Məhkəmə qərarları › İş №2(003)-36/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-36/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-36/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyinə qarşı “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyinə qarşı “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Səfərov küçəsi, 124 saylı evdə həyətinə bitişik sahədə cavabdeh tərəfindən qanunsuz qaydada tikilən tikintidəki qanunsuzluqlara son qoyulması və inşa edilən binanın ölçülərinin təsdiq edilmiş layihəyə və qanunvericiliyin tələblərinə uyğun vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı fərdi evdə ümumi hasarı olan qonşu evin torpaq sahəsi, bu ilin mart ayının ortalarında daş hasarı ilə aralanaraq, burada onun həyətinə bitişik sahədə cavabdeh tərəfindən tikinti meydançası təşkil olundu və bina inşa edilməyə başlanıldı. Yaxın qonşu olaraq, xx.xx.2022-ci il tarixində o, ondan müvafiq təsdiqləyici rəsmi sənədlərin təqdim edilməsini xahiş etdi (torpağın mülkiyyətçisi barədə,müvafıq icra hakimiyyəti orqanları ilə icazə və razılaşmaları,tikintinin layihəsi,podratçının və işçilərin tikinti işlərinə icazə verən sertifikat-lisenziyaları və s. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 47-49,51-53-cü maddələrinə uyğun qaydada). Ancaq xx.xx.2022-ci il tarixində, layihə hazır olandan sonra iddiaçıya cavabdeh tərəfindən təqdim olundu. Tikinti, müvafiq qaydada təsdiq olunmuş layihə olmadan və onu yerli icra hakimiyyəti orqanına təqdim etmədən başlanılıb, layihə ancaq bundan 2 ay sonra təsdiq olunub. Binanın bütün xarici və daxili ölçüləri layihədəki müvafiq göstəricilərdən köklü surətdə fərqlənir. Binanın inşası zamanı onun hündürlüyü qanunsuz qaydada xeyli böyüdülür, qonşu sahələri ilə minimal ara məsafələri isə,əksinə,qanunsuz qaydada kiçildilir - bununla da insanların həyat və sağlamlığı üçün real təhlükələr yaradılır. Binanın inşası tikinti-quraşdırılma işlərinə dair sertifikatları olmayan və müvafiq dövlət qeydiyyatı (lisenziyası) olmayan şəxslər tərəfindən həyata keçirilir. Yuxarıdakıları nəzərə alaraq və AR MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq həmin tikintidəki qanunsuzluqlara son qoyulması və inşa edilən binanın ölçülərinin təsdiq edilmiş layihəhə və qanunvericiliyin tələblərinə uyğun vəziyyətə gətirilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünü təsdiq etmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi və onun tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8000 manatın ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, qonşunun tikintisi ilə bağlı dəfələrlə müxtəlif orqanlara şikayət etmişdir. Lakin, qonşu buna məhəl qoymayıb qanunsuz hərəkətlərini davam etdirmişdir. Tikintinin tikinti norma və qaydalara uyğun olmadan və layihəyə uyğun olmadan inşa edilməsi onun həyat və sağlamlığına təhlükə yaradır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi Cavabdeh "xxxx" MMC memarlıqplanlaşdırma bölməsi tərəfindən hazırlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında tikilməsi üçün fərdi evin planı hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının FHN Tikinti X2 Agentliyinin “tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2022-ci il tarixli 0016 saylı göstərişinə əsasən Cavabdeh məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında tikilən fərdi yaşayış evində layihədən kənarlaşaraq tikinti-quraşdırma işləri aparılır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində ara məsafəsi saxlanılmadan 100 kv.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur. İş materiallarında olan MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində tikinti aparılan fərdi yaşayış evində tikinti dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə Azərbaycan Respublikasının FHN Tikinti X2 Agentliyinin “tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2022-ci il tarixli 0016 saylı göstərişinə əməl olunmadan tikinti işlərinin davam etdirilildiyi üçün Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nın 394.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədbəyov küçəsi ev 27C xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.2018-ci il tarixli pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədbəyov küçəsi ev 27C Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6645 saylı rəyindən görünür ki, "xxxx" MMC tərəfindən həmin tikintiyə dair tərtib edilmiş layihə həmin tip obyektlərin layihələşdirilməsinə dair olan tələblərə uyğun tərtib olunmuşdur lakin tikinti zamanı layihənin göstəricilərindən kənara çıxıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası şərərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.7, 69.7.2., 69.7.3 və 69.7.4 bəndinin tələblərinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyünün, layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyünün, yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyünün nəzərə alınması göstərilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü ərazi X6 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən ərazidə yanğın-texniki müayinə keçirilmiş və müraciətdə qeyd edilən tikinti işlərinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən edilmişdir. Aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə Xidmətin 4-cü ərazi X6 idarəsi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Tikintidə X2 Agentliyinə müvafiq məzmunlu məktublar ünvanlanmışdır. Bununla yanaşı müraciətinizdə qeyd olunan məsələnin araşdırılmasının Bakı Apellyasiya Məhkəməsinin icraatında olması müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq diqqətinizə çatdırırıq ki, Xidmətin 4cü ərazi X6 idarəsinin əməkdaşları tərəfindən müraciətiniz qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli UNİ/M 11- 149/2024 saylı mütəxəssis rəyindən görünür ki, Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində inşa edilən tikilinin hündürlüyü tamamlanmamış halda 6 metr, həmin tikilini İddiaçı məxsus torpaq sahəsindən ayıran daş hasarla ara məsafəsi 1,0 metr, hasarın hündürlüyü isə 3,2 metr təşkil edir təşkil - edir. Məcəlləyə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin hasarla ara məsafəsi 1,8 metrdən (6m"0.3m) çox olmalıdır. Həmçinin, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır (faktiki 3,20 metr). Beləliklə, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili inşa edilən zaman Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuş, bu da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaradır. Ekspert qarşısında qoyulan digər sualların həlli ilə bağlı olaraq Qərardadda qeyd olunan müvafiq qurumların rəy və göstərişləri "xxxx" MMC-yə təqdim edilmədiyindən mütəxəssis rəyi vermək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, sifarişçi Cavabdeh "xxxx" MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında tikilməsi üçün fərdi evin planı hazırlanmış, cavabdeh tərəfindən evin tikintisi zamanı "xxxx" MMC tərəfindən həmin tikintiyə dair tərtib edilmiş layihə həmin tip obyektlərin layihələşdirilməsinə dair olan tələblərə uyğun tərtib olunmuş, lakin tikinti zamanı layihənin göstəricilərindən kənara çıxıldığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına istinad edərək, belə hüquqi nəticəyə gəlir ki, iddiaçının tələbi “tikilidə olan pozuntuların aradan qaldırılması” hissəsində əsaslıdır və bu səbəbdən də, iddia tələbi bu hissədə təmin edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər (48.1-ci maddə). Tikinti layihəsinin rəhbərini (baş memarını və ya baş mühəndisini) təyin edir və bu barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir (48.3.1); Sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır (48.3.3). Həmin məcəllənin 92-ci maddəsinə əsasən tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda tikinti işləri dayandırılmalı və ya tikinti obyektləri sökülməlidir. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-ci il tarixli 72 №-li Qərarı ilə təsdiq edilmiş “Ara məsafələri ilə bağlı müfəssəl Qaydalar”ına əsasən, layihənin Baş planı ilə müəyyən olunmuş 72 metrlik ara məsafəsi üçün (faktiki-1 metr) binanın maksimal hündürlüyü 3,3 metr ola bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunpozuntularla yanaşı, layihənin Baş planı ilə müəyyən olunmuş,binanın xarici divarlarının torpaq sahəsinin sərhədi ilə olan 1,2 metrlik ara məsafələrinə (“qırmızı xətlər”ə) uyğun olan binanın maksimal hündürlüyü də ciddi surətdə artırılıb, bu isə ətrafdakı insanların həyat və sağlamlığı üçün real təhlükələr yaradır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında inşa edilmiş tikilisinin tikinti zamanı layihənin göstəricilərindən kənara çıxılmışdır. Həmçinin ekspert rəyinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili inşa edilən zaman Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuş, bu da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaradır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssisin verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın göstəriciləri təsdiq etmiş layihəyə uyğun vəziyyətə gətirilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və işin hallarına uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ekspertiza tədqiqatının keçirilməsini tələb etdiyi hissədə təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 50,0 (əlli) manat tikintitexniki ekspertizasının xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 400,0 (dörd yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filial, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SVVİFT kod: AHBAZ2XXXX hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın göstəriciləri təsdiq edilmiş layihəyə uyğun vəziyyətə gətirilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 400,0 (dörd yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filial, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SVVİFT kod: AHBAZ2XXXX hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar