Məhkəmə qərarları › İş №2(003)-3711/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3711/2020

17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3711/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı Cavabdehnə qarşı “borclunun məcburi gətirilməsi haqqında” qərarın rədd edilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “borclunun məcburi gətirilməsi barədə” qərarının rədd edilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq onun xeyrinə 500 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin ərizə və sənədlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydalara riayət olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7. maddəsindən görünür ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı icra məmuru tərəfindən qəbul edilmiş “borclunun məcburi gətirilməsi barədə” qərarı mübahisələndirməklə yanaşı, cavabdehdən öz xeyrinə mənəvi zərərin əvəzinin tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğvi məsələsinə məhkəmə qərarlarının icrasına dair iş üzrə icraatda, mənəvi zərərin tutulmasına dair iddia ərizəsinə isə ayrıca mülki icraatda baxılmalıdır. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borclunun məcburi gətirilməsi haqqında” qərarın rədd edilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “borclunun məcburi gətirilməsi haqqında” qərarın rədd edilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar