Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3677/2021 01.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Xəzər RPİ 3-cü Polis Şöbəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər RPİ 3-cü Polis Şöbəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 maddi zərərə görə 3650,0 manat, mənəvi zərərə görə qiymətləndirdiyi 1000,0 manat, cavabdeh Xəzər RPİ-nin 3-cü Polis Şöbəsindən mənəvi zərər olaraq qiymətləndirdiyi 500,0 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500,0 manatdan çox olduqda 30,0 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər RPİ 3-cü Polis Şöbəsinə qarşı yönəltdiyi tələblər bir biri ilə əlaqədar deyil, bu tələblər ayrı-ayrılıqda baxılmalıdır. Belə ki, iddia tələbindən aşkar surətdə göründüyü kimi, iddiaçının cavabdehlərə qarşı iddia tələbləri bir-biri ilə əlaqədar deyildir. Çünki, iddiaçı bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb tələbləri birləşdirmişdir. Ona görə də, qeyd edilən cavabdehlərə qarşı iddia tələbləri birlikdə baxılıb həll edilməməli olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 108.1.1, 108.3, 152.1, 152.1.5, və 152.2–ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Xəzər RPİ 3-cü Polis Şöbəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3677/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3677/2021
01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver