Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-5046/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı maaşdan tutulan məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə aralarındakı mübahisənin məhkəmə müstəvisində araşdırılması barədə və onun maaşından tutulan məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xəzər rayon Məhkəməsinin e-2(003)-4975/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardadda qeyd olunmuşdur ki, əgər iddiaçı icra qeydini qanunsuz hesab edirsə icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh ASC-yə qarşı təkrar iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə aralarındakı mübahisənin məhkəmə müstəvisində araşdırılması barədə və onun maaşından tutulan məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3 və 152.1.1.-ci maddələrinə uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbini Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə aralarındakı mübahisənin məhkəmə müstəvisində araşdırılması və maaşından tutulan məbləğin ona geri qaytarılması kimi qeyd etməklə, tələbinin ümumi mahiyyətini aydın və dəqiq şəkildə müəyyənləşdirməmişdir. İddiaçı icra qeydini qanunsuz hesab edirsə icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh ASC-yə qarşı maaşdan tutulan məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən noqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-5046/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-5046/2025
26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver