Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3179/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı Cavabdehnə qarşı “avtomobilin cərimə meydançasından buraxılması, iddiaya inzibati qaydada baxılması və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılması, iddiaya İnzibati Xətalar Məcəlləsinin 40-cı və İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsini rəhbər tutaraq baxılması, hər gün yol xərci olaraq ortalama 50 manat, avtomobilin cərimə meydançasında gündəlik saxlanması xərci 1 manat, məhkəmə xərcləri və ezamiyyətə gedə bilmədiyi üçün aylıq dövriyyəsinin aşağı düşməsi səbəbilə dəymiş zərər olaraq 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində avtomobilin cərimə meydançasından buraxılması və dəymiş zərərin ödənilməsi tələbi kimi bir-bir ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin müəyyən olundu ki, iddiaçı dövlət rüsumunu düzgün ödəməmişdir. İddia tələbi 2000 manat olduğu halda iddiaçı 40 manat dövlət rüsumu ödəməli olduğu halda 30 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçı inzibati məhkəmələrə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7 , 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “avtomobilin cərimə meydançasından buraxılması, iddiaya inzibati qaydada baxılması və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ödədiyi 30 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı inzibati məhkəmələrə müraciət etməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3179/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3179/2025
29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver