Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-384/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh X4 qarşı «əmlakların evdən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, döngə 12, 2 saylı fərdi yaşayış evindən cavabdehə məxsus əmlakların çıxarılaraq cavabdeh X4 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 onun keçmiş gəlini olmuşdur. Belə ki, oğlu X9 ilə cavabdeh X8 26 oktyabr 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 22 oktyabr 2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və 25 may 2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Lakin sonradan oğlu ilə gəlini arasında münasibətlər kəskinləşmiş, xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh X8 ilə oğlu X9 rəsmi nikaha daxil olaraq ailə həyatı qurarkən atası evindən cehiz əmlakı kimi ona məxsus mənzilə gəlin köçdüyü zamana müəyyən adda məişət əşyaları gətirmişdir. Dəfələrlə cavabdehə həmin əşyaları evindən çıxartması barədə xəbərdarlıq etsə də bu günədək həmin əşyaları çıxartmamışdır. Qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 031654 nömrəli Qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, döngə 12, 2 saylı ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hesab edir ki, oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulduğundan, onların ailə münasibətlərinə xitam verildiyindən, artıq birgə yaşamaları qeyri-mümkün olduğundan cavabdehə məxsus əşyaların onun mülkiyyətində olan evdə saxlanmasına lüzum qalmamışdır. Həmin əşyaların hazırda ona məxsus evdə qalması istifadəsinə maneələr yaradır və bu da nəticədə mülkiyyət hüququnu pozur. Bu səbəbdən də həmin əşyaların çıxarılaraq cavabdehə qaytarılması barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə məxsus əşyalar aşağıdakılardan ibarətdir: bufet 1 ədəd, şfoner 1 ədəd, termo 1 ədəd, taxt 1 ədəd, kreslo 2 ədəd, nahar servizi, çaynik servizi, kofe servizi, uzun bakal dəsti 5 ədəd, rumka 6 ədəd, rumka (araq) 6 ədəd, orta ölçülü rumka 4 ədəd, konfet qabı 2 ədəd, qrafinka 1 dəst 6 rumkalı, böyük boşqab 6 ədəd, balaca boşqab 6 ədəd, bozbaş boşqabı 6 ədəd, salat boşqabı 6 ədəd, kiçik kasa 6 ədəd, qapaqsız subnik, subnikin altında böyük kasa 3 ədəd, yağ qabı 1 ədəd, duz qabı 3ədəd, iri çaşka 11 ədəd, nəlbəki 10 ədəd, qənd qabı 1 ədəd, çaynik 1 ədəd, şəkər qabı 1 ədəd, kofe çayniki 1 ədəd, nəlbəki 6 ədəd. Göstərilənlərə əsasən, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, döngə 12, 2 saylı fərdi yaşayış evindən bufet 1 ədəd, şfoner 1 ədəd, termo 1 ədəd, taxt 1 ədəd, kreslo 2 ədəd, nahar servizi, çaynik servizi, kofe servizi, uzun bakal dəsti 5 ədəd, rumka 6 ədəd, rumka (araq) 6 ədəd, orta ölçülü rumka 4 ədəd, konfet qabı 2 ədəd, qrafinka 1 dəst 6 rumkalı, böyük boşqab 6 ədəd, balaca boşqab 6 ədəd, bozbaş boşqabı 6 ədəd, salat boşqabı 6 ədəd, kiçik kasa 6 ədəd, qapaqsız subnik, subnikin altında böyük kasa 3 ədəd, yağ qabı 1 ədəd, duz qabı 3 ədəd, iri çaşka 11 ədəd, nəlbəki 10 ədəd, qənd qabı 1 ədəd, çaynik 1 ədəd, şəkər qabı 1 ədəd, kofe çayniki 1 ədəd, nəlbəki 6 ədəd əşyalardan ibarət əmlakların çıxarılaraq cavabdeh X4 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində qeyd edilən əşyalarla birlikdə əlavə olaraq cavabdeh X4 məxsus 1 ədəd çil-çırağın və 1 ədəd uşaq çarpayısının evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnveterlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, seriya FM № 031654 saylı, qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi döngə 12, 2 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 04 saylı reyestr kitabında 03 noyabr 2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsi, Bakıxanov küçəsi döngə 12, 2 saylı fərdi yaşayış evini İddiaçı alqı-satqı əsasında əldə etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)- 2629/2022 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 qarşı – onun, uşaqları 22 oktyabr 2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və 25 may 2016- cı il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3784/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(003)-3039/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X8 ilə X9 arasında xx.xx.2011-ci il tarixdə Ağsu Qeydiyyat şöbəsində 487 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və xx.xx.2016-ci il təvəllüdlü X11 anaları X3 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlunun və xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X2 xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150,0 manat olmaqla, cəmi 300,0 (üç yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməsi, X2 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin tədqiq olunan hallarından görünür ki, X1 Zamin Hüseyn oğlu ilə xx.xx.2011-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və xx.xx.2016-ci il təvəllüdlü X11 doğulmuşdur. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(003)-3039/2021 saylı qətnaməsi ilə X8 ilə X9 arasında xx.xx.2011-ci il tarixdə Ağsu Qeydiyyat şöbəsində 487 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuşdur. Sonradan iddiaçı X8 cavabdeh X5 qarşı onun, övladları 22 oktyabr 2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və 25 may 2016-cı il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)- 2629/2022 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 qarşı – onun, uşaqları 22 oktyabr 2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və 25 may 2016- cı il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-3784/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması qət edilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi döngə 12, 2 saylı fərdi yaşayış evi İddiaçı xx.xx.2004-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnveterlaşdırma və fərdi yaşayış evi İddiaçı adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, seriya FM № 031654 saylı, qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 04 saylı reyestr kitabında 03 noyabr 2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Göründüyünü kimi, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi döngə 12, 2 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ isə təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Cavabdeh X8 onun gəlini olmaqla 2011-cı il tarixdən sonra həmin evə gəlin köçmüş, iddiaçının oğlu ilə aralarında nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozuldulduqdan sonra həmin mənzildə yaşamır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının istifadəsində olan evdən çıxarılmasını xahiş edir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, ünvan 3 istifadə hüququna malik deyildir. Həmçinin məhkəmə iclasında cavabdehin mübahisəli mənzildə hazırda yaşamaması müəyyən olunmuşdur. Belə ki, cavabdeh mübahisəli Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, ünvan 3 istifadə hüququna malik olmadığından, ona məxsus yuxarıda adı çəkilən əşyalar həmin mənzildən çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X7 məxsus ünvan 2 ünvanında yerləşən cavabdeh X4 məxsus olan əşyalar 1 ədəd bufet, 1 ədəd şfoner, 1 ədəd termo, 1 ədəd taxt, 2 ədəd kreslo, nahar servizi, çaynik servizi, kofe servizi, 5 ədəd uzun bakal dəsti, 6 ədəd rumka, 6 ədəd rumka (araq), 4 ədəd orta ölçülü rumka, 2 ədəd konfet qabı, qrafinka 1 dəst 6 rumkalı, 6 ədəd böyük boşqab, 6 ədəd balaca boşqab, 6 ədəd bozbaş boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd kiçik kasa, qapaqsız subnik, subnikin altında böyük kasa 3 ədəd, 1 ədəd yağ qabı, 3 ədəd duz qabı, 11 ədəd iri çaşka, 10 ədəd nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd çaynik, 1 ədəd şəkər qabı, 1 ədəd kofe çayniki, 6 ədəd nəlbəki, 1 ədəd çil-çırağ və 1 ədəd uşaq çarpayısı adda əşyalarının Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı istifadə və sahibliyində olan ünvan 2 ünvanında yerləşən cavabdeh X4 məxsus olan əşyalar 1 ədəd bufet, 1 ədəd şfoner, 1 ədəd termo, 1 ədəd taxt, 2 ədəd kreslo, nahar servizi, çaynik servizi, kofe servizi, 5 ədəd uzun bakal dəsti, 6 ədəd rumka, 6 ədəd rumka (araq), 4 ədəd orta ölçülü rumka, 2 ədəd konfet qabı, qrafinka 1 dəst 6 rumkalı, 6 ədəd böyük boşqab, 6 ədəd balaca boşqab, 6 ədəd bozbaş boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd kiçik kasa, qapaqsız subnik, subnikin altında böyük kasa 3 ədəd, 1 ədəd yağ qabı, 3 ədəd duz qabı, 11 ədəd iri çaşka, 10 ədəd nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd çaynik, 1 ədəd şəkər qabı, 1 ədəd kofe çayniki, 6 ədəd nəlbəki, 1 ədəd çil-çırağ və 1 ədəd uşaq çarpayısı adda əşyalar çıxarılaraq cavabdehə təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-384/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-384/2024
09.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver