Məhkəmə qərarları › İş №2(003)-369/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-369/2022

11.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-369/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın qanunsuz sahib və istifadədən alınaraq mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və onunla birlikdə azyaşlı övladı X1 çıxarılaraq evin boşaldılması, xüsusi mülkiyyətinə cavabdeh və digər üçüncü şəxslərin qanunsuz müdaxiləsinə son qoyularaq mülkiyyət hüququnun bərpa edilməsi və fərdi yaşayış evinin tam olaraq onun istifadəsinə və sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Mülki işin materiallarından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və onunla birlikdə azyaşlı övladı X1 çıxarılaraq evin boşaldılması, xüsusi mülkiyyətinə cavabdeh və digər üçüncü şəxslərin qanunsuz müdaxiləsinə son qoyularaq mülkiyyət hüququnun bərpa edilməsi və fərdi yaşayış evinin tam olaraq onun istifadəsinə və sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş (əməliyyat İD 23985407, qəbzin nömrəsi 20609, terminal nömrəsi K0117003) 100 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar