Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3504/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan onun adına keçmiş və bu barədə xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. Bu mənzil ona anasından qalmışdır.Həmin mənzildə keçmiş həyat yoldaşı Cavabdeh qeydiyyatda qalmışdır. O, könüllü olaraq ona mənzildən pasport qeydiyyatından çıxmasını xahiş etmiş, dəfələrlə tələb etsə də, cavabdeh razılaşsa da bununla bağlı hər hansı hərəkət etməmişdir. Əlavə olaraq qeyd etdi ki, rəhmətlik anası müəssisədə işləyib və ona ev verilib, 2017-ci ildə isə həmin ev vərəsəliklə ona keçmişdir. Cavabdehlə nikahları 2024-cü ildə pozulub və onun hal-hazırda harada yaşadığını bilmir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini,1 ildir ki həmin evdən çıxdığını bildirdi. Birgə nikahlarından 4 yetkinlik yaşına çatmış övladları var. Uşaqlardan 3-ü evlidir, 1-i isə atası ilə qalır.Özü 1997-ci ildən 2023-cü ilədək həmin evdə yaşayıb.Hal-hazırda Suraxanıda kirayədə qalır. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan №7318423 saylı xx.xx.2024-cü il tarixli Asan 5 tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən evdə İddiaçı bağqa X3,X1,X2,X6,X4,Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon polis idarəsinin məktubundan görünür ki, İddiaçı mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 59,42 kv.m olan daşınmaz əmlak xx.xx.2017-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 2(003)-1248/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ-İ №486085 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Xəzər rayon Məhkəməsinin 2(003)-1248/2024 saylı qətnamə əsasinda pozulmuşdur. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir”. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən “ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar ..... nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir”. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən “nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir”. Məhkəmədə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı adına xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. Bu tarix iddiaçının Cavabdeh ilə birgə nikah dövrünə təsadüf edir. Belə çıxır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiası əsassız olduğuna görə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3504/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3504/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver