Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3168/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı Şəhəri,Xəzər Rayonu,Binə Qəsəbəsi,9-saylı X1 Bina ünvanında pasport qeydiyyatında olan Cavabdeh 6000,0 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 80,0 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, tanışı, səmimi münasibətdə olduğu X3 vasitəsilə tanış olduğu Cavabdeh ilk görüşdən özünü Ali Məhkəmənin məsul vəzifə sahibi olan şəxs kimi təqdim etmiş, Abşeron Rayon Prokuroru ilə qohum olduğunu söyləmiş və heç kəsin bacara bilmədiyi işləri həll etmək, yoluna qoymaq gücündə olduğunu söyləmişdir. Baxmayaraq ki, Cavabdeh danışan zaman kəkələyə-kəkələyə danışsa da şirin dili ilə iddiaçını öz məkrli toruna sala bilmişdir. Digər tərəfdən isə onu cavabdehlə tanış edən tanışı X6 ona and-aman edirdi ki, Cavabdeh iş görmək qabiliyyəti var və cavabdehlə onu tanış edən Hərbi Prokurorluğun məsul əməkdaşı X4 də cavabdeh barəsində belə söyləmişdir. İddiaçı cavabdehlə ancaq şənbə və bazar günləri görüşə bilirdi. Çünki cavabdeh iş vaxtı Ali Məhkəmədən çıxa bilmədiyini, hətta mobil telefonla da danışa bilmədiyini söyləmişdi. Nəhayət yaxın qohumunun dayandırılmış əlil kimi aldığı İİ qrup üzrə təqaüdünü bərpa etdirəcəyinə söz verib öhdəlik götürən Cavabdeh ilə xx.xx.2024-cü ildə Bakı Şəhəri Yasamal Rayonu,B.Vahabzadə küçəsində yerləşən “ PADİŞAH” restoranının 2-ci mərtəbəsində X3 iştirakı ilə görüşüb çay da içdilər və Cavabdeh Qafar Zalovun şahidliyi ilə 3.000 ( üç min ) manat pul verdi. Danışdıqları şərtə görə ertəsi günü cavabdehin Bank Kartına da 3.000 ( üç min ) manat pul yüklədi. Həm Cavabdeh, həm də onu cavabdehlə tanış edən, 3.000 ( üç min ) manat pul verərkən yanında olan X6 iddiaçını tam arxayın salaraq məsələnin həll olunacağına inandıra bildilər. Ertəsi gün cavabdeh ona zəng vuraraq qohumunu xx.xx.2024-cü il tarixdə,saat 15.00da qəbul ediləcəyini bildirmiş, hətta mesaj da yazmışdır. Bu müddət ərzində iddiaçı narahat olduğundan, cavabdehdən gözünün su içmədiyindən X6 ilə görüşüb cavabdehi onunla tanış edən Hərbi prokurorluğun məsul işçisi olan Mətləb Nağıyevin mobil telefon nömrəsini alıb zəng vuraraq başına gələnləri ona danışdı. X5 yəqinliklə bildirdi ki, narahat olmağa əsas yoxdur, verdiyi pulun yarısını Qafar Zalovun şahidliyi ilə vermdiyini, qalan hissəsini də cavabdehin Bank Kartına yüklədiyinu, hətta cavabdehin aldığı 6.000 ( altı min ) manat pula dair mesai da yazıb göndərəcəyini tapşıracağını bildirdi. İddiaçı öz növbəsində Mətləb Nağıyevə inanaraq razılaşdı. Lakin sonradan baş verən hadisələr onun haqlı olduğunu sübut etdi. Belə ki, Cavabdeh hər iki mobil telefon nömrəsini qapadaraq aradan çıxdı, onu cavabdehlə tanış edən X6 həbs edilərək X2 köçürüldü, Mətləb Nağıyev isə telefon zənglərinə cavab vermir, mesağlarını oxumur. Bütün bunlardan sonra o, cavabdeh barəsində əvvəlcə Ali Məhkəməyə,daha sonra əlaqədar hüquq-mühafizə orqanlarına Şikayat Ərizələri göndərdi, cavabdeh X6 ilə isə əlaqə yaradanda bildirdi ki, onun şahidliyi ilə cavabdehə verdiyin 3.000 ( üç min ) manat pulu istənilən yerdə etiraf etməyə hazırdı. Məhkəməyə müraciət etməkdən savayı yolu qalmamışdır. Onu da qeyd etmək istərdi ki, Cavabdeh barəsində iki dəfə cinayət işi qaldırılmış və iki dəfə həbsxana həyatı yaşamışdır. Belə ki, birinci dəfə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cavabdehin barəsində AR CM-nin 178.3.2 maddəsi ilə,ikinci dəfə isə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən AR CM-nin 178.2.4 maddəsi ilə cinayət işi başlanılmış, Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həm də məlumat ala bilmişdir ki, cavabdeh başqa vətəndaşların etibarlarından sui-istifadə etməklə küllimiqdarda pullarını,əmlaklarını ələ keçirib dələduzluq yolu ilə mənimsədiyinə görə kifayət qədər “təcrübəsi vardır”. Cavabdeh yuxarıda qeyd olunanlara baxmayaraq bu günə kimi ondan borc adı ilə aldığı pulunu qaytarmamışdır və qaytarmaq fikrində də deyildir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, tərəfləri o, taniş edib. Həqiqətən iddiaçı təxminən 7\8 ay əvvəl Cavabdeh onun iştirakı ilə “Padishah” restoranının 2-ci mərtəbəsində oturan zaman 3000,0 manat məbləğində pul verib və bundan əlavə qalan 3000,0 manat məbləğində pulu isə kart vasitəsi ilə Cavabdeh hesabına köçürəcəyi ilə bağlı razılıq əldə edilib. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC MilliÖn elektron ödəmə sistemindən qəzbiz sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh aid “Leobank” kartına 3000,0 manat pul köçürülmüşdür. İş materiallarında olan ərizələrin surətindən görünür ki, İddiaçı Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması və onun 6000,0 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlıAzərbaycan Respublikası Ali Mehkemesinin sədrinə, Bakı Şəhəri Yasamal Rayon Prokuroruna, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin rəisinə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəisinə Ombudsmana. İş materiallarında olan “whatsapp” yazışmalarının sürətindən görünür ki, Cavabdeh kimi qeyd edilmiş kontakta xx.xx.2024-cü il tarixdə pul köçürülməsini təstiq edən qəbzin şəkli göndərilmiş və Cavabdeh kimi qeyd edilmiş şəxs tərəfindən təstiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə Tabe Olan Bakı Metropolitenində Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun müraciəti əsasında toplanmış material Yasam RPİ-in İŞ-də Cavabdeh barəsində istintaq olunan ********* nömrəli cinayət işinə əlavə ounmasından ötrü Yasamal RPİ-nə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1014/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının sürətindən görünür ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum edilmə cəzasının qalan 9 (doqquz) ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzasını ümumi relimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ona X3 iştirakı ilə 3000,0 manat məbləğində pulu nəğd şəkildə, 3000,0 manat məbləğində pulu isə cavabdehə aid olan “Leobank” kartına yükləmişdir. Nəticədə cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, ümumilikdə 6000,0 manatı ona geri qaytarmamışdır. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, iddiaçının 6.000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmaması məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh isə pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 6000,0 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 80,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6000,0 manat məbləğində pul vəsaiti və 80,0 manat dövlət rüsumu olmaqla, cəmi 6080,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000,0 manat məbləğində pul vəsaiti və 80,0 manat dövlət rüsumu olmaqla, cəmi 6080,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3168/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3168/2024
29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver