Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3866/2020 04.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünün onlara aid olan hissədə icra edilməməsinin qanunsuz hesab edilməsi, hökmün onlara aid hissədə icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmənin qanuni qüvvəyə minməmiş hökmünün icrasını mübahisələndirmiş, lakin həmin ərizə şikayət formasında verilərək məhkəmə qərarlarının icrasına dair iş üzrə icraatda baxılmalı olduğu halda, iddia icraatı qaydasında verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ərizə tərtib olunarkən Mülki Prosessual qanunvericiliyin normaları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3866/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3866/2020
04.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver