Məhkəmə qərarları › İş №2(003)-49/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-49/2021

28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-49/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi ilə məhkəməyə müraciət edərək, “QAZ 2705” yük markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsini, 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini, 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilini təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsini, mənəvi zərər kimi 2000 (iki min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 1də özünə məxsus Qazel markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı yük maşını etibarnamə ilə idarə edib aylıq 500 manat ödənilməsi qarşılığında Cavabdeh2 icarəyə verilmişdir. Həmçinin 3200 manat məbləğində pul təkər təmiri avadanlığının alınması üçün Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə verilmişdir. 17 ay müddətində Cavabdeh2 tərəfindən ayda 500 manat olmaqla, cəmi 8500 manat pul ödənilmişdir. 2018-ci ilin oktyabr ayından isə ödəniş dayandırılmış və tələb etməyinə baxmayaraq avtomobili və 3200 manat pulu geri qaytarılmamışdır. Bu səbəbdən də ona verilmiş etibarnamə ləğv edilmiş, cavabdehlərin qanunsuz hərəkətləri barədə polisə müraciət edilmişdir. Xəzər RPİ-nin 3-cü polis bölməsinin təhqiqatçısı polis kapitanı Anar Hacıyevin 18.10.2019-cu il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərisəzi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbinə” dair iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 01.04.2017-ci il tarixdə Bakı şəhəri, 31 saylı Notariat Kontorunda “QAZ 2705 Yük” markalı, buraxılış ili 2004-cü il olan **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün İddiaçı adından Cavabdeh2 verilmiş etibarnamənin və həmin etibarnamə əsasında İddiaçılə Cavabdeh2 arasında şifahi olaraq razılaşdırılmış avtomobilin idarə edilməsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı, Cavabdeh2 qanunsuz olaraq alınıb verilmiş 11000 (on bir min) manat pul vəsaitinin Cavabdeh2 qaytarılması və İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh2 dəyiş 5000 (beş min) manat mənəvi zərərin, cəmi 16000 (on altı min) manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı adlı şəxsi tanımamış, onunla heç bir hüquq münasibətində olmamışdır. Belə ki, İddiaçı qardaşı Cavabdeh1lə razılaşmaya görə, qeyd olunan 2004-cü il buraxılışlı “Qazel” markalı avtomobil 5000 (beş min) manat ödənilməklə onun iştirakı ilə 2017-ci ilin aprel ayında alınmışdır. Avtomobilin pulunu Cavabdeh1 ödəmişdir. Razılaşmaya görə avtomobil etibarnamə üzrə onun istifadəsinə verilirdi bu şərtlə ki, o, 20 (iyirmi) ay hər ay 500 (beş yüz) manat olmaqla icarə haqqı kimi Cavabdeh1 pul ödəməli idi. Yəni, razılaşmaya görə cəmi 10000 (on min) manat pulu ödədikdən sonra avtomobilin dəyəri olan 5000 (beş min) manat pulu da hər ay 1000 (min) manat olmaqla yəni, 5 ay ərzində 5000 (beş min) ödəməli idi. Sonra, sözügedən avtomobil baş etibarnamə əsasında ona verilməli idi. Onun bütün razılaşmaları Cavabdeh1lə olmuş, onun İddiaçı adlı şəxslə heç bir əlaqəsi olmamış, o, Rəşadı ümumiyyətlə tanımır. O, Cavabdeh1lə birgə, Respublika Dövlət Yol Polisi İdarəsinə getmiş və o, İddiaçı şəxsiyyət vəsiqəsi üzrə sözügedən yük avtomobilini İddiaçı adına sənədləşdirmiş və sonra İddiaçı şəxsiyyət vəsiqəsi üzrə öz adından ona 01 aprel 2017-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Sonradan ona şəxsiyyət vəsiqələri üzrə məlum oldu ki, İddiaçı qardaşı Cavabdeh1 oxşadığından, saxtakarlıq edərək İddiaçı razılığı ilə ona qanunsuz olaraq etibarnamə vermişdir. Beləliklə, 2017-ci ilin aprel ayından başlayaraq o, həmin avtomobili idarə etməklə 20 ay ərzində hər ay Cavabdeh1 500 (beş yüz) manat pul, cəmi - 10000 (on min) manat pul ödəmişdir. Bundan sonra razılaşmaya görə, avtomobilin dəyərini ödəməyə başlamışdır. Avtomobil çox köhnə idi. Birinci ay üçün 1000 (min) manatı çətinliklə də olsa ödəmişdir. 10 gündən sonra Cavabdeh1 bildirdi ki, İddiaçı avtomobili satmaq istəmir və avtomobili geri tələb edir. O, anlamışdır ki, İddiaçı və Cavabdeh1 onu aldatmış və aralarında olan razılaşmanı qərəzli olaraq pozmuşdur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bu qanunsuz əməli nticəsində ona 11000 (on bir min) manat maddi zərər və eyni zamanda onu aldatdığına, əsassız və qanunsuz etibarnamə üzrə icarə haqqı adı altında onun pul vəsaitini qanunsuz mənimsədiklərinə, hələ bu azmış kimi, əsassız olaraq onun barəsində hüquq mühafizə orqanlarına əsassız şikayət ərizələri yazaraq onun şərəf və ləyaqətini alçatdığına görə 5000 (beş min) manat da mənəvi zərəri cavabdeh İddiaçı tələb edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) şifahi olaraq bağlanmış əqdə görə mülkiyyətində olan sözügedən yük avtomobilini, onun verdiyi etibarnamə üzrə idarə etməklə 20 ay müddətində hər ay 500 (beş yüz) manat icarə haqqı ödəməli sonra isə, 5 ay ərzində avtomobilin dəyəri olan 5000 (beş min) manatı ödəməklə razılaşmaya görə iddiaçı tərəfindən ona baş etibarnamə verməklə avtomobil onun mülkiyyətindən çıxarılmalı idi. O, razılaşmanın şərtlərinə əməl edərək iddiaçı (qarşılıqlı üzrə cavabdeh) İddiaçı 11000 (on bir) manat ödədikdən sonra cavabdeh İddiaçı tərəfindən razılaşmanın şərtləri pozulmuş və Rəşadın bu qanunsuz əməli nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Sonradan isə ona məlum olmuşdur ki, İddiaçı avtomobilə dair ona verdiyi etibarnamə qanunsuzdur və bu etibarnamə onun tərəfindən imzalanmamışdır. Bu halda həmin etibarsız etibarnamə üzrə olan əqd də etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsi, ilkin iddia tələbinin isə ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etimişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına olan 18.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Xəzər RPİ-nin 3-cü PB-nin baş-təhqiqatçısı, polis kapitanı Anar Hacıyev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ƏN-İV seriyalı, 061376 saylı etibarnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 01.04.2017-ci il tarixdə İddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün 02.09.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir. İş materiallarında olan AC seriyalı 840940 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobil 01.04.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 18.05.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Vaqif Əliyev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.03.2020-ci il tarixli 1960 saylı məktub və ona əlavə edilmiş 11.03.2020-ci il tarixli, 1960 saylı məlumatdan görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi haqqında 20 dekabr 2019-cu il tarixli qərardad icra olunmadan 2(003)- 3943/2019 nömrəli mülki işin materialları ilə birlikdə geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Kontoruna İddiaçı trəfindən 30.11.2018-ci il tarixdə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X5 verilmiş etibarnamənin ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş 01.12.2018-ci il tarixli “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X5 verilmiş etibarnamə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli, 4/519 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan 01 aprel 2017-ci il tarixli 7E-3121 reyestr nömrəli etibarnamədə “İMZA:” qarafasındakı “Ağayev” yazısı və həmin qrafadakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə ilkin iddia tələbinin “QAZ 2705” yük markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 sentyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən “Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “QAZ 2705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobil 01.04.2017-ci il tarixdən AC seriyalı 840940 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ƏN-İV seriyalı, 061376 saylı etibarnamə əsasında 01.04.2017-ci il tarixdə İddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün 02.09.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir. Həmin avtomobil 01.04.2017-ci il tarixdən Cavabdeh2 istifadəsindədir. İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X5 verilmiş etibarnamə 01.12.2018-ci il tarixdə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil alınaraq İddiaçı verilməlidir. Məhkəmə ilkin iddia tələbinin 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676.0.1-ci maddəsinə əsasən “Bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması üçün məsuliyyət daşıyır.” Məhkəmə qeyd edir ki, ilkin iddiaçı iddia ərizəsində göstərmişdir ki, 3200 manat məbləğində pul təkər təmiri avadanlığının alınması üçün Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə verilmişdir. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi İddiaçı mülkiyyətində olan “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili X7 zəruri xərcləri çəkdikdən sonra yararlı (saz) vəziyyətdə verməli idi. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilini təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsində 20 ay müddətinə hər ay 500 manat olmaqla, cəmi 10000 manat pul vəsaitini icarə haqqı kimi Cavabdeh1 ödəməli olduğunu göstərmişdir. Cavabdeh2 həmin 10000 manat pulu Cavabdeh1 ödədiyini, qalan 5000 manat pulu isə hər ay 1000 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Göründüyü kimi ilkin iddia üzrə qeyd edilmiş 500 manat pul vəsaiti hər ay Cavabdeh1 ödənilmiş, lakin ilkin İddiaçı həmin pulun ona ödənildiyini qeyd etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ilkin İddiaçı ilkin iddia tələbinin bu hissəsini sübutlarla əsaslanıra bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin mənəvi ziyanla bağlı olan hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, ilkin İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri nəticəsində ona 2.000 (iki min) manat məbləğində ziyan dəyməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddiası ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar