Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-352/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə 0,1504 ha torpaq sahəsindən və 127,30 kv.m evdən payının müəyyən olunması və naturada bölünərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və ev ata mülküdür.Mülki aralarnda bölüblər və bununla bağlı hasarda çəkmişlər.Məhkəmə iclasında iddia tələbinin dəqiqiləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ünvan 1 ünvanı üzrə 0,1504 ha torpaq sahəsinin və 127,30 kv.m evin naturada bölünməsini xahiş etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul edir. Məhkəmə proses iştrakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş DƏDKR X5 çıxarışından görünür ki, qeydiyyat nömrəsi **********, xx.xx.2021-ci il tarixli ünvan 1 ünvanında ümumi sahəsi 0,0354 ha olan fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş DƏDKR X5 çıxarışından görünür ki, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli ünvan 1 ünvanında ümumi sahəsi 0,0274 ha olan fərdi yaşayış evi X1 məxsusdur. İş materiallarına əlavə olunmuş DƏDKR X5 çıxarışından görünür ki, qeydiyyat nömrəsi **********, xx.xx.2021-ci il tarixli ünvan 2 ünvanında 127,30 kv.m olan fərdi evin ½ hissəsinin və 0,0615 ha olan torpaq sahəsinin hüquqi sahibi Cavabdeh, fərdi evin ½ hissəsinin və 0,0969 ha olan torpaq sahəsinin hüquqi sahibi İddiaçı, qeydiyyat nömrəsi **********, xx.xx.2021-ci il tarixli tarixli ünvan 2 ünvanında 0,0274 ha torpaq sahəsinin hüquqi sahibi X2r. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9175 nömrəli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanı üzrə 0,1504 ha torpaq sahəsindən və 127,30 kv.m. evdə faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi otağın İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1.,2.2, 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, ünvan 2 ünvanında fərdi evin ½ hissəsinin və 0,0615 ha olan torpaq sahəsi Cavabdeh mülkiyyətində, ünvan 2 ünvanında fərdi evin ½ hissəsinin və 0,0969 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanı üzrə 0,1504 ha torpaq sahəsindən və 127,30 kv.m olan fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh arasında naturada ayrılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə 0,1504 ha torpaq sahəsindən və 127,30 kv.m olan fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh arasında naturada faktiki bölünsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-352/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-352/2024
17.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver