Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3160/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sərdliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakıilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkün hərraca çıxarılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən nənəsi mərhum X1 adına olan mülkü hərraca çıxarılaraq satılması, miras haqqı olan X9 düşən paydan 2(003)-4183/2015 saylı, xx.xx.2015-ci il tarixli Qərardada əsasən 12.780 manat məbləğində pul borcunun tutularaq, tələbkar İddiaçı1 xeyrinə ödənilməsi, mülkün Vərəsəsi olan Cavabdeh düşən paydan 25 saylı Notariat Kontorunun 8İ-1033-saylı, xx.xx.2019-cu il tarixli İcra qeydinə əsasən, 10.220 azn məbləğində məbləğində pul borcunun tutularaq, tələbkar İddiaçı2 xeyrinə ödənilməsi, həmçinin mülkdə miras haqqı olan anası mərhum X4 düşən paydan ona ayrılacaq olan qisminin nəğd pul formasında tutularaq alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onlar iki azyaşlı uşaqları X18, X15 ilə birgə ünvan 2 ünvanda yaşayırlar. Bakı Apellyasiya Məhkəməsinin 2011-ci il tarixli Qətnaməsi üzrə qeydiyyata geri qaytarılmış, Xəzər RM-nin 2(003)- 2773/2016 saylı, xx.xx.2016 tarixli Qətnamə əsasında iki az yaşlı övladları birgə adı gedən ünvana köçürülmüş və İddiaçı2 Xəzər RM-nin 2(003)-5121/2017 saylı, xx.xx.2017 tarixli Qətnaməsi əsasında adı gedən mənzildə istifadə hüququ tanınmışdır. Hərraca çıxarılmasını xahiş etdikləri, ünvan 1 ünvanında yerləşən mülkün hüquqi sahibi tam pay üzrə ********** qeydiyyat nömrəsi, xx.xx.2019 tarixli Çıxarış nənəsi X1 adınadır. Belə ki, babası Yaşar Bəşir oğlu xx.xx.1995-ci ildə vəfat etməzdən öncə adı gedən ünvanı özəlləşdirməmiş, sonradan nənəsi T.Hacıyeva öz adına xx.xx.2019-cu il tarixində özəlləşdirərək mənzilin Çıxarışını almışdır. Mülkün sahibi nənəsi X7 xx.xx.2020-cu il tarixində dünyasını dəyişmişdir. Adı gedən mülkü nənəsi T.Hacıyeva dünyasını dəyişməzdən öncə qızı Cavabdeh vərəsə vermişdir. Buna baxmayaraq, T.Hacıyevanın qızı Cavabdeh əlavə 6 övladı daha vardr ki, onlardan biri onun anası X5r. Məhkəməyə təqdim etdiyi sənədlər içərisində mənzilin Arxiv arayışı və Orderindən də göründüyü kimi: X16, X14, Hacıyeva (Nəzirova) Sənubər Yaşar qızı, Hacıyeva (Nəcəfova) Gülbəs Yaşar qızı, Hacıyev Vaqif' Yaşar oğlu. X12 adları qeyd olunmuşdur. Nəzərə alsaq ki, qanunvericilik üzrə mülkün sahibi dünyasını dəyişdikdən 6 ay sonra vərəsənin adına mülk keçə bilər. Vərəsə Cavabdeh İddiaçı2 25 saylı Notariat Kontorunun 8İ-1033-saylı, xx.xx.2019-cu il tarixli İcra qeydinə əsasən 11.020 azn (on bir min iyirmi manat) pul borcu vardır və həmin pul borcludan tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir. Baxmayaraq ki, Cavabdeh artıq bir ildən yuxarıdır ki, ona borcludur, borclu borcdan cəmi 800 azn ödəmişdir, geri qalan 10.220 azn borcu qərəzli olaraq ödəmir. Xəzər RMİPŞ-nin tədbirləri nəticəsində borclunun 8(003)- 24/2020 saylı, xx.xx.2020 tarixindəki Qərardadla ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılmış, xx.xx.2020 tarixli icraçı Mübariz Abbasova vermiş olduğu izahatı və xx.xx.2020 tarixli, 3(003)-532/2020 saylı qərarda da öz borcunu qəbul edib aylıq ödəniş etməsi ilə razılığa gəlməsi də, bu işdə sübut kimi öz əksini tapmışdır. Cari tarixdə borclu Cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan qərəzli olaraq boyun qaçırır. Adıgedən mülkdə miras payı olan və həmin evdə qeydiyyatda olan X8 İddiaçı1 12.780 azn (on iki min yeddi yüz səksən manat) məbləğində borcu vardır. Xəzər RMİPŞ-nin icra məmuru Yaqub Qafarovun icraatında olan 2(003)4183/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı1 xeyrinə cavabdeh X6 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 azn (iyirmi min manat) məbəğində pul və 30 manat dövlət rüsumu tutulmalı idi. Borclu V.Hacıyev ümumi məbləğdən 7.220 azn ( yeddi min iki yüz iyirmi manat) ödəniş etmiş və 12.780 azn (on iki min yeddi yüz səksən manat) məbləğində borcu qalmışdır. Belə olan hada borclu V.Hacıyev Xəzər RM-nin xx.xx.2017-ci il tarixli 1 (003)-351/2017 saylı Hökmü üzrə azadlıqdan 01 (bir) il müddətinə məhrum edilmişdir. Buna baxmayaraq, azadlığa çıxdıqdan sonra borclu Vidadi Hacıyev yenə də qərəzli olaraq öz borcunu ödəməkdən boyun qaçırır. Mülkdə Miras pay olanlardan biri onun anası X5r. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3.cü maddəsinə uyğun olaraq, qanun üzrə vərəsəlik zamanı vərəsənin övladlarını onların ölmüş valideyninə çatası paydan, bərabər miras alırlar. O da mülkdən anasına çatan paydan ona düşən haqqı almaq iddiasındadır. Bundan əlavə, adıgedən ünvanda onlarla birlikdə Cavabdeh, Nəcəfov MirZeynalabidin, Nəcəfov MirCəfər, Nəcəfova Tükəzban, Hacıyev Hacı, Hacıyeva Aytəkin, Hacıyev Əlirza, Hacıyev Sadiq, Hacıyeva Şəbinə, Mustafayeva Zeynəb, Rəhimova Elmira, Hacıyev Vidadi yaşayırlar. Xəzər RPİ tərəfindən №055-**********-li, xx.xx.2017 tarixli məktubunda da göründüyü kimi və sentyabr 2020 tarixində yenidən sahə müfəttişi tərəfəindən həmin ünvan münaqişəli ailə kimi qeydə alınmışdır. Yuxarıda adı çəkilən şəxslər dəfələrlə onlarla və bir-biriləri arasında mütəmadi münaqişə yaradır, nəticədə evdə cinayət işi, inzibati xətalar, qanunazidd hallar yaşanır, bu səbəbdən mülklərinə və sağlamlığına dəyən ziyandan cərimə olunur, xəbərdarlıq edilir, barələrində qərar qəbul olunsa və ya hökm oxunsa da bu əməlllərindən əl çəkmirlər. Evin sahibəsi kimi özünü onlara elan edən Cavabdeh özü, qardaşları və övladları ilə birgə evdə yaşanılmaz şərait yaradır. Hazırki karantinlə bağlı evdə qalmalı olduqları halda evdə qala bilmirlər. Cavabdeh mütəmadi olaraq evdə şəraitsizlik, mübahisə, qonşular içində şərəf ləyaqət təhqiri edir. Buna cavabdehin qızı Tükəzban Nəcəfova və qardaşı Hacıyev Hacı da qoşulur. Son yaranan mübahisə 19-20-22 avqust- 2020ci il tarixlərində üstlərinə hücum çəkdiklərinə görə bir həftə içində evə DİN-nin 102 qaynar xəttinə zəng edərək, 4 dəfə Xəzər RPİ-nin 2-ci bölməsindən polislər gəlmiş və məsələ ilə bağlı hazırda təhqiqatda və istintaqda iş davam edir. Onlardan öncə Mustafayeva Zeynəb və Rəhimova Elmiranı döyərək evdən qovmuş və bu həmin münaqişə ilə də hazırda iş Xəzər RPİ-nin 2 PB-də təhqiqatdadır. Cavabdeh oğlu Nəcəfov MirZeynalabidin Mirsəlim oğlu ruhi xəstə olduğu üçün evdə qapılarını sındırır, söyüş söyür, hər xəstəliyi evin içərisinə daşıyır. Belə ki, anası tərəfindən nəzarəti olmayan M.Nəcəfov yollarda yemək yeyir, yerlərdə yatır, öz gigiyenasına diqqət edə bilmir və.s Odur ki, evdə yaradılan ümumi süni şərait, azyaşlı körpələrin qarşısında yaşananlar onları psixolji vəziyyətlərinə çox piss təsir edir. Artıq həmin ev yaşanılmaz hala gəlmişdir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən nənəsi mərhum X1 adına olan mülkü hərraca çıxarılaraq satılması, miras haqqı olan X9 düşən paydan 2(003)-4183/2015 saylı, xx.xx.2015-ci il tarixli Qərardada əsasən 12.780 manat məbləğində pul borcunun tutularaq, tələbkar İddiaçı1 xeyrinə ödənilməsi, mülkün Vərəsəsi olan Cavabdeh düşən paydan 25 saylı Notariat Kontorunun 8İ-1033-saylı, xx.xx.2019-cu il tarixli İcra qeydinə əsasən, 10.220 azn məbləğində məbləğində pul borcunun tutularaq, tələbkar İddiaçı2 xeyrinə ödənilməsi, həmçinin mülkdə miras haqqı olan anası mərhum X4 düşən paydan ona ayrılacaq olan qisminin nəğd pul formasında tutularaq alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onundur, anası ona verib. Qardaşları həmin evdən öz payından imtina edib. O, anasına baxıb, uşaqlıqdan anası həmin evi ona bağışlayıb. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1989-cu ildə anadan olmuş, atası X13, anası X5r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 xx xxxxxxxx 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 X1 xüsusi mülkiyyətindədir. Həmin evə dair X2 texniki pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2773/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı1 iki azyaşlı uşağı ilə birlikdə ünvan 4-a istifadə qaydası müəyyən edilməklə mənzilin sahəsi 16.59 kv.m. olan bir otağına köçürülməsi qərara alınmışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5221/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı2 ünvan 4-a istifadə hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 24/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat kontorunun 8İ-1033 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh cəmi 11020 manat pul İddiaçı2 xeyrinə ödənilməlidir. Cavabdeh ölkədən çıxmaq hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(003)-4183/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 xeyrinə cavabdeh X6 20000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Borclu heç bir ödəniş həyata keçirməmiş, Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli 2(003)-2/2016 saylı qərarına əsasən 15 gün müddətinə inzibati həbs edilmişdir. İddia tələbindən və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçılar mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 59 saylı mənzilin hərraca çıxarılaraq satılmasını xahiş etmiş və əmlakın satışından əldə olunan gəlirdən miras payı olan X8 İddiaçı1 olan borcunun, digər vərəsə Cavabdeh İddiaçı2 olan borcunun ödənilməsi, həmçinin mərhum X3 miras haqqına uyğun olaraq ona düşən paydan iddiaçıya ayrılacaq qismin tutulması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MM-in qeyd olunan maddəsindən əvvəl 203.3-cü maddəsinə nəzər salmaq lazımdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Qanunvericiliyin qeyd olunan normasından görünür ki, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslarlar yol verilir. Yəni mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi hər bir əsas üzrə (məs, tələbkarın iddiası üzrə) deyil, yalnız qanunvericilikdə müəyyən edilmiş əsas üzrə həyata keçirilə bilər. Qanunvericilikdə müəyyən edilmiş əsas isə belədir: əgər mülkiyyətçinin öhdəlikləri məhkəmə qətnaməsi ilə təsdiq olunubsa, (məs, pul tutulması barədə qətnamə) mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi icra məmuru tərəfindən həyata keçirilir. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu zaman “icra məmuru tərəfindən” deyiləndə icra məmurunun təşəbbüsü (müraciəti) əsasında qəbul eidlən məhkəmə qərarından söhbət gedir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, mülkiyyətçinin məhkəmə qətnaməsindən irəli gələn öhdəlikləri üzrə tutmanın onun əmlakına yönəldilməsi yalnız icra məmurunun müraciəti əsasında, məhkəmə qərarı ilə həyata keçirilə bilər. Məhkəmə icra məmurunun müraciəti əsasında belə qərar qəbul edərkən, qərarın hüquqi əsası kimi Azərbaycan Respublikasının MM-in 205-ci maddəsinə istinad edəcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıların tələbin borclunun əmlakının hərracda satılması tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, İddiaçı1 mübahisə predmeti olan əmlakdan mərhum anası X4 düşən paydan ona ayrılacaq qismin tutulmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən X3 mübahisəli əmlaka dair vərəsəlik hüququnu təsdiq edən hər hansı hal aşkar edilməmiş, iddiaçı tərəf öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkün hərraca çıxarılmasına dair iddia tələbi rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkün hərraca çıxarılmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3160/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3160/2020
29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver