Məhkəmə qərarları › İş №2(003)-3911/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3911/2025

09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3911/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməli olan 2500 manat pul vəsaitinin 2012-ci il tarixindən 2024-cü ilin sonunadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən ,istehlak qiymətlərinin artması nəzərə alınmaqla hesablanmış pul vəsaitinin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(003)-2749/2012 nömrəli və 20 fevral 2013-cü il tarixli 2(003)- 699/2013 nömrəli icra sənədlərinə əsasən borclu Cavabdeh 2.500 manat məbləğində pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi və kreditor "xxxx" ASC-nin xeyrinə 1877,59 manat əsas, 433,92 manat faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(003)-567/2014 saylı qərardadla təqdimat qismən təmin edilərək Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.3169 və 04281 ha torpaq sahələrinin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(003) - 2749/2012 nömrəli və 20 fevral 2013-cü il tarixli 2(003)-699/2013 nömrəli icra sənədləri üzrə borclu Cavabdeh mülkiyyətində olan hissəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Hazırda 2012-ci ildən 01 yanvar tarixindən 2024-cü ilin sonunadək ölkədə baş vermiş istehlak qiymətlərinin artması ilə əlaqədar borclu Cavabdeh İddiaçı borclu olduğu 2500 manat pulun indeksasiya olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmşdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Normanın tələbindən göründüyü kimi, məhkəmə qətnaməsi ilə tutulmuş pul məbləğlərinin indeksasiyası icra icraatı qaydasında həyata keçirilir və məhkəmə bu barədə qətnamə deyil, müvafiq qərardad qəbul edir. Hazırki iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının istəyi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2749/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi əsasında tutulmalı pul məbləğinin indeksasiya edilməsi ilə bağlıdır. Belə olan halda məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə deyil, icra icraatı qaydasında ərizə ilə müraciət edilməli idi. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qeyd olunan tələblərə əməl etməmişdir. Ona görə, MPM-in 153.2.1-ci maddəsinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. MPM-in 153-cü maddəsinə əsasən, iddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan şikayət verilə bilər. Bununla yanaşı, işə məhkəm qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı məhkəməyə müraciət etməli olması göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından icraata qəbulundan imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Bunula yanaşı, iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan normalara uyğun olaraq, indeksasiya üçün xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı verdiyi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyası üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar