Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4039/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı Cavabdeh qarşı icra məmurunun xəbərdarlığına xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 37 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixli 1815/2 R müqavilə Cavabdeh xeyrinə 7830 manat borcu məhkəməyə təqdim etdiyi faktlarla, ərizə və qəbzlərə əsasən bu 7830 manat Cavabdeh ödədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon icra şöbəsinin ona qarşı xx.xx.2022-ci il tarixli 118115/12Q nömrəli “xəbərdarlığı”na xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. İddiaçı Cavabdeh qarşı 7830 manat Cavabdeh ödədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon icra şöbəsinin ona qarşı xx.xx.2022-ci il tarixli 118115/12Q nömrəli “xəbərdarlığı”na xitam verilməsi tələbi irəli sürməklə qeyri-müəyyən tələblə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə (iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa) riayət etməmişdir. Odur ki məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsasla iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 37 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixli 1815/2 R müqavilə Cavabdeh xeyrinə 7830 manat borcu məhkəməyə təqdim etdiyi faktlarla, ərizə və qəbzlərə əsasən bu 7830 manat Cavabdeh ödədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon icra şöbəsinin ona qarşı xx.xx.2022-ci il tarixli 118115/12Q nömrəli “xəbərdarlığı”na xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-4039/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4039/2022
23.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver