Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3974/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, iddiaçı X1 Cavabdeh qarşı “yaşayış hüququnun pozulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı “yaşayış hüququnun pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qonşuluqda yaşayan Cavabdeh və onun ailəsi tərəfindən pozulmuş hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o qeyd etdiyi ünvanda onunla qonşuluqda yaşayan Cavabdeh həyətindəki hündür çinar ağacının onlarn üçün təhlükəli vəziyyət yaratması, saxlama şəraiti olmadan, həyətində saxladığı müxtəlif növ heyvanların səsiküyü, onların qoxusu, ona məxsus evin divarına bitişik tikdiyi su hovuzunun olması, hovuzun tez-tez daşıb onlar üçün təhlükəli vəziyyət yaratması, eyni zamanda həyətindəki su qızdırıcının yararsız olması, hovuzun tez-tez daşıb onlar üçün təhlükəli vəziyyət yaratması, eyni zamanda həyətindəki su qızdırıcının yararsız olması, səs-küyü ilə bağlı sutkanın istənilən vaxtı dincliyinin pozulmasıartıq onları təngə gətirmişdir. Dəfələrlə Cavabdeh onları hədələmiş, təhqir və təzyiqlərə məruz qoymuşdur. Bütün qeyd etdiklərimə rəğmən qonşu Cavabdeh onlara qarşı yaratdığı maneələrin aradan qalxması və sakit, dinc halda yaşamaqlarına görə məhkəmədən onlarla qonşuluqda yaşayan Cavabdeh və onun ailəsi tərəfindən pozulmuş hüquqlaının bərpası üçün qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı hansı tələblə müraciət etdiyini göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı X2 ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Hazırkı ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı hansı tələblə müraciət etdiyini göstərməmiş, həmçinin müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, həmçinin iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 108.1.1, 108.3, 152.1, 152.1.5, və 152.2–ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı X1 Cavabdeh qarşı “yaşayış hüququnun pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3974/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3974/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver