Məhkəmə qərarları › İş №2(003)-4149/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4149/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4149/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və onun vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «etibarnaməyə xitam verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «etibarnaməyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 saylı notariat ofisi tərəfindən verilmiş 155658 saylı, 30 sentyabr 2023-cü il tarixli etibarnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2016-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində “Bərəkət” marketin yaxınlığında fərdi ev tikmək məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan X3 0,02 ha torpaq sahəsi almışdır. X9 31 saylı notariat kontorunda həmin torpaq sahəsinin çıxarış sənədi olmadığına və onların arasında alqı-satqı hərəkətlərini aparmaq, sənədləri əldə etmək, öz adına sənədləşdirmək və alqı-satqı etmək və digər səlahiyyətləri verən etibarnamə vermişdir. Sonradan o, maddi çətinliklə əlaqədar olaraq torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu səbəbdən də 30 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsində yerləən 25 saylı notariat ofisində Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan X10 155658 saylı etibarnamə ilə səlahiyyətləri ötürmüşdür. X4 155658 saylı etibarnamədən irəli gələn səlahiyyətlərdən suiistifadə edərək həmin torpaq sahəsinin üzərində özünə məxsus qanunsuz fərdi ev tikməyə başlamışdır və bugünə qədər onların qeyri-rəsmi razılaşdıqları 8000 manat pulu verməmişdir. Onun bütün qanuni etirazlarına baxmayaraq Şahbazov Emin qanunsuz hərəkətlərini davam etdirir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 və onun vəkili X6 işin məhkəmədə baxılmalı olmadığını bildirərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 155658 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X11 tərəfindən İddiaçı səlahiyyətləri ötürmüş şəxs qismində çıxış etməklə X10 torpaq sahəsi ilə bağlı səlahiyyətlər verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən etibarnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsi, yəni X5 iradəsinin etibarsız hesab edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iradə ifadəsinin etibarsız hesab edilməsi mümkün deyil. Etibarnamənin etibarsız hesab edilməsi üçün həmin etibarnaməni vermiş Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət edilməlidir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «etibarnaməyə xitam verilməsi» iddasına dair mülki iş üzrə icraata cavabdeh işə məhkəmədə baxılmalı olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iradə ifadəsinin etibarsız hesab edilməsinin mümkün olmadığına, buna görə də işə məhkəmədə baxılmalı olmadığına görə mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «etibarnaməyə xitam verilməsi» tələbinə dair tələbi üzrə iddasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar