Məhkəmə qərarları › İş №2(003)-3713/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3713/2025

15.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3713/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh1 Kəblə-ağa qızının, Cavabdeh2, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Kəblə-ağa qızı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1 Kəblə-ağa qızı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 Kəblə-ağa qızının, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh5 ünvan 1 saylı evdən (yeni qaydalarla Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, giriş 13) istifadə hüququnun itirilməsinin müəyyən edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3790/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə, Cavabdeh1 Kəblə-Ağa qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən (yeni qaydalarla ünvan 2 13) istifadə hüquqları itirilmiş hesab edilmişdir. Daha sonra ərizəçilər Cavabdeh1 Kəblə-Ağa qızı, Cavabdeh2, Cavabdeh5 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3713/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixindən bəri keçirilən iclaslarının (sonuncu xx.xx.2026-cı il tarixli iclas olmaqla) vaxtı və yeri haqqında İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Kəblə-ağa qızı, Cavabdeh2 və Cavabdeh5 məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına razı olduğunu bildirmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizələr iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar da heç bir məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarının izahatını, cavabdehlərin ərizəsini və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixindən bəri keçirilən iclaslarının (sonuncu xx.xx.2026-cı il tarixli iclas da daxil olmaqla) vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının məhkəmə iclaslarına gəlməməsi və işə onun iştirakı olmadan baxılmasını xahiş etməməsi, habelə cavabdehlərin işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi nəzərə alınaraq, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, iddianın baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-in 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdehlər Cavabdeh1 Kəblə-ağa qızı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsinin verilməsinə görə xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumunun məbləği geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar