Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3986/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi, Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC” cəlb olunmaqla) “İcra qeydinin ləğv edilməsi barədə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC” cəlb olunmaqla) “İcra qeydinin ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini; Bakı şəhəri 25 saylı notariat ofisinin 02 iyul 2025-ci il tarixli, 8İ-6841 nömrəli icra qeydinin ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri xəzər Rayon İcra Şöbəsinin icra məmurunun çağırışı əsasında icra şöbəsinə gəlmiş və orada ona məlum olmuşdur ki, barəsində icra sənədi vardır. Sənədinin verilməsinə əsas olmuş halı araşdırılarkən məlum olmuşdur ki, "xxxx" ASC-nin iddiaçıya qarşı 30362.64 (otuz min üç yüz altmış iki manat altmış dörd qəpik) əsas borc. *40.80 (yeddi yüz qırx manat səksən qəpik) manat cərimə, peniya 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla cəmi 31 128.44 (otuz bir min yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat borc tələbinə dair Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi nutariusu X2 reyestrdə 8İ-6841 nömrə ilə qeyd edilmiş 2 iyul 2025-ci il tarixli icra qeydi vardır. Qeyd olunmalıdır ki, iddiaçı ‘'Bank of Baku” ASC-dən müqavilə əsasında kredit götürmüş və ödənişlər də etmişdir. Bank qalıq borcun hesablanmasında İddiaçı tərəfindən edilmiş ödənişləri nəzərə almamış, əsas borcu artıq hesablamış və cərimə peniya şişirdilmişdir. Belə olan halda icra qeydinin verilməsi qanunsuz və əsassız olmuşdur. Notarius tərəfindən borc verənlə iddiaçı arasında borcun məbləği ilə bağlı mübahisənin olub-olmadığı yoxlanılmamış, icra qeydinin verilməsi düzgün olmamışdır. Həmçinin notariat ofisi tərəfindən mənə hər hansı formada xəbərdarlıq bildirişi göndərilmədən, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən birbaşa Xəzər Rayon İcra Şöbəsinə 02 iyul 2025-ci il tarixli, 8İ-6841 nömrəli icra qeydi göndərilmişdir.
3. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddiaçıya icra qeydindən qabaq bildirişin göndərildiyini, İddiaçı tərəfindən kredit borcunun üzrə ödənişlərinin vatlı-vaxtında həyata keçirilmədiyini, icra qeydinin qanunvericiliyə uyğun aparıldığını, məhkəməyə təqdim etmiş olduqları sübutlarla iddiaçının icra qeydi barədə xəbərdar edildiyini bildirilmiş və qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatı:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirildiyini, lakin bankın tərəfindən həmin ödənişlərin nəzərə alınmadan notariat ofisinə müraciət edildiyini, ödənişlərin həyata keçirilməsi ilə bağlı hazırda məhkəməyə təqdim edəcək hər hansı sübutunun olmadığını, bankın qanunamüvafiq olaraq borcluya icra qeydi ilə bağlı müraciət olunmazdan əvvəl hər hansı xəbərdarlıq edilmədiyini, cavabdeh notariat ofisi tərəfindən şişiridlmiş qiymətlərlə icra qeydinin tərtib olunduğunu, qeyd olunan səbəblərə görə cavabdehin tərtib etmiş olduğu icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir.
5. Cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh xx.xx.2025- Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq, cavabdehin (nümayəndəsinin) iştirakı olmadan iş üzrə məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə qız izahatında iddia tələbinə etiraz etdiyini, əsassız olması səbəbilə məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında iş materiallarına hesabdan çıxarışın əlavə edildiyini, həmin çıxarışa əsasən iddiaçının müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsinin müəyyən olunduğunu, iddiaçının özünün də hər hansı ödəniş həyata keçirməsi ilə bağlı sübut təqdim edə bilmədiyini, bank tərəfindən icra qeydi ilə bağlı mürcaiət olunmazdan əvvəl borcluya bildirişin göndərildiyini, həmin bildirişin borlcu təərfindən qəbul olunduğunu, bu səbəblə bank tərəfindən notariusa edilmiş müraciətin əsaslı olduğunu, İddiaçı tərəfindən bildirişin qəbul edildikdən sonra borc məbləğinin mübahisələnirilmədiyini, eləcə də iddiaçının icra şöbəsində vermiş olduğu yazılı izahatında borc məbləği ilə bağlı hər hansı etirazını qeyd etmədiyini, əksinə borc məbləğini ödəyəcəyini qeyd etdiyini bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. xx.xx.2023-cü il tarixli Ərizə-Anketdən (İstehlak kreditinin alınmçası üçün) görünür ki, İddiaçı 52 ay müddətinə 30000 manat (otuz min manat) məbləğində nağd kreditin alınması üçün "xxxx" ASC-yə mraciət etmişdir.
8. xx.xx.2023-cü il tarixli, CP/82644/94/25 nömrəli kredit sazişindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 52 ay müddətinə, illik 23.90 faizlə, 455 manat komissiyon haqqı hesablanmaqla, 30000 manat (otuz min manat) məbləğində nağd pul krediti verilmişdir.
9. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı barəsində mövcud olan kredit borcu barədə xəbərdar edilmiş və həmin borcun 20 gün müddətində ödənilməsi tələb olunmuşdur. Borcluya kredit borcunu öəməyəcəyi təqdirdə, notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Həmin bildiriş poçt qəbzinə imza edilməklə qəbul olunmuşdur.
10. Bakı şəhəri 25 saylı notariat ofisinin 02.0*.2025-ci il tarixli, 8İ-6841 reyestr nömrəli icra qeydindən görünür ki, xüsusi notarius X1 Mehriban Cəlal qızından vaxtında ödənilməmiş 30362 manat 64 qəpik, *40 manat 80 qəpik məbləğində cərimə, 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31128 manat 44 qəpik məbləğində pulun tutulması ilə bağlı icra qeydi aparmışdır.
11. İddiaçı məxsus kredit hesabının xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, onun kredit hesabında çıxarış qalığı 619.86 AZN, debet üzrə cəm 1440.49 AZN və kredit üzrə cəm 820.63 AZN-dir.
12. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, CP/82644/94/25 nömrəli kredit müqaviləsi əsasında İddiaçı banka 02.0*.2025-ci il tarixinə 25988 manat 36 qəpik əsas , 43*3 manat 88 qəpik faiz və *40 manat 80 qəpik məbləğində cərimə borcu vardır.
13. 29.10.2025-ci il tarixli izahatdan görünür ki, İddiaçı barəsində mövcud olan 8İ-6841 reyestr nömrəli icra qeydini 03.0*.2025-ci il tarixdə əldə etdiyini, ica sənədini maddi imkansızlıq və səhhətində olan problemlər səbəbilə icra edə bilmədiyini, icra sənədi üzrə heç bir ödəniş həyata keçirmədiyini, 31128 manat məbləğində borcu ilə bağlı aylıq *00- 1000 manat ödəniş həyata keçirə biləcəyini, adına daşınar və daşınmaz əmlak olmadığını qeyd etmişdir.
14. 03.0*.2025-ci il tarixli sms bildirişdən görünür ki, X3 tərəfindən İddiaçınln telefonuna sms bildiriş göndərilmiş və onun barəsində olan icra işi üzrə icraata başlanılması barədə məlumat verilmişdir. Sms İddiaçı çatdırılmış statusundadır.
Tətbiq edilən hüquq:
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunun:
15. *6-cı maddəsinə əsasən, “ borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3*3-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında”xx.xx.2000-ci il tarixli, 156 nömrəli Qərarının:
17. İİ bəndinə əsasən, Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısından görünür ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına aiddir. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və *6-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarına əsasən, qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə CP/82644/94/25 nömrəli kredit sazişi bağlanmış, daha sonra İddiaçı qeyd oluna kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbilə "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət olunmuşdur. Həmin müraciət əsasında Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən 02 iyul 2025-ci il tarixli, 8İ-6841 nömrəli icra qeydi tərtib olunmuş və icra edilməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir.
21. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, İddiaçı qalıq borcun hesablanmasında etdiyi ödənişlərin "xxxx" ASC tərəfindən nəzərə alınmadığını, həmçinin bank tərəfindən icra qeydi üçün nortariusa müraciət edilməzdən əvvəl ona bu barədə qabaqcadan məlumat verilmədiyini, həmçinin Bakı şəhəri 25 saylı Notariat Ofisinin notaiusu tərəfindən 02 iyul 2025-ci il tarixli, 8İ-6841 nömrəli icra qeydi tərtib olunarkən həmin borc barəsində mübahisənin olub-olmamasının araşdırılmadığını qeyd edərək, barəsində mövcud olan icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
22. Məhkəmə qeyd edir ki, kredit borcunun tutulması isə bağlı icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müvafiq 3 illik iddia müddəti ötürülmədiyi halda notarius tərəfindən tərəfindən tərtib olunur. Borcun mübahisəsiz olmasını təsdiq edən sənədlərin siyahısı qanunvericiliklə dəqiq müəyən olunmuşdur. Qeyd olunan həmin sənədlər aşağıdakılar aiddir: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə araşdırması zamanı isə siyahıda yer alan hər 3 sənədin hazırkı işin materiallarında mövcudluğu və bank tərəfindən notarius ofisinə göndərilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında xx.xx.2023-cü il tarixli, CP/82644/94/25 nömrəli kredit sazişinin əsli, İddiaçı kredit hesabının çıxarışı və alınmış borc məbləği üzrə tələbkar tərəfindən təsdiq olunmuş maliyyə arayışı mövcuddur. Həmin sənədlərin iş materiallarında mövcudluğu isə, iddiaçının onun həyata keçiridiyi kredit ödənişlərinin nəzərə alınmaması ilə bağlı iddialarını əsassız edir. Həmçinin qeyd olunmaldır ki, icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət edilməzdən əvvəl, daha dəqiq desək xx.xx.2025-ci il tarixdə borclu İddiaçı kredit borcu ilə bağlı bildiriş göndərilmişdir. İcra qeydinin aparılcağı barədə bildiriş borclunun qeydiyyatda olduğu ünvana çatdırılmış və imza edilməklə qəbul edilmişdir. Bildirişin borcluya gömdərilməsindən sonra qanunveriicliklə müəyyən edilmiş 20 günlük müddət gözlənilmiş, daha sonra "xxxx" ASC tərəfindən Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət olunmuşdur. Bununla da həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq icra qeyi ilə bağlı bildirişin göndərilməməsi ilə əlaqədar iddialar əsassızdır.
23. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən notariusun icra qeydinin mübahisələndirilməsi müddəti 10 gün olaraq müəyyən edilmişdir. Hazırkı iş materiallarında görünür ki, borclu İddiaçı barəsində icra qeydi 02.0*.2025-ci il tarixdə qəbul olunmuşdur. İddiaçı icra şöbəsində vermiş olduğu yazılı izahatıdna müvafiq icra qeydini 03.0*.2025-ci il tarixdə əldə etdiyini bildirmişdir. Yəni 03.0*.2025-ci il tarixdən etibarən 10 gün müddətində iddiaçının icra qeydini mübahisələndirmək hüququ var idi. Lakin İddiaçı icra qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə 1*.09.2025-ci il tarixdə müraciət etmişdir. Həmin tarixdə isə iddiaçının icra qeydini məhkəmə qaydasında mübahisələndirmək hüququ müddətin ötürülməsi ilə əlaqədar olaraq itirilmişdi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, icra qeydinin ləğv edilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - **.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 21*-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC” cəlb olunmaqla) icra qeydinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Proessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov