Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(003)-4376/2025 26.02.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı İddiaçı İslam qızının iştirakı ilə, İddiaçı İddiaçı İslam qızının cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ünvan 1 ünvanında olan umumi sahəsi 158.40 kv olan fərdi yaşayış evinin ¼ hissəsinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı İddiaçı İslam qızının cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ünvan 1 ünvanında olan umumi sahəsi 158.40 kv olan fərdi yaşayış evinin ¼ hissəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan umumi sahəsi 158.40 kv olan fərdi yaşayış evinin ona məxsus ¼ hissəsinin naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonar iddiaçı İddiaçı İslam qızı ##.##.2026-cı il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2026-ci il tarixə təyin edilmiş baxış iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” ## #### 2011-ci il tarixli * nömrəli Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsi qaytarıldığından, iddiaçı İddiaçı İslam qızı tərəfindən 27.10.20252-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumu da ona geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı İddiaçı İslam qızının cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ünvan 1 ünvanında olan umumi sahəsi 158.40 kv olan fərdi yaşayış evinin ¼ hissəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı İddiaçı İslam qızı tərəfindən 27.10.20252-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumu Bakı şəhəri üzrə Maliyyə İdarəsi vasitəsilə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-4376/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4376/2025
26.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver