Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4935/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikililərinin sökülməsi, torpaq sahəsinin geri qaytarılması və pul” tələbinə dair mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayonu X1 20 may 2005-ci il tarixli, 32 saylı Sərəncamı ilə Qala qəsəbəsində ev tikmək üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin 280 m² hissəsində Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmiş hissədə çəkilmiş hasarın onun hesabına sökülməsi; Əzizbəyov rayonu X1 20 may 2005-ci il tarixli, 32 saylı Sərəncamı ilə Qala qəsəbəsində ev tikmək üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin 280 m² hissəsində Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmiş hissədə çəkilmiş hasarın onun hesabına sökülməsi; Cavabdeh1 və Cavabdeh2 tərəfindən ümumilikdə zəbt edilmiş 280 m² torpaq sahəsinin İddiaçı geri qaytarılması; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülmüş yardımçı tikiliyə çəkilmiş xərcin dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Əzizbəyov rayonu X1 20 may 2005-ci il tarixli, 32 saylı Sərəncamı ilə ona Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayılmışdır. Həmin torpaq sahəsinin dəyərini də ödəmişdir. Lakin ona ayrılmış torpaq sahəsindən uzun illərdir maneəsiz istifadə edə bilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Qala qəsəbəsində 1200 kv.m torpaq sahəsinin 280 m² hissəsini ayrı-ayrılıqda özbaşına zəbt edərək ayrı-ayrılıqda da hasara almışlar. Halhazırda evdə heç kim yaşamadığı üçün o bələdiyyə müraciət etmişdir, orada isə ona iddia qaldırdığı cavabdehlərin adı verilmişdir, evdə yaşayan əsl cavabdehlərin adı orada yox idi. Buna görə də iddianı cavabdehlərə qarşı qaldırmışdır. Ev sahibi olan əsl cavabdehlərə qarşı iddia qaldırmaq üçün iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən yerdə yaşamır və o evin sahibi deyil. O evin qaz sayğacı onun adınadır. Halhazırda o evdə yaşayan ev sahiblərini də məhkəmə iclasına gətirmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikililərinin sökülməsi, torpaq sahəsinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-4935/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4935/2025
15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver