-ci ildə ölmüş və onun ölümündən əvvəl və sonra oğlu Eldar 2012-ci ilədək-ölənədək bu evdə yaşamışdır. Yəni, mirası faktiki olaraq qəbul etmişdir. Bundan başqa məhkəmədə müəyyən olundu ki, 2012-ci ildə vəfat etmiş Eldarın arvadı Tamirə 1983-cü ildə Eldar Cabbarovla ailə qurmuş, mübahisəli evə (miras əmlaka) gəlin köçmüş və bu günədək həmin evdə qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda, Eldarın uşaqları Cavabdeh5, Cabbarov Fəttah və Cavabdeh2 doğulandan bu günədək mübahisəli evdə qeydiyyatda olmaqla yaşayırlar. Yəni, Cavabdeh3, X42, X27 və Cavabdeh2 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər və onların bu mirasda payları vardır. Bundan əlavə, məhkəmədə müəyyən olundu ki, Heydərova Sevinc atası Eldarın sağlığında ailə qurmuş və bu evdən köçmüşdür.Təxminən 2010-cu ildən mübahisəli evdə yaşamır. Onun oğlu Cavabdeh1 onunla Binə qəsəbəsində Atçılıq yaşayış massivində yaşayır. Heydərova Sevinc mirası faktiki olaraq qəbul etməmişdir, onun və uşağı Cavabdeh1 bu evə istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, Babayeva Zoxra atası Fəttahın sağlığında - 1974-cü ildə ərə getmiş və bu evdən çıxmışdır. Fəttah 1977-ci ildə vəfat etmişdir. Yəni, o, faktiki olaraq mirası qəbul etməmiş və bu səbəbdən mirası qəbul edə və öz payını qardaşı Tarixə bağışlaya bilməzdi. Babayeva Zoxra məhkəməyə ərizə göndərmişdir. Ərizəsində qeyd etmişdir ki, qardaşı Tarix ona bildirmişdir ki, atalarından qalan mirası öz və qardaşı Eldarın oğlu Fəttahın adına rəsmiləşdirmək üçün notariusa getmək lazımdır. Onlar birlikdə notariusa getmiş və bir neçə sənəd imzalamışlar, guya o, atasından qalan mirası qəbul etmiş və öz payını qardaşı Tarixə bağışlamışdır, halbuki notariusa gedəndə Tarix demişdi ki, mirası Eldarın oğlu Fəttah ilə böləcək. Ona hansı sənədə qol çəkdiyi deyilməyib. Sonradan ona məlum olub ki, qardaşı onu aldadıb ,miras əmlakını bütövlükdə öz adına keçirib. Göstərilən səbəblərə görə məhkəmə hesab edir ki, xx.xx.2017-cü il tarixli vərəsəlikdə miras payının bağışlanması müqaviləsi, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalıdır və Cabarovun Tarixin adına olan xx.xx.2017-ci il tarixli Çıxarış ləğv edilməlidir. Məhkəmə Cabarov Tarixin şahidləri X29, X11 və X12 məhkəməyə verdikləri ifadələrə şübhə ilə yanaşır. Hesab edir ki, onların ifadələri həqiqətə uyğun deyildir və qərəzlidir. Məhkəmə hesab edir ki, şahid Telman Məmmədovun qızı ilə X27 ailəli olmuş, 2023cü ildə boşanmışlar. X3 Fəttah Cabbarova qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində əmlak tələbinə dair iddiasına baxılır. Yəni tərəflər arasında münasibətlər gərgindir, ona görə də Telman Məmmədov qərəzli ifadə verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı X13 iddiası qismən təmin olunsun. X5 və Cavabdeh1 ünvan 2 ünvanındaki fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissəsi əsassız olduğundan rədd edilsin. İddiaçılar Cavabdeh5,X9, X5,Cavabdeh2, Cavabdeh3 iddiası təmin olunsun. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 108.2 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə və evin yerləşdiyi 0.2034 ha torpaq sahəsinə dair İddiaçı və X10 adına Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-260 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X28 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2017-ci il tarixli 2V-260 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 108.2 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə və evin yerləşdiyi 0.2034 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışı ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3143/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3143/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver