Məhkəmə qərarları › İş №2(003)-3617/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3617/2025

25.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3617/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdehnə qarşı “mülki hüquq pozuntusundan əmələ gələn ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdehnə (nümayəndələri iş icraçıları Zaur və Ceyhun) “mülki hüquq pozuntusundan əmələ gələn ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şirkət tərəfindən qanunsuz olaraq tikilmiş 3 metrlik hasarın sökülməsi və qanuna uyğun ölçüdə yenidən tikilməsi, məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilərək onun evinə və həyətyanı sahəsinə dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi və həmin ziyanın cavabdeh tərəfindən tam ödənilməsinin təmin edilməsi, ona dəymiş mənəvi ziyanın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməsi, məbləğin isə 30.000 AZN olaraq müəyyən edilməsi, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi üzrə cinayət tərkibinin əlamətləri mövcud olduğundan, bu barədə materialların hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilməsi, polis və prokurorluq orqanlarının fəaliyyətsizliyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi üzrə hüquqi qiymətin verilməsi üçün müvafiq tədbirlər görülməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Əvvəla, məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, cavabdeh qismində Cavabdeh, yəni bir hüquqi şəxsin adı qeyd olunsa da, həmin hüquqi şəxsin tam adı və eyniləşdirmə məlumatları, o cümlədən VÖEN-i ərizədə qeyd olunmamışdır. Həmçinin ərizədə “cavabdehin nümayəndələri” kimi qeyd olunan “Zaur” və “Ceyhun” adlı şəxslər barədə də heç bir eyniləşdirmə məlumatı təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı, hüquqi şəxsə münasibətdə isə adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN göstərilməlidir. Göründüyü kimi, qanunverici, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü onun Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi ilə şərtləndirmişdir. Həmin Məcəllədə iddia ərizəsində göstərilməli olan hallar sırasında cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların (fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxsin isə tam adı və VÖEN-i), yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) mütləq göstərilməli olduğu təsbit olunmuşdur. Bu isə həm məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə, həm cavabdeh(lər)in işdə iştirakının təmin edilməklə məhkəmə müdafiəsi hüququnun təmin edilməsinə, həm də ağlabatan müddətdə işin ədalətli həllinə xidmət edir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin qeyd olunan tələbinə əməl etməyərək, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi hüquqi şəxsi (habelə nümayəndə qismində qeyd etdiyi fiziki şəxslərin) eyniləşdirməyə imkan verən məlumatları qeyd etməmiş, həmin şəxsləri müəyyən etməyə imkan verən məlumatlar Elektron Məhkəmə İnformasiya Sistemindən də müəyyən edilməmişdir. Bu hal isə iddia ərizəsinin forma və məzmun tələblərinə riayət olunmadığına dəlalət etməklə, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində 30.000 AZN məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, dövlət rüsumunu qiymətləndirilməyən iddia ərizəsinin verilməsi kimi 100 manat məbliğində ödəmiş və bununla qanunvericiliyin bu tələbinə də əməl etməmşdir. Belə ki, MPM-in 108.2-ci madəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. MPM-in 1**.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, **0 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilməlidir. MPM-in 152.1.5-ci maddəsinə görə də, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Digər tərəfdən iddiaçı, iddia ərizəsində bir biri ilə əlaqədar olmayan bir neçə iddia tələbi irəli sürmüşdür ki, bu tələblərin birləşdirilərək eyni bir icraatda baxılması mümkün deyildir. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə forma və məzmununa görə qanunvericiliyin tələblərinə uyğun tərtib və təqdim olunmadığından qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsi qaytarıldığından, ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla belə məhkəmə nəzərə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdehnə qarşı “mülki hüquq pozuntusundan əmələ gələn ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar