Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-320/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin əvəzi hesabına 45.545 manat, ödədiyi dövlət rüsumunun əvəzi olaraq 226,64 manat vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində cavabdehin,yəni bacısının adına qeydə alınsa da, evin tikintisi özü tərəfindən öz vəsaiti hesabına aparılmışdır.Tikildiyi vaxtdan evdə özü, arvadı və uşaqları qalır. Torpaq sahəsi və onun üzərindəki ev 2013-cü ildən istifadəsindədir.Bu fakt Cavabdeh tərəfindən ona və başqalarına qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi məhkəmə tərəfindən həll edilərkən məhkəmədə vermiş olduğu izahatında da öz əksini tapmışdır. Həmçinin Cavabdeh evin onun tərəfindən tikilməsini inkar etməmişdir. Xəzər rayon məhkəməsinin 2(003)-206/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə o və başqalarının mübahisəli evdən çıxarılması qət edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən ona kompensasiya hesablanmamışdır. İnşaat işlərinə 2011-ci ilin avqust-sentyabr aylarından başlayıb və 2013-cü ilin sonlarında yekunlaşdıraraq həmin evə köçmüşük.Ev kürsülü 1 mərtəbədən 2 otaq, 1 hamam və 1 dəhlizdən ibarət olmaqla sahəsi 132 kv.m təşkil edir. Tikinti işlərinə 45.545 manata yaxın pul xərcləmişdir.İddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddianı qəbul etmir. Əvvəlki iclasda iddiaçı evin 2008-ci ildə tikilməsini bildirsə də,iddia ərizəsində isə evin 2011-2013cü illərdə tikildiyini qeyd edir.Bundan başqa iddiaçı evin qardaşı üçün tikildiyini qeyd etsə də, sonradan özü yaşamışdır.Bu torpaq əvvəl onun özünə aid olmuşdur.Atası 10 sotdan ibarət torpağın 6 sotunu satmış və bu pulla qalan torpaqda 2008-ci ildə ev tikmişdir. Emin evin yanlız sanitar qovşaqlarını təmir etdirib.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi 8 (köhnə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, İddiaçı iddiası əsassız hesab olunaraq rəd edilməsi xahiş olunmuşdur.Əlavə olaraq qeyd edilmişdir ki, Xəzər rayon məhkəməsinin 2(003)-206/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və digərlərinə qarşı “evdən çıxarılma” tələbi barədə iddiası təmin edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Xəzər rayonu məhkəməsinin sözügedən qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarında olan diskə baxış keçirildi, lakin evin kimin tərəfindən və hansı dəyərdə tikilməsi müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi 8 (köhnə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur.İddiaçı sözügedən mənzildə tikinti və təmir işlərinə 45.545 manat pul sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-320/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-320/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver