Məhkəmə qərarları › İş №2(003)-45/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-45/2021

04.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-45/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən 1200 kv.m. torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan evdən çıxarılaraq ev və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Uzun illərdir ki, “xxxx” QSC-də, o cümlədən xx.xx.2004-cü il tarixdən “xxxx” QSC-nin X3 Donanmasının “Şimal-1” gəmisində matros işləyir. Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629/459 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamına əsasən ona Zirə qəsəbəsinin şimal-qərb hissəsində 155 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan Zirə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. 2009-2010-cu illərdə həmin torpaq sahəsində 2 otaq, 1 mətbəx və şüşəbənddən ibarət birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Oğlu Cavabdeh1 xx xxxx 2010-cu ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurduqdan sonra köçüb həmin evdə yaşamağa başlayıblar. Onların 3 azyaşlı uşaqları vardır. Son vaxtlar Cavabdeh1 ilə Cavabdeh2 arasında ciddi ailə daxili problemlər yaranmışdır. Onlar böyük kimi onun sözünə qulaq asmırlar. Cavabdehlərin qeyri-etik hərəkətləri onu əsəbləşdirir və səhhəti tez-tez pisləşir. Hal-hazırda onun həmin evə ehtiyacı vardır. Yaşadığı evdə oğlu Zeynalov Şahin həyat yoldaşı və 2 uşağı, o cümlədən onun qızı ilə birlikdə yaşayırlar. Mübahisəli ev boşaldıqdan sonra oğlu Şahinin köçüb ailəsi ilə həmin evdə yaşamasını istəyir. O, cavabdehlərə ona məxsus olan torpaq sahəsinin və evin boşaldılması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Lakin cavabdehlər onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən və evdən çıxmırlar. Cavabdehlərin ona məxsus torpaq sahəsindən və evdən qanunsuz olaraq istifadə etmələri mülkiyyətçi kimi onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Ona görə də mən məcburiyyət qarşısında qalıb ona məxsus Zirə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən 1200 kv.metr sahəsindən və həmin torpaq sahəsinin üzərində olan evdən cavabdehlərin çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onu hansı evdən çıxarmaq istəyir, onların yaşadıqları ev hələ iddiaçıya ayrılmış torpaq sahəsindədir ya yox onu aydınlaşdırmaq lazımdır. Evin sənədləri yoxdur və ev onun atasının köməkliyi ilə tikilib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli 629/459 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 155 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2072 nömrəli, xx xxxxxx 2021-ci il tarixli məhkəmə texnikitexniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən,Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında cavabdehlər Cavabdeh1 və X1 yaşadığı ev Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 188 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyindən görünür ki, cavabdehin yaşadığı fərdi evin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, hazırki mübahisə araşdırılarkən ilk növbədə iddiaçının özünə aid olduğunu və cavabdehlər tərəfindən zəbt olunduğunu irəli sürdüyü torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mənimsənildiyini iddia etdiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, həmçinin cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşməsini ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən cavabdehin çıxarılaraq, həmin sahənin tamamilə boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 178.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar