Məhkəmə qərarları › İş №2(003)-3715/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3715/2021

27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3715/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X3) cavabdehin razılığı olmadan evin bağışlanmasına icazə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X3) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh razılığı olmadan mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinin 3-cü şəxs X2 bağışlanmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun oğludur, 3-cü şəxslər X4 onun həyat yoldaşı, X3 isə qızıdır. Mülkiyyətində olan fərdi yaşayış evini qızı X2 bağışlamaq istəyir, qızı onun hədiyyəsini qəbul edir, həyat yoldaşı da evin qızına hədiyyə olunmasınabağışlanmasına razıdır. Lakin, oğlu Cavabdeh mülkiyyətində olan evin qızına bağışlanmasına razılıq vermir, notariat kontorunda Leyla Xəlilova ilə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaq üçün Cavabdeh razılıq ərizəsi lazımdır, çünki evdə pasport qeydiyyatındadır. Cavabdeh isə razılıq vermədiyi üçün iradəsini ifadə edə bilmir. Cavabdeh onun övladı olsa da, uzun illərdir ki, öz ailəsi ilə başqa ünvanda yaşayır, onlarla əlaqəsini kəsib, mülkiyyətində olan evdən 15 ildən artıqdır ki, çıxıb, ailə qurub, daimi yaşamaq üçün başqa ünvana köçüb, orada yaşayır. Ancaq, qanunvericiliyə görə onun razılığı olmadan bağışlama müqaviləsi notariat orqanlarında bağlanmır. Bu da onun mülkiyyəti üzərində sərbəst sərəncam vermək hüququnu pozur, məhdudlaşdırır, iradəsini azad surətdə ifadə edə bilmir, mülkiyyət üzərində sərəncam vermək imkanı təmin edilməlidir. Odur ki, cavabdehin razılığı olmadan mülkiyyətində olan evin qızına bağışlanmasına icazə verilməsinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən, Cavabdeh razılığı olmadan mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinin 3-cü şəxs X2 bağışlanmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ünvan onun nənəsinin evidir. Nənəsi evi onun adına vəsiyyət edib, anası isə onu evə qoymur. Bu səbəbdən onlarla birlikdə yaşamır. Onun həmin evdə payı var. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəməyə bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini qızı X2 bağışlamaq istəyir, qızı hədiyyəni qəbul edir, o da evin qızına bağışlanmasına razıdır. Lakin, oğlu Cavabdeh mülkiyyətində olan evin qızına bağışlanmasına razılıq vermir, notariat kontorunda Leyla Xəlilova ilə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaq üçün Cavabdeh razılıq ərizəsi lazımdır, çünki evdə pasport qeydiyyatındadır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəməyə bildirmişdir ki, iddiaçının qızıdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini ona bağışlamaq istəyir. Lakin, Cavabdeh evin ona bağışlanmasına razılıq vermir, notariat kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaq üçün Cavabdeh razılıq ərizəsi lazımdır, çünki evdə pasport qeydiyyatındadır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi 1999-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 30.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Davud oğlu 31.10.2003-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 30.08.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddianın mahiyyətindən görünür ki, İddiaçı Cavabdeh ona məxsus ünvanda qeydiyyatda olduğuna görə evinə dair notarial hərəkətlər həyata keçirə bilmədiyini əsas gətirərərək, cavabdehin icazəsi olmadan həmin əmlakın bağışlanmasına icazə verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, əmlaka dair bağışlanma müqaviləsi bağlanarkən orada qeydiyyatda olan cavabdehin razılığının tələb olunması qanunvericiliyə uyğun olmaqla, hazırda həmin razılıq olmadan əmlakın bağışlanmasına icazə verilməsi qanunvericiliyin tələbinin pozulması demək olacaqdır. Odur ki, hazırkı iddianın təmin olunması qanunvericiliyə zidd olduğundan, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X3) cavabdehin razılığı olmadan evin bağışlanmasına icazə verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar