Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-395/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 (azyaşlı övladları X6 və X5), Cavabdeh9 (azyaşlı övladı Cavabdeh12), Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 onun mülkiyyətində olan ünvan 2-dən istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanın yerləşdiyi torpaq sahəsi və ev ona nənəsi X2 vərəsəlik yolu ilə keçmişdir. Həmin fərdi yaşayış ünvanı 70,70 kv. m. ev, 0,0393 ha torpaq sahəsindən ibarətdir. Buna dair ƏMDK yanında DƏDRX-də çıxarışı var. Yaranmış zərurətlə əlaqədar onun mülkiyyətində olan Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, ev 5-in üzərində mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilmir. Onun həyat yoldaşı və 4 övladı hələ də həyat yoldaşının atasının evində qeydiyyatdadırlar. Həmin şəxslərin onun mülkiyyətində olan ünvana yalnız həmin ünvanda qeydiyyatda olanların razılığı əsasında istifadə hüquqlarını tanıda biləcəyi asan xidmət mərkəzindən ona bildirilmişdir. O, artıq 25 ildir ki, ailəli olsa da, həmin şəxsləri qeydiyyata aldıra bilmir. Cavabdehlərin hər birinin özünə məxsus evləri var. Cavabdehlərin həmin evdə qeydiyyatda olmaları ona mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməyə maneçilik törədərək onun bu hüquqdan tam istifadə etmək imkanını məhdudlaşdırır. Cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən dalan 6, 5 saylı evdə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyatdadır. Həmin ünvanda xx.xx.1976-cı il təvəllüdlü X7, xx.xx.2000-ci il təvəllüdlü X10, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1982-ci il təvəllüdlü X8, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh9, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh8, xx.xx.1996cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh7, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh6 qeydiyyatdadırlar. 31 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi: oğlu X4, lakin onun xx.xx.1990cı il tarixdə ölməsi ilə əlaqədar İddiaçı miras əmlakdan 1/10 hissədə pay almalıdır. Nəvəsi Cavabdeh6 miras əmlakdan 1/10 hissədə pay almalıdır. Nəvəsi Cavabdeh4 miras əmlakdan 1/10 hissədə pay almalıdır. Nəvəsi Cavabdeh10 miras əmlakdan 1/10 hissədə pay almalıdır. Nəvəsi Cavabdeh1 miras əmlakdan 1/10 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70,7 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0393 ha torpaq sahəsindən ibarətdir. 31 yanvar 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh10, nəvəsi Cavabdeh4, Cavabdeh6 xx.xx.2022-ci ildə verilmiş 2V- 29 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə X1 miras qalmış ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70,7 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0393 ha torpaq sahəsindən onlara düşən hissələri İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, 5 nömrəli evin 1/2 hissəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, 1/2 hissəsi isə açıq saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2-də qeydiyyatdadır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-12-2xx-xx/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli və 5- 12-2xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 (azyaşlı övladları X14 və X11), Cavabdeh9 (azyaşlı övladı Cavabdeh12), Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 ünvan 2 ünvanında qeydiyyatdadırlar, amma hal-hazırda həmin ünvanda yaşamırlar. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, 5 nömrəli evə mülkiyyəti hüququ vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh10, Cavabdeh1 keçmişdir. Cavabdeh1, Cavabdeh10, Cavabdeh4, Cavabdeh6 həmin evin onlara misar düşən hissəsini İddiaçı bağışlamışlar. Həmin evin 1/2 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 (azyaşlı övladı Cavabdeh12), Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 yuxarıda göstərilən evdə qeydiyyatda olmalarına baxmayaraq həmin evdə yaşamırlar. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər ünvan 2-də yaşamadıqları üçün iddiaçı cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, cavabdehlər həmin evdə qeydiyyatda olmalarına baxmayaraq həmin evdə yaşamırlar. Cavabdehlərin həmin evdə yaşamamaları iş materialları ilə öz təsdiqini tapır. Cavabdehlərin həmin evdə yaşamamaları istifadə hüququna xitam verilməsi, həmin hüququnun itirilməsinə əsas ola biləcək hal kimi qiymətıəndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 (azyaşlı övladı Cavabdeh12), Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, 5 nömrəli evdən istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 (azyaşlı övladı Cavabdeh12), Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, 5 nömrəli evdən istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 (azyaşlı övladı Cavabdeh12), Cavabdeh10, Cavabdeh1 və Cavabdeh11 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, 5 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-395/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-395/2024
09.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver