Məhkəmə qərarları › İş №2(003)-3317/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3317/2022

16.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3317/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firdofsi qızına və Cavabdeh3 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firdofsi qızına və Cavabdeh3 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firdofsi qızının və Cavabdeh3 onun xüsusi mülkiyyətində olan ünvan 5 saylı evdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı ev ona mərhum atası X14 tərəfindən 17 mart 2003-cü il tarixdə vəsiyyətnamə əsasında verilmişdir. Bundan sonra o, həmin evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən xx.xx.2017-ci il tarixdə RX1033007 saylı çıxarış almaqla evin mülkiyyətçisi özüdür. X4 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh bacısı Cavabdeh1 23 aprel 1991-ci il tarixdə X6 ilə rəsmi olaraq nikaha daxil olmaqla xx.xx.1991-ci il tarixdə qeyd edilən evdən çıxaraq Buzovna qəsəbəsində yerləşən həyat yoldaşının evinə köçərək bu günə kimi orada öz ailə üzvüləri ilə birlikdə yaşayır. Qeyd edir ki, o, həmin vaxt mərhum atasından qalmış evi vəsiyyətnamə üzrə öz adına sənədləşdirdiyi zaman cavabdeh bacısı Cavabdeh1 evin onun adına keçirilməsinə razılıq vermişdir. Bildirir ki, cavabdeh bacısı və onun uşaqları 1991-ci ildən bu günə kimi 31 ildir ki, onun xüsusi mülkiyyətində olan evdə yaşamayıblar. Cavabdehlər sadəcə olaraq bu günə kimi evin pasport qeydiyyatında qalıblar. O, dəfələrlə cavabdehlərə onun evinin pasport qeydiyyatından çıxmaları barədə təklif etsə də, onlar bu barədə heç bir tədbir görməyib. Cavabdehin əvəzinə də kommunal xidmət haqlarını ödəmək onun üçün maddi çətinlik yaradır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O, xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və mübahisəli evi tərk etmişdir. Ailə qurduqdan sonra o, ərinə məxsus evdə yaşamışdır. Hal-hazırda ünvan 5 saylı evdən ona da pay düşür, o da vərəsədir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Firdofsi qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən xx.xx.2003-cü ildə verilmiş vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı mərhum atası X14 tərəfindən Bakı şəhəri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı ev İddiaçı vəsiyyət edilmişdir. İş materiallarında olan Baki Şəhər Xəzər Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda deyilir: “Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətə həmin idarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.” İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 Firdofsi qızı və Cavabdeh3 ünvan 5 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X14, anası ---- Gülsün Əli- Həsən qızıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, X6 ilə X1 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda deyilir:”Elektron Notariat” avtomatlaşdırılmış İnformasiya Sistemində əldə etdiyimiz məlumata əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X8 adından Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı texniki pasportun surətindən görünür ki, ünvan 5 saylı ev İddiaçı adına qeydə alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013 tarixdə ölmüş X9 vərəsəsi oğlu İddiaçı - ünvan 5 saylı ev və o miras əmlakdan 1/8 hissədə pay almalıdır, vərəsəsi qızı X2 - ünvan 5 saylı ev və o miras əmlakdan 1/8 hissədə pay almalıdır, vərəsəsi oğlu X5 - ünvan 5 saylı ev və o miras əmlakdan 1/8 hissədə pay almalıdır, vərəsəsi qızı Cavabdeh1 - ünvan 5 saylı ev və o miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X11 verilmiş **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu X3 təsdiq edir ki, 7 saylı DNK tərəfindən xx.xx.2003-cü illə təsdiq edilən və reyestr kitabında 2V/1-38 qeyd olunan vəsiyyətnaməyə əsasən, xx.xx.2013 tarixdə ölmüş - X16 vərəsəsi İddiaçı - ünvan 5 saylı ev və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə - X11 verilmiş **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat kontorunda bağlanmış vərəsəlikdə miras payın bağışlanması müqaviləsində deyilir: “biz, X2, X5 və Cavabdeh1 xx.xx.2017-ci il tarixdə verilmiş 2V/-58 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X7 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən bizə düşən 1/8 hissə vərəsəlik payımızı İddiaçı bağışladıq.” Beləliklə, cavabdehlərin mübahisəli mənzilində uzun müddət yaşamamaları iddiaçının izahatı ilə yanaşı, işin digər halları ilə sübuta yetirildi. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamamaları səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişlər. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı ev mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin evə qeydiyyata alınmış Cavabdeh1 iddiaçının bacısı, digər cavabdehlər isə Cavabdeh1 övladlarıdır. Cavabdeh1 həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçüb getmişdir. Bundan əlavə, cavabdehlər Cavabdeh2 Firdofsi qızı və Cavabdeh3 da həmin mənzildə yaşamırlar. Evdə onlara məxsus hər hansı əmlak yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məclləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddət də yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi vaxtdan, həmçinin digər cavabdehlər də iddiaçıya məxsus evdə yaşamadıqlarından, cavabdehlərin mübahisəli mənzildən istifadə etmələrini zəruri edən əsas aradan qalxdığından cavabdehlər həmin evdən istifadə hüququnu itirmişlər. Odur ki, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüququnu itirmiş hesab edilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 Firdofsi qızının və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı evdən istifadə hüquqları itirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar