Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3404/2020 27.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 705 manat məbləğində dəymiş maddi ziyanın əvəzi, 500 manat mənəvi ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflər mübahisəni öz aralarında həl etdiklərini və barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmin sazişdə qeyd edilmişdir: “Xəzər rayon məhkəməsinin icraatında olan 2(003)-3404/2020 saylı iş üzrə İddiaçı Əli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 maddi və mənəvi ziyan tələbinə dair mülki işi üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisəsinə birdəfəlik son qoymaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə əsasən hazırkı barışıq sazişini bağlayaraq aşağıdakılar barədə razılaşdılar:
1. İddiaçı Əli qızının öhdəlikləri:
1.1 Xəzər rayon məhkəməsinin icraatında olan 2(003)-3404/2020 saylı iş üzrə İddiaçı Əli qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 maddi və mənəvi ziyan tələbinə dair iddia tələbindən imtina edir. İddiaçı Əli qızı 2020-ci ilin dekabr ayının 8-dən və hər növbəti ayın 8-də 50 manat olmaqla, cəmi 400 manat məbləğində pulu almaqla barışıq sazişini ona görə təsdiq edir. 1.2 İddiaçı Əli qızı hazırkı barışıq sazişinın şərtləri yerinə yetirildikdən sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı gələcəkdə hazırki predmet və əsasla məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.
2. Cavabdeh1 öhdəlikləri:
2.1 Cavabdeh Cavabdeh1 bu barışıq sazişinin şərtlərinin İddiaçı Əli qızı tərəfindən icra edilməsi qarşılığında, İddiaçı Əli qızına 2020-ci ilin dekabr ayının 8-də və hər növbəti ayın 8-də 50 manat olmaqla, cəmi 400 manat məbləğində pulu verməklə barışıq sazişini ona görə təsdiq edir. 2.2 Cavabdeh Cavabdeh1 hazırkı barışıq sazişinın şərtləri yerinə yetirildikdən sonra, İddiaçı Əli qızına qarşı gələcəkdə hazırki predmet və əsasla məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öhdəlikləri:
3.1 Cavabdeh Cavabdeh2 və Cavabdeh3 hazırkı barışıq sazişinın şərtləri yerinə yetirildikdən sonra, İddiaçı Əli qızına qarşı gələcəkdə hazırki predmet və əsasla məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.
4. Tərəflər birlikdə öhdələrinə götürürlər:
4.1. Hazırki sazişlə barışıq əldə edilmiş hallar barəsində məhkəmələrdə iddia qaldırmayacaqlar; 4.2 Barışıq sazişində öhdələrinə götürdükləri vəzifələrin vicdanla və vaxtında icrasına səy göstərirlər. 4.3 Bu barışıq sazişinin 1.2 ci və 2.1 ci bəndləri sazişdə nəzərdə tutulmuş qaydada eyni gündə icra edilməli və həmin öhədliklərin könüllü icrası tərəflərin iştirakı ilə tərtib olunmuş akt əsasında rəsmiləşdirilməlidir. 4.4 Tərəflər hazırkı sazişi göstərilən şərtlərlə, heç bir kənar təsir və təzyiq olmadan, özlərinin sərbəst iradə ifadəsi kimi könüllü olaraq imzalayırlar. 4.5 Bu Sazişin şərtləri yerinə yetirilmədikdə, Bu saziş icra sənədi qüvvəsinə malikdir və məcburi icra olunmalıdır. 4.6. Beləliklə tərəflər mübahisəni barışıq yolu ilə başa çatdırır və Bakı şəhəri Xəzər rayon məhkəməsindən hazırkı barışıq sazişini təsdiq edilməsini xahiş edirlər. 4.7 . Hazırkı Saziş eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir. 4.8 . Azərbaycan Respublikası MPM-nin 191 ci, 262 ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələbləri, bizə məhkəmə tərəfindən izah edilmişdir. Barışıq sazişini oxuduq, mətni bizim iradəmizə uyğun tərtib edilmişdir, düzgündür, ona görə də imzamızla təsdiq edirik. “ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı və cavabdehlər tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:
““Xəzər rayon məhkəməsinin icraatında olan 2(003)-3404/2020 saylı iş üzrə İddiaçı Əli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 maddi və mənəvi ziyan tələbinə dair mülki işi üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisəsinə birdəfəlik son qoymaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə əsasən hazırkı barışıq sazişini bağlayaraq aşağıdakılar barədə razılaşdılar:
1. İddiaçı Əli qızının öhdəlikləri:
1.3 Xəzər rayon məhkəməsinin icraatında olan 2(003)-3404/2020 saylı iş üzrə İddiaçı Əli qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 maddi və mənəvi ziyan tələbinə dair iddia tələbindən imtina edir. İddiaçı Əli qızı 2020-ci ilin dekabr ayının 8-dən və hər növbəti ayın 8-də 50 manat olmaqla, cəmi 400 manat məbləğində pulu almaqla barışıq sazişini ona görə təsdiq edir. 1.4 İddiaçı Əli qızı hazırkı barışıq sazişinın şərtləri yerinə yetirildikdən sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı gələcəkdə hazırki predmet və əsasla məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.
2. Cavabdeh1 öhdəlikləri:
2.3 Cavabdeh Cavabdeh1 bu barışıq sazişinin şərtlərinin İddiaçı Əli qızı tərəfindən icra edilməsi qarşılığında, İddiaçı Əli qızına 2020-ci ilin dekabr ayının 8-də və hər növbəti ayın 8-də 50 manat olmaqla, cəmi 400 manat məbləğində pulu verməklə barışıq sazişini ona görə təsdiq edir. 2.4 Cavabdeh Cavabdeh1 hazırkı barışıq sazişinın şərtləri yerinə yetirildikdən sonra, İddiaçı Əli qızına qarşı gələcəkdə hazırki predmet və əsasla məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öhdəlikləri:
3.2 Cavabdeh Cavabdeh2 və Cavabdeh3 hazırkı barışıq sazişinın şərtləri yerinə yetirildikdən sonra, İddiaçı Əli qızına qarşı gələcəkdə hazırki predmet və əsasla məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyəcəyini öhdəsinə götürür.
4. Tərəflər birlikdə öhdələrinə götürürlər:
4.1. Hazırki sazişlə barışıq əldə edilmiş hallar barəsində məhkəmələrdə iddia qaldırmayacaqlar; 4.2 Barışıq sazişində öhdələrinə götürdükləri vəzifələrin vicdanla və vaxtında icrasına səy göstərirlər. 4.3 Bu barışıq sazişinin 1.2 ci və 2.1 ci bəndləri sazişdə nəzərdə tutulmuş qaydada eyni gündə icra edilməli və həmin öhədliklərin könüllü icrası tərəflərin iştirakı ilə tərtib olunmuş akt əsasında rəsmiləşdirilməlidir. 4.4 Tərəflər hazırkı sazişi göstərilən şərtlərlə, heç bir kənar təsir və təzyiq olmadan, özlərinin sərbəst iradə ifadəsi kimi könüllü olaraq imzalayırlar. 4.5 Bu Sazişin şərtləri yerinə yetirilmədikdə, Bu saziş icra sənədi qüvvəsinə malikdir və məcburi icra olunmalıdır. 4.6. Beləliklə tərəflər mübahisəni barışıq yolu ilə başa çatdırır və Bakı şəhəri Xəzər rayon məhkəməsindən hazırkı barışıq sazişini təsdiq edilməsini xahiş edirlər. 4.7 . Hazırkı Saziş eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir. 4.8 . Azərbaycan Respublikası MPM-nin 191-ci, 262-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələbləri, bizə məhkəmə tərəfindən izah edilmişdir. Barışıq sazişini oxuduq, mətni bizim iradəmizə uyğun tərtib edilmişdir, düzgündür, ona görə də imzamızla təsdiq edirik. “ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Ramilə Xəzri