Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3178/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) notariat hərəkətlərinin aparılmasından imtinanın əsassız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun 01 may 2022-ci il tarixdə vəfat etmiş anası X6 tərəfindən 25 sentyabr 1997-ci il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə ona vəsiyyət etdiyi Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin sıxlaşdırılmış 2-ci mənzilinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinasının əsassız sayılması və həmin mənzilə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin həmin notariusa həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Daha sonra iddia iddia tələbini dəqiqləşdirərək 01 may 2022-ci il tarixdə vəfat etmiş anası X6 tərəfindən 25 sentyabr 1997-ci il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə ona vəsiyyət etdiyi Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin sıxlaşdırılmış 2-ci mənzildən ibarət mirasa dair Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2022-ci il tarixli D/107 saylı imtinasının əsassız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhumlar X7 və X1r. Atası X8 05 sentyabr 1968-ci il tarixdə, anası X5 01 may 2022-cı il tarixdə vəfat etmişlər. Valideynlərinin ondan başqa bir övladları da vardır: qardaşı Maraqlı şəxs Rüstəmoviç. Valideynlərinin bizdən başqa qanun üzrə birinci növbədə vərəsələri olmamışdır. Anası X6ya Azərbaycan Dəmir Yolları idarəsinin Bakı Şöbəsinin 28 dekabr 1994-cü il tarixli 374 saylı qərarı ilə Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin sıxlaşdırılmış 2-ci mənzili verilmişdir. Anası X6 həmin mənzili 25 sentyabr 1997-ci il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Qardaşı Maraqlı şəxs Rüstəmoviç anası tərəfindən mənzilin ona vəsiyyət edilməsinə razılıq vermişdir. Həmin vəsiyyətnamə hal-hazırada da qüvvədədir. O, 2022-ci ilin avqust ayında Bakı şəhəri 7 saylı Notariat Ofisinə vəsiyyətnamənin qeydə alınması üçün müraciət etmişdir. Notariat Ofisinin xüsusi notariusu X10 25 avqust 2022-ci il tarixli D/i07 saylı cavabla ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olmasını bildirmişdir. Xüsusi Notariusun 25 avqust 2022-ci il tarixli D/107 saylı ilə Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin sıxlaşdırılmış 2-ci mənzilinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməsini əsassız və qanunsuz hesab edir. Belə ki, vəsiyyət edən anası X6 həmin mənzili 25 sentyabr 1997-ci il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə 01 may 2022-ci il tarixdə vəfat etmişdir. O, miras əmlak barədə ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 07 saylı Notariat Ofisinə 2022-ci ilin avqust ayında, təxminən 3 ay ərzində, müraciət etmiş, yəni miras əmlakı qəbul etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmamışdır. ünvan 1 ünvanlanmış 25 avqust 2022-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə cavabı qanunsuzdur. Tərəfindən miras əmlakın qəbul edilməsi müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum anası ölən günədək onun yanında qalmışdır. Onun qardaşı anasına baxmamışdır. Anasının dəfn xərclərini də o çəkmişdir. Anası öləndən sonra o, notaruisa müraciət etmişdir. Notarius ona məsləhət vermişdir ki, vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumatı Dövlət notariat arxivinə sorğu verməklə öyrəndikdən sonra onlar müraciət edim. O, da bundan sonra dövlət notariat arxivinə müraciət etmişdir. Hesab edir ki, mirasın qəbul qəbul edilməsi üçün müddəti ötürməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, o, miras əmlakda yaşayır. Evi təmir etdirib. Özü də oğlu da həmin evdə qeydiyyatdadır. Cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məktub ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin 2-ci mənzili X4 adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X6 Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin sıxlaşdırılmış 2-ci mənzilini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1968-ci il tarixdə ölmüşdür. İş materiallaında olan Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 33 saylı dövlət notariat ofisində 25 sentyabr 1997-ci il tarixdə 2-B/89 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, həmin vəsiyyətnamənin xx.xx.2022-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərhum xx.xx.2022-ci il tarixdə ölmüş X3 miras qalmış Bakı şəhəti Xəzər rayonu Zirə qəsəbəsi 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra miras qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər.) səbəblərindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X3 miras qalmış Bakı şəhəti Xəzər rayonu Zirə qəsəbəsi 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra miras qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər.) səbəbindən İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak Bakı şəhəri Zirə qəsəbəsindəki 2 saylı Dəmir Yolu evinin sıxlaşdırılmış 2-ci mənzili X2 adına qeydiyyata alınmışdır. Zauqiriya Alevetdinova xx.xx.2022-ci ildə, onun həyat yoldaşı X8 xx.xx.1968-ci il tarixdə ölmüşdür. Zauqiriya Alevetdinova 25 sentyabr 1997-ci il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə ilə miras əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. Sözügedən vəsiyyətnamə hal-hazırda qüvvədədir. İddiaçı, ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etsə, Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən müəyyən edilmiş müddət keçdiyindən, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən notariusun imtinasının əsassız sayılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmin Plenum qəraında həmçinin qeyd edilir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Beləliklə, mərhum Zauqiriya Alevetdinovanın öz iradəsinə uyğun olaraq vərəsə olaraq seçdiyi İddiaçı vərəsə statusunun notariat qaydasında rəsmiləşdirilməsinin müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəbdir. Həmçinin, iş üzrə müəyyən olunur ki, iddiaçı mərhum anasının ölümündən dərhal sonra Bakı şəhəri 33 saylı dövlət notariat ofisində 25 sentyabr 1997-ci il tarixdə 2-B/89 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət Notariat Arxivinə xx.xx.2022-ci il tarixli müraciət etməklə mirasın qəbul edilməsinə yönəlmiş hərəkətlər etmiş və bundan sonra anasının ölümündən 3 ay 25 gün sonra, yəni qanunvericiliklə müəyyən edilmiş 6 ay müddətində notariusa müraciət etmişdir. Məhkəmə, göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2022-ci il tarixli D/107 saylı imtinası qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2022-ci il tarixli D/107 saylı imtinası qanunsuz hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3178/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3178/2022
21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver