Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3687/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə və Cavabdeh2 MMC-yə qarşı “kompleks məhkəmə-ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə və Cavabdeh2 MMC-yə qarşı “kompleks məhkəmə-ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Zirə qəsəbəsi Şinçi bağları, 241A saylı yeni 203 saylı bağ sahəsinin düzgün qiymətləndirilməsi, qonşunun bağ sahəsi düzgün qiymətləndirilmədiyi üçün komisyon ekpertizanın keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 10075 saylı ekspert rəyi və xx.xx.2020-ci ildə qiymətləndirmə və Audit MMC tərəfindən 03 saylı qiymətləndirmə düzgün aparılmamışdır. Belə ki, ekspertiza aparılarkən onun etirazına baxmayaraq, qonşunun bağ sahəsi 204 saylı Ağayev Mirzəağaya məxsus olduğunu bildirsə də, əhəmiyyət verən olmadı. İki bağ sahəsinin qiyməti 28000 manat təyin olundu və bunun acı nəticələri oldu. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məcəlləyə müvafiq olaraq əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir (149.2.3, 149.2.5, 150.0.2. 150.0.5). Göründüyü kimi, iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də iddiaçının tələbidir. Hazırkı iddia ərizəsi üzrə tələb isə bağ sahəsinin düzgün qiymətləndirilməsi, qonşunun bağ sahəsi düzgün qiymətləndirilmədiyi üçün komisyon ekpertizanın keçirilməsidir. Lakin İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin göstərilən maddələrinin tələblərinə uyğun tərtib olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının tələbi aparılmış ekspertiza tədqiatının nəticəsi ilə bağlıdır ki, qeyd edilən ekspertiza tədqiqatının nəticəsi müstəqil akt deyil və mülki iş üzrə baxılmış və ya baxılacaq işin hallarını müəyyən edən sənəddir. Həmçinin iddiaçının hazırki ərizəsində xahiş etdikləri iddia tələbi deyil, vəsatət xarakteri daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-in 149, 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə və Cavabdeh2 MMC-yə qarşı “kompleks məhkəmə-ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3687/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3687/2022
20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver