Məhkəmə qərarları › İş №2(003)-483/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-483/2025

09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-483/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evinin yerləşdiyi torpaq sahəsinin hüquqi sahibləri – İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X4 arasında Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda bağlanmış, AN ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evinin yerləşdiyi torpaq sahəsində yerləşən əraziyə dair verilmiş texniki pasportda göstərilən “A” və “B” tikililərindən “B” adlı, ümumi ərazisi 37,08 m² olan bir yaşayış otağından ibarət yaşayış sahəsini X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ sahəsinin “B” tikilisi xx.xx.2006-cı il tarixində X2, “A” tikilisi xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. X2 xx.xx.2021-ci il tarixində ölümündən sonra “B” tikilisindən hər biri 1/3 hissə olmaqla. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 (X2 hüquqi varisi), Cavabdeh1 və Cavabdeh3 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda qeyd olunduğu kimi daşınmaz əmlakın ümumi sahəsi 119,20 m² torpaq xüsusi, torpaq sahəsinin ölçüsü 0,1125 hektardır. Sözügedən torpaq sahəsindən istifadə ilə bağlı iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində payların müəyyən edilməsinə zərurət yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatına dair **********82-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında 0,1125 ha torpaq sahəsinin “A” tikilisinin yerləşdiyi 0,0675 ha hissəsi üzərində İddiaçı, “B” tikilisinin yerləşdiyi 0,0450 ha hissəsi üzərində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. İddiaçının nümayəndəsi və vəkili işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 17 may 2007-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin arayışdan görünür ki, cavabdehlər – xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin **********82-11301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında yerləşən “A” tikilisində İddiaçı payı vardır. Həmin çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 “B” tikilisində hər birinin 1/3 hissəsində payı vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-325/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 (prosessual hüquq varisi Cavabdeh2) qarşı payın naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Dövlət Kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında yerləşən 0,045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini cavabdeh X1. Gələcəkdə də bu barədə heç bir iddia qaldırmayacaqdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin **********82-11301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında yerləşən “A” tikilisində İddiaçı tam payı vardır. Eyni zamanda həmin çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 “B” tikilisində hər birinin 1/3 hissəsində payı vardır. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı şəhəri 7 saylı Dövlət Kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 12 mart 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında yerləşən 0,045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini cavabdeh X1. Gələcəkdə də bu barədə heç bir iddia qaldırmayacaqdır. Bununla da müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında yerləşən 0,045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini cavabdeh X1. Həmçinin işin hallarından görünür ki, X4 ölmüş, ondan miras qalmış mübahisə predmetinə daxil olan yaşayış evinin hissəsi və torpaq sahəsi hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında olan “A” tikilisinin yerləşdiyi 0,0675 ha torpaq sahəsinin istifadəsində olan hissəsinə payı müəyyən edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi hazırda mövcud olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında 0,1125 ha torpaq sahəsinin “A” tikilisinin yerləşdiyi 0,0675 ha hissəsi İddiaçı, “B” tikilisinin yerləşdiyi 0,0450 ha hissəsi üzərində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadəsindədir. İddiaçının istəyi istifadəsində olan torpaq sahəsinə dair pay hüququnun müəyyən edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında 0,1125 ha torpaq sahəsinin “A” tikilisinin yerləşdiyi 0,0675 ha hissəsi üzərində İddiaçı və “B” tikilisinin yerləşdiyi 0,0450 ha hissəsi üzərində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 payı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2608 №-li bağ evi ünvanında 0,1125 ha torpaq sahəsinin “A” tikilisinin yerləşdiyi 0,0675 ha hissəsi üzərində İddiaçı, “B” tikilisinin yerləşdiyi 0,0450 ha hissəsi üzərində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 payı müəyyən edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar