Məhkəmə qərarları › İş №2(003)-3793/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3793/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3793/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı suroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1965 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.06.2019-cu il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində X4 ərazisində, Cavabdeh1 Ataxaıı oğlu, hazırda ləğvetmə prossesində olan LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış. Cavabdeh2 məxsus MERSEDES BENZ C200 minik markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmə hüququ olmadan idarə edərkən, qəza törətmiş və X2 məxsus TOFASH SHAHİN minik markalı, ** LZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşub və həmin avtomobilə maddi zərər vurub və hadisə yerindən yayınmışdır. Cavabdeh1 Xəzər rayon DYPŞ-i tərəfindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 20.06.2019-cu il tarixdə, 1 P ******* saylı “X7 Haqqında Qərar" qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X2 məxsus TOFASH SHAHİN minik markalı, ** LZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 200.0 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 07.06.2019-cu il tarixli, İC AA 1700/19 saylı işlərə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanması həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 məxsus TOFASH SHAHİN minik markalı, ** LZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 13.06.2019-cu ildə 200.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, hadisə zamanı idarə etdiyi avtomobildə hərarəti yüksək olan uşaq olduğundan sürücülük vəsiqəsiini zərər çəkmiş şəxsə verib evə qayıtmışdır. Avtomobilə 50 manat ziyan dəydiyi halda ondan 200 manat tələb edilir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialından görünür ki, «Mercedes Benz C200» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarından görünür ki, 22.04.2019-cu il tarixdə Cavabdeh1 «Mercedes Benz C200» markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobilə dair 01.04.2020-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan 30.04.2019-cu il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 26.04.2019-cu il tarixdə saat 23:00 radələrində Binə qəsəbəsində «Mercedes Benz C200» markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobilini idarə edərkən nəqliyyat vasitəsini idarə edərkənyol hərəkəti qaydalarını pozmuş və hadisə yerindən yayınmışdır. Mirzəyev X3 Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan sığorta aktından görünür ki, ASC "xxxx" Sığorta Şirkətində 5000 manat məsuliyyət həddi nəzərdə tutulmuş miqdarda sığortalanmış «Mercedes Benz C200» markalı, ** CF *** nömrə nişanlı avtomobili idarə edən Cavabdeh1 yol hadisəsi törətməsi nəticəsində X1 idarə etdiyi “Tofash” Shahin markalı ** LZ *** dövlət qeydiyyat niişanlı avtomobilə zərər vurmuş və zərərin məbləğu 200 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan 13.06.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, ASC "xxxx" ASC tərəfindən X2 200 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Belə ki, iş materialları ilə müəyyən olundu ki, «Mercedes Benz C200» markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törədilən zaman etibarnamə əsasında Cavabdeh1 qanuni istifadəsində olmuşdur. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 200 manat sığorta ödənişinin əvəzi alınnaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 200 manat sığorta ödənişinin əvəzi və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 220 manat alınaraq iddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar