Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3275/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə aid cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “cavabdehə aid cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyaların (1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 2 ədəd döşək, 1 ədəd taxt döşəyi, 2 ədəd balış, 1 ədəd mətbəx mebeli, 1 ədəd taxt, 1 ədəd servant, 1 ədəd divan, 1 ədəd yemək masası, 1 ədəd mətbəxt masası, 4 ədəd tabletka, 5 ədəd stul, 1 ədəd mətbəxt masası, 1 elektrik qızdırıcı) ona məxsus olan ünvan 1 ünvandan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırkı mülki iş üzrə Cavabdeh onun keçmiş gəlini olduğunu, oğlu ilə boşandıqlarını, cavabdehin cehiz əşyalarının onun xüsusi mülkiyyətində olan evdə olduğunu və əmlakından istifadəsinə mane yaratdığını, ona görə cavabdehə məxsus əşyaların ona məxsus evdən çıxarılmasını istədiyini bildirmişdir. O, həmçinin əşyaların çıxarılmasını istədiyi evə dair onun adına Qeydiyyat vəsiqəsinin olduğunu və həmin evin Bakı şəhəri, Suraxanı rayonunda yerləşdiyini qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının “Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi” adlı 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına “Ədalətli məhkəmə araşdırması hüququ” adlanan 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 39.1.-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Hazırki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə iclasları keçirilmişdir. Daha sonra həmin hakim başqa məhkəməyə təyin edildiyi üçün mülki iş təqrirlə başqa hakimin icraatına verilmişdir. İşə məhkəmə iclasında baxılan zaman mülki işin ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki mülki mübahisənin mahiyyəti “cavabdehə aid cehiz əşyaların iddiaçıya məxsus evdən çıxarılması”, başqa sözlə mülkiyyətçinin mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulmasının aradan qaldırmaq haqqında iddia tələbi ilə bağlıdır. MPM-in 39.1-ci maddəsinin tələbinə əsasən, qeyd olunan iddialarla bağlı mübahisələrə müstəsna aidiyyət qaydasında baxılır, yəni belə iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məkəmədə baxılmalıdır. Görüdnüyü kimi, qanunvericilikdə müstəsna aidiyyətlə bağlı iddialarda ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. İddiaçı iddia ərizəsində əşyaların çıxarılmasını istədiyi ona məxsus fərdi yaşayış evinin ünvan 1 ünvanında yerləşdiyini qeyd etmiş (iş materialına Qeydiyyat vəsiqəsi əlavə edilib), həmçinin məhkəmə iclasında həmin faktı təsdiq etmişdir. Belə olan halda, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq, hazırki iddia məhz daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməli idi. Bu səbəbə görə hazırki mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iş artıq məhkəmənin icraatına qəbul edildiyi üçün iddia geri qaytarılmamalı, ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə baxılmağa verilməlidir. MPM-in 45-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə obyekti olan daşınmaz əmlak (cavabdehə aid əşyaların çıxarılması istənilən ev) Bakı şəhəri, Suraxanı rayonunda yerləşdiyindən hazırki mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “cavabdehə aid cehiz əşyaların evdən çıxarılması” tələbinə dair 2(003)-3275/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3275/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3275/2025
20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver